Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-126/2024 02.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1992-ci ildə Şərur rayonu, Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaqlı, işsiz, Şərur rayonu, Zeyvə kəndində yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Zeyvə kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Şərur şəhərində ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə qaynı Arif və onun oğlu Əli ilə Zeyvə kəndində yeyib-içdiklərini, ora şəxsi avtomobil ilə getdiklərini, içkili olduqları üçün avtomobili Əlinin idarə etdiyini, onun 17 yaşı olduğunu, Şərur şəhərində YPX əməkdaşlarının sənədləri tələb etdiyini, Əlinin idarə etmək hüququ olmadığından özünün isə sərxoş olduğundan avtomobili cərimə meydançasına aparacaqlarını dediklərini, bu zaman içkili olduğu üçün polisin işinə müdaxilə etdiyini, avtomobili duracağa aparmağa maneçilik törətdiyini, bir qədər mübahisə etdikdən sonra PPX əməkdaşlarının gəlib avtomobili cərimə meydançasına apardıqlarını, polis idarəsinə avtomobili çıxarmaq üçün gəldiyini, polis idarəsinin rəisinin qəbuluna girmək istədiyini, icazə verilmədiyini, növbətçi hissədə tanımadığı polis əməkdaşları ilə mübahisə etdiyini, ona polis tərəfindən fiziki güc tətbiq edildiyini, bədənində və üzündə ciddi xəsarət olmadığını, maşına qaçmaqda məqsədinin maşındakı sənədləri götürmək olduğunu, əməlindən peşman olduğunu, 2 azyaşlı uşağının olduğunu, heç yerdə işləmədəyini, bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmiş, məhkəmədən yüngül tənbeh verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında Şərur RPİ DYP bölməsinin rəisi olduğunu, xx.xx.2024-cü il tarixdə saat 16:00-17:00 radələrində Şərur şəhərində xidmət göstərən YPX əməkdaşının sürücülük hüququ olmayan şəxs tərəfindən avtomobil idarə edilməsi ilə bağlı ona məlumat verildiyini, avtomobilin onu idarə edən şəxslə birgə cərimə meydançasına aparılması ilə bağlı qanunun tələbinin izah olunduğunu, özününü polis idarəsinin binasının qarşısında olduğunu, 10-15 dəqiqə keçdikdən sonra avtomobilin sahibi Şəxs polis idarəsinin növbətçi hissəsində səs-küy saldığını, ordan çıxıb polis idarəsinin arxasındakı cərimə meydançasına tərəf qaçdığını, “kimsə mənim maşınımı burda saxlaya bilməz, maşını yandıracağam” dediyini, polislərin çağırışına məhəl qoymadığını, qaçaraq maşının qapısını açıb içərisinə daxil olduğunu, baş verə bilcək hadisəsinin törədilməsinin qarşısını almaq üçün polis əməkdaşının onu dartaraq maşından çölə çıxardığını, onun döyülmədiyini, işgəncə verilmədiyini, bunu təsdiq edən müşahidə kamerasından görüntülərin telefonunda olduğunu, ona qarşı nalayiq ifadə işlədilmədiyini, əksinə onu polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə iş otağında olan zaman səs-küy gəldiyini, səs gələn tərəfə getdiyini, bu zaman Murad adlı şəxsin “maşını yandıracağam” sözlərini dediyini, növbətçi köməkçinin onu maşından çıxardığını, onun polsilərə qarşı nalayiq ifadələr işlətdiyini, bundan sonra onun saxlanılaraq sərxoşluğun müayinəsi üçün göndərildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə nahardan sonra Şərur şəhərində xidməti vəzifələrini yerinə yetirərkən “Mercedes” markalı avtomobilin sürücüsünün azyaşlı olması ehtimalı ilə ona “saxla” əmri verdiklərini, sürücüdən sənədləri tələb etdiklərini, onun sənədi olmadığını bildirdiyini, onun sürücülük hüququnun olmadığını və avtomobili cərimə meydançasına aparacaqlarını dediklərini, yanındakı Murad adlı şəxsin buna etiraz edərək avtomobilin cərimə meydançasına getməyəcəyini dediyini, ona özününü sərxoş olduğunu, sürücünün isə hüququ olmadığını bir neçə dəfə izah etsələr də onun maneçilik yaratdığını, maşını saxladıqları zaman Muradın sənədləri avtomobildən götürdüyünü, avtomobili Şərur RPİ-yə gətirdiyini, 10-15 dəqiqə keçdikdən sonra Muradın cərimə meydançasına gəldiyini, orada səs küy salıb nalayiq ifadələr işlətdiyini, özünün bu zaman kənarda dayandığını, hər hansı müdaxilə etmədiyini, digər polis əməkdaşlarının onu saxlayıb idarəyə apardıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə nahardan sonra təqribən 17-18 radələrində Şərur şəhərində xidməti vəzifələrini yerinə yetirərkən “Mercedes” markalı avtomobilin sürücüsünün azyaşlı olması ehtimalı ilə ona “saxla” əmri verdiklərini, sürücüdən sənədləri tələb etdiklərini, onun sənədi olmadığını bildirdiyini, onun sürücülük hüququnun olmadığını və avtomobili cərimə meydançasına aparacaqlarını dediklərini, yanındakı Murad adlı şəxsin buna etiraz edərək avtomobilin cərimə meydançasına getməyəcəyini dediyini, ona bir neçə dəfə izah etsələr də onun maneçilik yaratdığını, onu saxladıqları zaman Muradın sənədləri avtomobildən götürdüyünü, şəxs içkili olduğu üçün onlara qarşı nalayiq ifadələr işlətdiyini, bu zaman kənarda başqa insanların da olduğunu bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 100 nömrəli sərxoşluq halının müəyyən edilməsi protokolundan görünür ki, Şəxs 1.34 promil dərəcəsində sərxoşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 0672 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:15 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, 2 uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, xətanın sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu 01 may 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-126/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-126/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver