Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-121/2025 29.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2739/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərardadı ilə aidiyyatı üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli məktubla baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2739/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərardadına əsasən aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati materialdan aydın olur ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-in 346.9-cu maddəsi ilə təqsirli bilinərək o, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən 60 manat məbləğində cərimə edilmişdir. Vətəndaş həmin qərarı 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati material baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirilərkən müəyyən edilmişdir ki təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən bu natamamlığı tamamlamaq mümkün olmamışdır. Belə ki, vətəndaş Şəxs barəğsində tərtib edilmiş İnzibati xəta haqqında protokol və İnzibati tənbeh vermə haqqında qərar iş materialına əlavə olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qalxdıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan in zibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 138.1 və 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir; - 109.1 və 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vətəndaş Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilsin və inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-121/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-121/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver