Məhkəmə qərarları › İş №3(110)-121/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-121/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-121/2024 10.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Şikayət verən şəxs X8 və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə X8 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X2 MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən X14 şikayətində onun 24 mart 2024-cü ildə el arasında “Şir arxı” kimi tanınan ərazidə həvəskar balıqçı olaraq istirahət zamanı balıq tutmaqla məşğul olduğunu, bu vaxt həmin yerdə balıq tutan şəxslərdən birinin ona yaxınlaşaraq “təbiəti mühafizədən” olduğunu bildirdiyini və onu videoya çəkdiyini qeyd etdiyini, ona onun qanunsuz iş görmədiyini, burada olan hər kəs kimi balıq tutmaq istədiyini dediyini, bu hadisədən bir neçə gün sonra onu Nazirliyin rayon idarəsinə dəvət etdiklərini və nə üçün balıq ovladığımı soruşduqlarını, onunda həvəskar balıqçı olduğunu və bəzən istirahət vaxtlarını bu cür dəyərləndirdiyini bildirdiyini, barəsində heç bir rəsmi sənəd tərtib etmədən – protokollaşdırma aparmadan onu müxtəlif vaxtlarda idarəyə çağırdıqlarını, aprel ayının 20-də onu cərimələdiklərini aldığı məktubdan bildiyini, Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidməti tərəfindən heç bir əsaslı səbəb göstərilmədən, ən əsası isə inzibati xəta barədə protokol tərtib etmədən barəsində cərimə ilə bağlı inzibati qərar çıxarıldığını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə 700 (yeddi yüz) manat məbləğində cərimə edildiyini, aşağıda qeyd olunanlarla Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidməti tərəfindən 08 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh haqqında qərarının qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, inzibati orqanın gəldiyi nəticə ilə mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi səbəbdən qərar ləğv edilməli olduğunu, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidməti tərəfindən 09 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh haqqında qərarından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan pozuntu – “Sədərək rayon “Şirarxı” kanalında balıq və digər su resurslarının mühafizəsi qaydalarını pozaraq inzibati xəta törətmişdir” dedikdə konkret olaraq hansı əməlin törədilməsindən və yaxud hansı qaydanın pozulmasında söhbət getdiyini müəyyənləşdirməyin olmadığını, “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 №-li Qərarının 9.4-cü maddəsinə əsasən “Balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur”, onun “Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün ayrılmış balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının kütləvi qırğınına səbəb ola bilən ...” heç bir hala yol vermədiyini, “İdman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarı və ölçüləri” nə, “İdman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə qaytarılması balıqçılıq subyekti tərəfindən bu Qaydalara 2 nömrəli əlavə ilə müəyyən edilən “Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər”də nəzərdə tutulan ovuna icazə verilən balıq və digər su bioresurslarının miqdarı və minimum ölçülərinə məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir” və “Ovlanmış balıqlar və xərçənglər bu Qaydalara 2 nömrəli əlavə ilə müəyyən edilən “Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər”də nəzərdə tutulan ölçülərdən kiçik olarsa, habelə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq növləri ovlanarsa, onlar diri halda yenidən həmin su obyektlərinə buraxılmalıdırlar” tələblərinə riayət etdiyini, onun həmin gün ümumiyyətlə, balıq və ya hər hansı su canlısı ovlamadığını, ikinci bir məqam ondan ibarətdir ki, “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 №-li Qərarında göstərilən “İnzibati xəta haqqında protokol” tərtibedilərək mənə təqdim edilmədiyini, Üçüncü, ən mühüm məqam ondan ibarətdir ki, Qərar qəbul edilərkən və mənə göndərilərkən hüquq və vəzifələrinin ona bildirilmədiyini, digər məqamı da qeyd edim ki, inzibati orqan inzibati xətanı aşkar etmişdisə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələbinə görə dərhal inzibati protokol tərtib etməli və həmin Məcəllənin tələbi baxımından protokol bə ya Qərarı gecikdirmədən, maksimum iki günə mənə təqdim etməli idi ki, indiki vəziyyətdə bu tələblər də pozularaq ona cərimə tətbiq olunduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şikayət verən şəxs X14 şikayət ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 24 mart 2024-cü il tarixdə özünə məxsus qarmaqla Sədərək rayonundan keçən şir arxı kanalından balıq tutmaq məqsədi ilə istirahətə getdiyini, balıq tutan zaman qarmağına südan “tırvır” ilişdiyini və onu sudan çıxardığını, səhvlik edərək həmin “tırvır”ı əlavə 2-3 dəfə yenidən suya atdığını, bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının yaxınlaşaraq ona müdaxilə etdiyini, bu barədə akt tərtib olunduğunu, aktı imzaladığını, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, etdiyi hərəkətin yalnış olduğunu başa düşdüyünü qeyd edərək məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X7 izahatında Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X10 xx.xx.2024-cü il tarixdə X8 qanunsuz balıq ovu ilə məşğul olmasını müəyyən etiyini, bu barədə müvafiq araşdırma aparıldıqdan sonra onun barəsində müvafiq qaydada qanuni tədbir görüldüyünü, inzibati xəta törətmiş şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini, vətəndaşa protokola baxılması barədə çağırış verildiyini, vətəndaşın gəldiyini, onun iştirakı ilə baxılıb qərar verildiyini, qərarı rəsmi qaydada vətəndaşın ünvanına göndərdiklərini qeyd edərək, məhkəmədən şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X19 izahatında və verilən suallara cavabında Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı olduğunu, xx.xx.2024-cü il tarixdə Şir arxı deyilən ərazidə vəzifələrini icra edən zaman X8 “tırvır” vasitəsilə balıq tutmasının şahidi olduğunu, video çəkiliş apardıqlarını, həmin şəxsə qanunsuz balıq ovu ilə məşğul olduğunun bildirdildiyini, bu barədə akt tərtib olunduğunu, X8 da aktı imzaladığını, daha sonra həmin şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə şikayət vermiş şəxsin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin çıxışını, şahidin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 rayon Şirarxı kanalında 24 mart 2024-cü il tarixində özünə məxsus eni 2 m, uzunluğu 3 m olan sintetik tordan istifadə edərək balıq və digər bioresurslarının mühafizəsi qaydalarını pozaraq inzibati xəta törətmişdir. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;. - Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək törətdiyi inzibati xətaya görə 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən reyd-yoxlama zamanı Sədərək rayon Şirarxı kanalında Şərur rayon Aralıq kənd sakini X14 tərəfindən tor vasitəsi ilə şir arxı kanalından balıq tutarkən saxlanılmış, baxış zamanı heçnə tutmadığı aşkar edilmiş, vətəndaşdan maddi sübut kimi tor götürülmüş, həmin torun uzunluğu 2m, eni siə 3 m olduğu müəyyən olunmuş, vətəndaş barəsində akt tərtib edilmiş, qanunvericiliyin tələbləri izah edilmiş, ərazidən fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1- ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, X14 şikayət ərizəsində Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, inzibati orqanın gəldiyi nəticə ilə mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsədə, məhkəmə baxışı iclasında verdiyi izahatında qadağan edilmiş alətlə balıq tutmasını etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; - 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; - 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından X8 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128-134-cü və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar