Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-128/2023 05.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şərur rayon Yuxarı Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Yuxarı kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: X1 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şərur rayon Yuxarı Daşarx kəndində fiziki güc işlədərək, Şərur rayon Yuxarı Daşarx kənd sakini Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Yuxarı Daşarx kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Yuxarı Daşarx kəndində toy məclisində olduğunu, bu zaman həmkəndlisi Ucar adlı şəxsin ondan yaşadığı evin həyətində olan göycə ağaclarının yığılıb-yığılmadığını soruşduğunu, cavabında ağacların yığılmadığını bildirdiyini, Ucarın ona göycə ağaclarını yığmağı bacısının oğlu Zərərçəkmiş şəxs tapşıra biləcəyini bildirdiyini, həmin vaxt Zərərçəkmiş şəxs onların yanına gəldiyini, ona “sənin anan mənim sinif rəhbərimdir, onunla münasibətim yoxdur, ona görə də sizin həyətə gələ bilmərəm” dediyini, onun bu hərəkətinə əsəbləşdiyini, əlini onun boyun nahiyəsinə qoyaraq ona niyə belə reaksiya verməsini soruşduğunu, onun bu hərəkətinin yanlış olduğunu bildirdiyini, bundan sonra əlini ondan çəkdiyini, oradan uzaqlaşdığını və yaşadığı evə getdiyini, Zərərçəkmiş şəxs döymədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X9 izahatında xx.xx.2023-cü il tarixində axşam saatlarında həmkəndlisinin ona zəng edərək Yuxarı Daşarx kəndində toyda Şəxs onun oğlu Zərərçəkmiş şəxs şillə və təpiklə vurduğunu bildirdiyini, bunu eşidib bu barədə Şərur rayon Polis İdarəsinə məlumat verdiyini, lakin daha sonra Şəxs onun övladına vurmadığının məlum olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Yuxarı Daşarx kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə Yuxarı Daşarx kəndində toy məclisində olan zaman həmkəndlisi Şəxs onun adını çəkməsini eşitdiyini, bu zaman onun yanına getdiyini, həmin vaxt Şəxs ona yaşadığı həyətdə göycə ağaclarının olduğunu bildirdiyini, ondan göycə ağaclarını yığmasını xahiş etdiyini, o isə cavabında Şəxs anasının məktəbdə onun müəllimi olduğunu, onun münasibətinin yaxşı olmadığını bildirərək, onların evinə getməyəcəyini bildirdiyini, bu zaman Şəxs onun sinəsindən tutduğunu və onu itələdiyini, bundan sonra onun yanında uzaqlaşdığını və kənarda toya baxmağa davam etdiyini, Şəxs onu döymədiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin izahatları ilə müəyyən olunmuşdur ki, Şəxs Zərərçəkmiş şəxs döyməmişdir.. Bu isə onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin təhqiqatçısı vəzifələrini müvəqqi icra edən polis leytenentı X3 tərəfindən 15 may 2023-cü il tarixdə Şərur rayon Yuxarı Daşarx kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 20 may 2023-cü il tarixli, 499 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində zədə və zədə izləri müəyyən edilməmişdir.. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009195 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şərur rayon Yuxarı Daşarx kəndində fiziki güc işlədərək, Şərur rayon Yuxarı Daşarx kənd sakini Zərərçəkmiş şəxs döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-128/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-128/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver