Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-125/2024 02.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, bitərəf, işsiz, dediyinə görə əvvəllər məhkum olmayan, Şərur şəhərində qeydiyyatda duran, Şərur rayon Düdəngə kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur şəhərində saat 19:00 radələrində ucadan ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 01 may 2024-cü il tarixdə dostu Elvin adlı şəxslə kafelərin birində yeyib-içdiklərini, uzun müddətdir ki, Türkiyə Respublikasında yaşadığını, həmin gün çoxlu spirtli içki qəbul etdiyindən özündə olmadığını, Neçə illərdir ailəliklə türkiyə Respublikasında yaşadıqlarını, 2-3 gün bundan əvvəl Türkiyə Respublikasından deportasiya etdiklərini, Şərur rayonunda yaşayış evləri olsada kirayə verdiklərini, yaşamağa yerinin olmadığını, ona görə də Şərur rayon Məscidinin həyətinə gəldiyini, orada da yıxılıb yatdığını, polis əməkdaşlarının ondan şəxsiyyətini təsdiqləyən sənədi tələb etdiyini, onun sərxoş olduğundan onlara qarşı aqressiv şəkildə “siz kimsiniz sənədimi tələb edirsiniz?” dediyini, onların onu küçəyə çıxardıqlarını və onun rayonda gəzişdiyini, polis əməkdaşlarının onu həmin yerdən uzaqlaşdırmalarının yadına düşdüyünü, uca səslə “mənim evim ola-ola küşələrdə niyə qalmalıyam?” deyə yolboyu danışmağa bağladığını, polis əməkdaşlarının onu sakit olmağa, asayişi pozmamağa dəvət etdiklərini, onun əsəbi olduğu üçün öz hərəkətlərinə davam etdiyini, polis əməkdaşlarının onu polis idarəsinə dəvət etdiklərini, tutduğu əməlindən çox peşman olduğunu, məhkəmə tərəfindən onun barəsə yüngül cəza verilməsini xahiş etmişdir. bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis nəfəri X5 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə xidməti vəzifələrini yetirərkən bir nəfər şəxsin Şərur rayon Məscidində yatması barədə məlumat daxil olduğunu, onların həmin yerə yaxınlaşdıqlarını və həmin şəxsin kim olduğunu, şəxsiyyətini təsdiq edən sənədi tələb etdiklərini, onun isə onlara aqressiv davrandığını, sənədinin üzərində olmadığını bildirdiyini, ad, soyadını soruşduqlarını və özünün Şəxs olduğunu söylədiyini, onların onu idarə ilə dəqiqləşdirdiklərini və məscidə içkili vəziyyətdə yatmağın düzgün olmadığını izah etdiklərini və yola saldıqlarını, onun isə küçədən onlardan uzaqlaşdıqdan sonra ucadan “mənim evim ola-ola küşələrdə niyə qalmalıyam?” deyərək səs-küy saldığını, ona yaxınlaşdıqlarını və nizam-intizama dəvət etdiklərini, onun isə öz hərəkətlərinə davam etdiyini, səsini daha da qaldırdığını, onlara məhəl qoymadığını, amma nalayiq ifadələr işlətmədiyini, onların da onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis nəfəri X3 da X5 ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 0403 nömrəli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola" əsasən, Şəxs üzərindən 01 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 0673 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 2005-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixdə Şərur şəhərində saat 19:00 radələrində ucadan ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şərur şəhəri ərazisində xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsə də, uca səslə danışaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 75 (yetmiş beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-125/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-125/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver