Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-124/2024 02.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqənda protokol tərtib edilmişdir ona görə ki, Şərur rayon Aralıq kəndində xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında 2022-ci ilin aprel ayının 2-də Ləman adlı xanımla ailə qurduğunu, ailədaxili problemlərlə bağlı xx.xx.2024-cü il tarixdə Ləman xanımla Şərur rayon Məhkəməsinin qərarı ilə boşandığını, bu gün səhər saatlarında atası Coşquna məxsus VAZ -2107 markalı avtomobili Şərur rayon Aşağı Aralıq kəndində yerləşən avtomobil servisinə təkərlərin balansı üçün apardığını, onun maşını servisə qoyduqdan sonra xalaoğlusu Kamran ilə birlikdə Naxçıvan şəhərinə getdiyini, saat təxminən 16:00 radələrinə Naxçıvan şəhərindən qayıdaraq həmin servisə gəldiyini, bu zaman atası Coşqunla köhnə qaynatası Əfqanın söhbət etdiyini gördüyünü, onun kənardan onların söhbətini izlədiyini, bu zaman Əfqanın atasını yumruqla vurdğunu gördüyünü, onun əsəblərini cilovlaya bilmədiyini və Əfqanın yanına gələrək atasını niyə vurduğunu soruşduğunu, bu zaman əfqanın ona təpiklə vurmaq istədiyini və onu kənara çəkilib onu yumruqla 2-3 dəfə vurduğunu, atası Coşqunun isə həmin zaman onları sakitləşdirməyə çalışdığını, sonra atasının Coşqunun onu sakitləşdirərək kənara çəkdiyini və onların VAZ-2107 markalı avtomobillərinə minərək yaşadıqları evə qaytardığını, əməlindən peşman olduğunu, səhhətində problemlərin olduğunu qeyd edərək məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Aşağı Aralıq kəndində yerləşən maşın servisində müxtəlif növ avtomobillərin motoruna baxdığını, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində köhnə qudası Coşqunun işlədiyi servisə gəldiyini və onunla söhbəti olduğunu bildirərək onu kənara çəkdiyini, bundan sonra onunla söhbət edərək qızı Ləmanın onu oğlu Müslümün boşanmaları ilə bağlı məsələyə toxunduğunu, bu zaman təxminən 1 saat söhbət etdikdən sonra onun ona yola getmədiklərini və yenidən barışa bilməyəcəklərini bildirdiyini, sonra onun servisə getmək istədiyini və Coşqunun onun qolundan tutaraq getməyinə icazə vermədiyini, bu zaman oğlu Müslümün qara rəngli VAZ-2107 markalı nəqliyyət vasitəsindən düşərək onun üzərinə nalayiq ifadələr işlədərək gəldiyini və onu yumruqla vuraraq ona xəsarət yetirdiyini və onun yerə yıxıldığını, bu zaman Müslümün yenə onu vurduğunu, sonra tez maşına oturaraq yanından ayrıldıqlarını, bundan sonra onun burnunda ağrılar hiss etməyə başladığını, beləliklə bu barədə 102 xidmətinə məlumat verdiyini və polis idarəsinə dəvət olunduğunu, Şəxs bağışlamadığını, onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahatında xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Şərur rayon Aşağı Aralıq kəndində yerləşən maşın servisinə gələrək orada olan VAZ-2107 markalı avtomobilin təkərinin havasına baxdırdığını, həmin avtomobili oğlu Müslümün səhər saatlarında həmin servisə baxdırmaq üçün qoyduğunu, bu zaman onun orada Zərərçəkmiş şəxs gördüyünü və onunla aralarında olan ailəvi məsələlərlə bağlı söhbət etməkdən yana servisin arxa tərəfinə getməklərini bildirdiyini, onların təxminən bir saat söhbət etdiklərini, söhbəti bitirdikdən sonra Əfqanın əsəbləşərək ona yumruqla üzündən bir dəfə vurduğunu və bu zaman oğlu Müsülüm kənardan gələrək Zərərçəkmiş şəxs onu niyə yumruqla vurduğunu soruşduğunu, bu zaman Zərərçəkmiş şəxs ona təpik atmaq istədiyini və oğlunun kənara çəkilərək Əfqana yumruqla vurduğunu, bu zaman əfqanın yerə yıxıldığını, sonra oğlu Müslümü sakitləşdirərək onu kənara çəkdiyini, bundan sonra onların VAZ-2107 markalı avtomobillərinə minərək yaşadıqları evə qaytardığını bildirmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 598 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı, hər iki gözün alt nahiyyəsində və burnunda qançırlar, sağ təpə nahiyyəsində sıyrıq küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qızının etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, iş materiallarında olan CDə baxış zamanı Coşqun Hüseynov və Zərərçəkmiş şəxs birlikdə gəldiyi, bu zaman Şəxs qaçaraq Zərərçəkmiş şəxs üzərinə gəldiyi, Zərərçəkmiş şəxs təpiklə Şəxs vurmaq istəməsi, lakin təpiyin dəymədiyi, Şəxs yumruqla Zərərçəkmiş şəxs vurması, Coşqun Hüseynovun onları sakitləşdirərək kənara çəkməsi müəyyən olunmuşdur. - Naxçıvan MR Mərkəzi Hospitalı tərəfindən verilmiş sənədlərdən görünür ki, Şəxs 12 barmaq bağırsağında xora xəstəliyi mövcuddur. - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Q Şəxs Şərur rayon Aralıq kəndində xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Aralıq kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Zərərçəkmiş şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-124/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-124/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver