Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-13/2023 03.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, xx xxxx 1974-cü ildə Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şərur rayon Yuxarı Yaycı kəndində qeydiyyatda duran Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materialı nəzərdən keçirərək məhkəmə, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ DYŞP-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən 31 oktyabr 2022-ci il tarixli 087- 34666-1222 nömrəli məktubla baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-132/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərardadına əsasən aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Şərur rayon Məhkəməsinin 3(110)-89/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3/13-52/2-40/2023 nömrəli məktubda vətəndaş Şəxs qanunla müəyyən edilmiş müddətdə cəriməni və dəbbə pulunu ödədiyinə görə barəsində tərtib olunmuş inzibati protokol və toplanmış materialın Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün məhkəməyə göndərildiyi qeyd edilmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib bu qənaətə gəlir ki, iş üzrə inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş: - Azərbaycan Respublikası DİN X2 İnternet Portalından çıxarışdan görünür ki, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs tərəfindən 40 manat məbləğində cərimə və 24 manat dəbbə pulu olmaqla, cəmi 64 manat məbləğində cərimə dövlət büdcəsinə ödənilib; - Azərbaycan Respublikası DİN-nin DYP “Asan pay” ödəniş sistemindən çıxarışdan görünür ki, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol artıq ödənilib. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, vətəndaş Şəxs dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Vətəndaş həmin qərarı 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vətəndaş Şəxs tərəfindən 40 manat məbləğində cərimə və 24 manat dəbbə pulu olmaqla, cəmi 64 manat məbləğində cərimə dövlət büdcəsinə ödənilmişdir. Ona görə də, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-13/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-13/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver