Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-125/2025 04.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Ceyranova Aytac Ramiz qızının katibliyi, İnzibati tənbeh tətbiq etmə Naxçıvan Muxtar Respublikası Ekologiya və haqqında qərar qəbul etmiş Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji səlahiyyətli orqanın Təhlükəsizlik Xidmətinin hüquqşünası Qasımov nümayəndəsi: Qəhrəman Abdultalıb oğlunun, Barəsində inzibati xəta X5 iştirakları ilə haqqında iş üzrə qərar qəbul edilən şəxs: 15 avqust 1980-ci ildə Şərur rayonunun Aşağı Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 3UTEK41), evli, 3 uşaq atası, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Aşağı Yaycı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, İİİ qrup əlil X5 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1840386 №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1840386 №-li inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, o, Şərur rayon Aşağı Yaycı kəndində yaşayır, himayəsində 3 azyaşlı övladı var, İİİ qrup əlildir, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı erməni millətçi dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində sol ayağım dizdən aşağı amputasiya olunmuşdur, bu səbəbdən də heç bir yerdə işləmir. xx.xx.2025-ci il tarixdə o, Şəur rayon Aşağı Yayçı kənd mərkəzində olarkən əvvəlcədən tanıdığı hərbi qulluqçu olan dostu ilə görüşmüş və dostu ona onunla birlikdə posta gedib-gəlməyi təklif etdikdə, onunla razılaşmış və onunla birlikdə posta gedib qayıtmışdır. Təqribən 2-3 saat sonra polis əməkdaşları onun yaşadığı evə gələrək ondan həmin gün balıq tutmağa gedib-getmədiyini soruşduqda, o, da onlara balıq tutmağa getmədiyini bildirmişdir. Polis əməkdaşları ondan səhər Şərur rayon Polis İdarəsinə gəlib izahat verməsini xahiş etmiş, bunun üzərinə o, səhərisi gün Şərur rayon Polis İdarəsinə gələrək izahat vermiş və izahatında xx.xx.2025-ci il tarixdə balıq tutmağa getmədiyini, hərbi qulluqçu olan dostu ilə posta gedib-qayıtmağını, ondan sonra evdə olduğunu bildirmişdir. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çağırmış, orada da balıq tutmağa getmədiyini müvafiq əməkdaşlara bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məktub göndərilərək Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati protokol əsasən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərari ilə 700 (yeddi yüz) manat inzibati qaydada cərimə olunduğunu bildirmişlər. Vətəndaş həmçinin ərizəsində qeyd etmişdir ki, o, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən barəsində qəbul edilmiş qərarla raz deyil və qərarı əsassız və qərəzli hesab edir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə evdə olmuş, balıq tutmağa getməmiş və onu heç kəs balıq tutuğu yerdə və ya əlində balıq olan vəziyyətdə görməmişdir (tutmamışdır). Onun barəsində xx.xx.2025-ci il tarixdə kim tərəfindən və hansı əsaslarla Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1ci madəsi ilə inzibati protokol tərtib edilməsi barədə heç bir məlumtı olmamışdır. Ona görə də Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməi tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsassız, qanuna zidd, qeyri obyektiv və qərəzli hesab edir və barəsində tərtib edilmiş qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 şikayətin məzmununa uyğun izahat verərək deyilənlərlə qətiyən razı olmadığını, balıq tutmadığını, gölün qırağına belə getmədiyini, komandir dostu posta gedək gələk dediyi zaman onunla razılaşıb Cağazir tərəfindəki posta gedib orda çay içdiklərini, onlar çay içən zaman orada olan hərbi qulluqçuların balıq tuta biləcəklərini və posta getdikləri “Mitsubishi l200” markalı avtomobilə qoya biləcəklərini, lakin özünün həmin hadisə ilə bağlı heç bir əlaqəsinin olmadığını, posta çay içdikdən sonra komandirin maşını ilə geri qayıtdıqlarını və yaşadığı kəndin yol ayrıcında həmin maşından düşərək yaşadığı evə getdiyini, bu zaman ona dostu tərəfindən hər hansı bir balığın verilmədiyini, avtomobildə balıq olmasından xəbərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında inzibati tənbeh tətbiq etmiş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin səlahiyyətli nümayəndəsi X2 verdiyi izahatında və ona ünvanlanan sualları cavablandırarkən X5 məşhur balıqçı olduğunu, son 3 ildə 3 dəfə İXM-nin 272.1 vı 272.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunduğunu, ona görə də onun digər şəxslərlə əlbir olaraq hazırki inzibati xətanı törətməsi ilə bağlı onlarda əsaslı şübhələrin yarandığını, bu səbəbdən də polis əməkdaşlarının Xidmətə təqdim etdikləri sübutlar əsasında şəxsin barəsində inzibati tənbəh vermə haqqında qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi Toğrul Abdinov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə Şərur rayon Aşağı Yaycı kəndində balıq və digər su bioresurslarının mühafizəsi qaydalarını pozmuşdur. Şərur Rayon Polis İdarəsinin MN0489083 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şərur Rayon Polis İdarəsinin MN2104959 nömrəli xx.xx.2025-ci il tarixli protokolu Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Azər Məmmədova göndərilməsi qərara alınmışdır. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin 14 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X9 Azərbaycan Respublikası İXM-in 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 700 (yeddi yüz) manat miqdarında cərimə edilmişdir. X5 Şərur Rayon Polis İdarəsində verdiyi izahatdan görünür ki, o, ibtidai araşdırma dövründə verdiyi izahatında xx.xx.2025-ci il tarixdə N saylı Hərbi hissənin komandirinin ona zəng vuraraq “mən gedirəm posta, gedək orda tor var, onu götürəcəm, balıq lazımdı yeməyə” dediyini və onu 21:00-da götürdüyünü, getdiklərini və komandirgilin balıq tutduğunu, sonra qayıdıb gəldiklərini, ona get evə dediyini, onu orda yendirdiklərini və o evə getdiyini, sonra onları polis əməkdaşları saxladıqlarını, sonra da onu polis şöbəsinə dəvət etdiklərini və izahatını aldıqlarını bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş DVD-diskdə olan video görüntüyə və fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hadisə ilə bağlı gecə saatlarında bir polis nəfəri bir hərbi qulluqçunun saxlayıb, onların arxasında “Mitsubishi L200” markalı avtomobil vardır, video kadrda həmin iki şəxsdən başqa heç kəs görünmür və avtomobildə bir neçə kiçik ölçülü balıq vardır. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 istinad edilmiş və inzibati məsuliyyətə səbəb olmuş əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu X6 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X5 yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Bu səbəbdən də, onun şikayəti təmin edilməklə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1840386 №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən balıq və digər su bioresursları dedikdə- balıqçılıq su obyektlərində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq, digər su heyvanları və bitkilərinin, onların məhsullarının, o cümlədən kürülərinin və sürfələrinin, toxumlarının mütləq kütləsi başa düşülür. Həmin qanunun 6-cı maddəsinə əsasən Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün istifadə edilən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi; çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti; dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su obyektləri balıqçılıq su obyektləridir. Həmin qanunun 9-cu maddəsinə əsasən balıq və digər su bioresurslarının ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir: -balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu; -balıq və digər su bioresurslarının akvakultura üçün ovu; -balıq və digər su bioresurslarının elmi-tədqiqat, təhsil, maarifləndirmə və nəzarət üçün ovu; -balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu. İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıqovlama bileti əsasında həyata keçirilir. Bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir. Həmin qanunun 11-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün ayrılmış balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının kütləvi qırğınına səbəb ola bilən zəhərli, kimyəvi və partlayıcı maddələrin, habelə qadağan olunmuş ov alətlərinin tətbiqi qadağan olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın və “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə nəzərən məhkəmə hesab edir ki, "Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulması" dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş balıqçılıq və su bioresurslarının istifadə ilə bağlı qaydalara əməl edilməməsi başa düşülür. Bu pozuntular aşağıdakı halları əhatə edə bilər: -Qadağan olunmuş alətlərlə balıq ovlamaq – məsələn, elektrik cərəyanı, partlayıcı maddələr, zəhərli maddələr və ya tor kimi icazəsiz vasitələrdən istifadə. -Balıq ovunun müəyyən olunmuş qadağan dövrlərində həyata keçirilməsi – nəsilartırma dövründə balıq ovlamaq qadağandır (məsələn, yaz-yay dövründə). -İcazəsiz (lisenziyasız) balıq ovlamaq – hüquqi və ya fiziki şəxslərin müvafiq icazə olmadan su bioresurslarını istifadə etməsi. -Normadan artıq balıq tutmaq – ovlanan balığın həcmi qanunla müəyyən olunmuş limiti keçdikdə. -Qırmızı kitaba düşmüş və ya nəsli kəsilməkdə olan növlərin ovlanması – bu xüsusilə ağır hüquq pozuntusu sayılır. -Su hövzələrinin çirkləndirilməsi nəticəsində balıq ehtiyatlarına zərər vurmaq – sənaye tullantıları və s. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, hadisə barəsində məlumat almış səlahiyyətli orqanın nümayəndələri işin bütün faktiki hallarını araşdırmadan (iş üzrə şahidlərin və barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmiş şəxsin izahatlarını almadan, onun törədilmiş hadisəyə aidiyyətinin olub-olmamasını aydınlaşdırmadan, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmiş şəxsin Şərur Rayon Polis İdarəsində verdiyi inkaredici izahatında öz müdafiəsi üçün istinad etdiyi hallara qiymət vermədən, hadisənin kim tərəfindən törədilməsini konkret sübutlarla aşkar etmədən və.s), hadisə ilə bağlı iş materiallarına əlavə edilmiş video və foto görüntülərə lazımınca hüquqi qiymət vermədən sadəcə olaraq Şərur Rayon Polis İdarəsində şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola istinad edərək X7 inzibati məsuliyyətə cəlb etmişlər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında X5 barəsində aparılan inzibati xəta haqqında prosesin bütövlükdə ədalətliliyini qiymətləndirən zaman ilk növbədə o fakta məhəl qoymaya bilməz ki, vətəndaş balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, iş materiallarına görə nə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs, nə də inzibati tənbeh vermə haqqında qərara qəbul etmiş orqan şəxsin ona qarşı verilmiş ittihamlara dair öz vəsatətində qeyd etdiyi dəlil və sübutları, o cümlədən iş materiallarında olan digər sübutları (video və foto görüntüləri) işin faktiki halları ilə qarşılıqlı şəkildə yetərincə araşdırmamışlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən inzibati tənbeh tətbiq etmiş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin səlahiyyətli nümayəndəsi X2 verdiyi izahatında X5 məşhur balıqçı olduğunu, son 3 ildə 3 dəfə İXM-nin 272.1 vı 272.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunduğunu, ona görə də onun digər şəxslərlə əlbir olaraq hazırki inzibati xətanı törətməsi ilə bağlı onlarda əsaslı şübhələrin yarandığını, bu səbəbdən də polis əməkdaşlarının Xidmətə təqdim etdikləri sübutlar əsasında şəxsin barəsində inzibati tənbəh vermə haqqında qərar qəbul edildiyini bildirmişdir. Hazırki işin məhkəmə iclasında müəyyən edilən faktiki hallarından və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin səlahiyyətli nümayəndəsi X2 verdiyi izahatından da göründüyü kimi vətəndaş X6 qarşı verilmiş ittihamın əsasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən toplanılmış sübutlar deyil, yalnız inzibati tənbeh tətbiq etmiş orqanın şəxsi mülahizələri təşkil etmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edi ki, şəxsin təqsirli olmasına dair inzibati orqanın qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə təssüflə qeyd etmək istəyir ki, nə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan, nə də inzibati tənbeh vermə haqqında qərara qəbul etmiş orqan hadisə ilə birbaşa əlaqəsi olan hərbi qulluqçunun (video və foto görüntülərdə saxlanılan hərbi qulluqçunun) inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı heç bir inzibati araşdırma aparmamış, əksinə hadisə ilə əlaqəsi olmayan X5 təqsiri sübut olunmadığı halda onun barəsində inzibati protokol tərtib edərək, onu inzibati məsuliyyətə cəlb etmişlər. Məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında təhlil edərək belə qənaətə gəlir ki, vətəndaş X5 əməllərində İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1840386 №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №3(110)-125/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-125/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver