Məhkəmə qərarları › İş №3(110)-128/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-128/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-128/2024 07.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, 2-ci qrup əlil, təqaüdçü, dediyinə görə əvvəllər məhkum olunmamış, Şərur şəhərində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur şəhərində, saat 12:00 radələrində polis işçisinin tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə evdən çıxıb marketə gedərək spirtli içki aldığını və marketdən biraz uzaqlaşaraq arxa məhəllələrin birində oturub spirtli içki qəbul etdikdən sonra bazarın yaxınlığında yolun kənarı ilə gedən bir vətəndaşa yaxınlaşaraq ondan 80 qəpik pul verməsini istədiyini, onun isə ondan kim olduğunu soruşduğunu və uzaqlaşmağını istədiyini, bundan sonra onun spirtli içkinin təsiri altında olduğu üçün yenidən həmin vətəndaşın arxasıca getdiyini və ona qarşı nalayiq ifadələr işlədərək onu hədələməyə başladığını, əgər pul verməzsə ona xəsarət yetirəcəyini dediyini, onun isə onu sakitləşdirməyə çalışdığını, lakin onun spirtli içkinin təsiri altında olduğu üçün daha da yüksəkdən səs-küy salmağa başladığını, bundan sonra 2 nəfər polis əməkdaşınınonlara yaxınlaşdığını və onun içkili olduunu görüb onu nizamintizamlı olmağa dəvət etdiklərini,lakin onun onların sözlərinə məhəl qoymayıb səs-küy salmağa və nalayiq ifadələr işlətməyə davam etdiyini, sakitləşmədiyini görən polis əməkdaşlarının onu ordan götürərək polis şöbəsinə gətirdiklərini, əməlindın çox peşiman olduğunu, məhkəmə qərar çıxarərkən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 PPX-də polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Yaşıl bazar adlanan yerdən çıxıb evə gedərkən bir nəfər şəxsin ona yaxınlaşdığını və ondan 80 qəpik pul verməyini istədiyini, onun isə onun kim olduğunu soruşduğunu və içkili olduğunu görüb ondan uzaqlaşmasını istədiyini, onun isə ona məhəl qoymayıb ona qarşı nalayiq ifadələr işlətməyə başladığını və arxasıca gələrək onu hədələməyə başladığını və daha ucadan səs-küy salmağa davam etdiyini, mübahisə etdiklərini görən polis əməkdaşlarının onlara yaxınlaşaraq ondan nə olduğunu soruşduqlarını, onun da onlara nə olduğunu danışdığını, polis əməkdaşlarının onu hədələyən şəxsi nizam-intizama dəvət etdiklərini, lakin onun isə buna məhəl qoymayaraq daha ucadan səs-küy salmağa davam etdiyini, polis əməkdaşlarının onun sakitləşmədiyini görüb xidməti maşın çağıraraq onu Şərur Rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında, xx.xx.2024-cü il tarixdə Şərur rayon ərazisində xidmət aparan zaman Yaşıl bazar adlanan yerin yaxınlığında 2 nəfər şəxsin mübahisə etdiyini görüb ora yaxınlaşdıqlarını, yaxınlaşan zaman oradakı şəxsin birinin onların əməkdaşı polis serjantı Kamal olduğunu gördüklərini, ondan niyə vətəndaşın səs-küy saldığını soruşduqlarını, onun isə vətəndaş Şəxs sərxoş vəziyyətdə olduğunu və ona nalayiq ifadələr işlətdiyini dediyini, onların vətəndaşı intizamlı olmağa dəvət etdiklərini, onun isə məhəl qoymayaraq yenidən səs-küy salmaqla nalayiq ifadələr işlətməyə davam etdiyini, təkrardan vətəndaşı intizamlı olmağa dəvət etdiklərini, onun isə yenidən onların qanuni tələbinə məhəl qoymadığını və onu xidməti maşınla Şərur Rayon Polis İdarəsinə gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Mürvət Muxtar oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində, saat 12:00 radələrində polis işçisinin tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan: - xx.xx.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə Şərur şəhərində, saat 12:00 radələrində polis işçisinin tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli 46 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1.37 promilli sərxoşluq dərəcəsi aşkar edilmişdir; - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun 2-ci qrup əlil olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar