Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-13/2024 16.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X2 iştirakı ilə, xx.xx.2007-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur şəhərində xırda xuliqanlıq hərəkətləri edərək ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində dostu Fərid ilə birlikdə Şərur rayon Xəstəxanasından onun idarə etdiyi avtomobil olan “VAZ2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şərur rayonu tərəfə getdiklərini, bu zaman “Kinobahar” adlanan yerin yanında hərəkətdə olan zaman qarşılarında ağ rəngli “VAZ2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin anidən durduğunu, Fəridin əyləci sıxsa da idarə etdiyi avtomobili dayandıra bilmədiyini, bu zaman fəridin idarə etdiyi avtomobilin qarşıdakı maşına arxadan dəydiyini, sonra Fəridin əsəbiləşib maşını cəld sürüb vurduğu maşının qabağında saxladığını, onların aşağı düşdüklərini, Fəridin vurduğu maşının sürücü tərəfinə yaxınlaşaraq həmin tərəfdə olan qapıya bir dəfə təpiklə vurduğunu, bu zaman maşın sürücüsü olan tanımadığı şəxsin aşağı düşdüyünü, Fəridin onun yaxasından tutaraq uca səslə “bu necə maşın sürməkdir?” sözlərini dediyini, bundan sonra onun Fəridin yaxasından tutduğu şəxsi yaxasından tutub kənara çəkdiyini, bundan sonra polis əməkdaşlarının onlara yaxınlaşaraq öz iradlarını bildirdiklərini, bu zaman onu idarəyə dəvət etdiklərini, lakin onladan “niyə məni də aparırsınız?” sualını verdiyini, bu zaman onu da polis əməkdaşlarının maşına mindirərək idarəyə gətirdiklərini əməlindən çox peşman olmasını qeyd edərək məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X6 izahatında və verilən suallara cavabında Davudun sakit təbiətli olduğunu, onun bu günə qədər belə hadisələrə qarışmadığını, təhsil aldığı müəssisədə və yoldaşları arasında problem yaşamadığını, dərslərini yaxşı oxuduğunu, bundan sonra bu kimi hərəkətlərə yol verilməməsi üçün onunla daha ciddi şəkildə maraqlanacağını qeyd edərək, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə dayısı nəvəsi Heydərin ona zəng edərək idarə etdiyi “VAZ2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yeni Kapital Bank kartını almaq üçün Şərur rayonuna getməklərini ona təklif etdiyini, onun təklifini qəbul etdikdən sonra onların birlikdə Şərur rayonuna getdiklərini, Şərur rayonunda yerləşən “Kinobahar” adlı yerin yanında onun qarşıda yolun yaxşı vəziyyətdə olmadığını görüb yüngül əyləci sıxaraq idarə etdiyi avtomobilin sürətini azaltdığını, bu zaman anidən arxadan “VAZ2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxadan idarə etdiyi maşına dəydiyini, bundan sonra Fəridin idarə etdiyi avtomobili onun idarə etdiyi maşının yanından sürüb qabağına keçərək anidən maşını saxladığını, Fəridin və tanımadığı bir nəfərin maşından enərək onların maşınına doğru acıqlı şəkildə gəlməyə başladıqlarını, bu zaman Fəridin maşının onun əyləşdiyi tərəfindəki qapısına bir dəfə təpiklə vurduğunu, bu zaman onun qapını açaraq aşağı düşərkən fərid adlı şəxsin onun yaxasından tutaraq “bu nətəri maşın sürməkdir?” sözlərini acıqlı şəkildə ona işlətdiyini, sonra Fəridin yanındakı tanımadığı şəxsin onun üzərinə gələrək yaxasından tutub onu arxaya itələdiyini və “bu necə maşın sürməkdir?” sözlərini acıqlı şəkildə səsini ucaldaraq onun üzərinə qışqırdığını, hər ikisinin nalayiq ifadələr işlətdiyini, bundan sonra Heydərin araya girərək onları sakitləşdirməyə çalışdığını, bu zaman polis əməkdaşlarının onlara yaxınlaşaraq onları Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında Şərur RPİ-nin YPX-nın inspektoru vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində Şərur şəhəri H.Əliyev prospektində xidmətdə olduğunu, həmin vaxt Şərur şəhərində yerləşən “Kinobahar” tərəfdə “VAZ2107” maşının digər maşını arxadan vurduğunun şahidi olduğunu, hadisə yerinə getdiyini, “VAZ2107” markalı maşının sürücüsü Fərid adlı tanıdığı şəxsin və həmin maşından enən tanımadığı sərnişinin enərək arxadan vurduqları maşının yanına getdiklərini, bu zaman Fərid adlı şəxsin vurduğu maşının sürücü tərəf qapısına təpiklə zərbə vurduğunu və bu zaman sürücünün maşından enən zaman Fəridin həmin sürücünün yaxasından tutaraq yüksək səslə nalayiq ifadə işlətdiyini, onun yanındakı şəxsin isə digər şəxsi yaxasından tutaraq onu arxaya itələdiyini və “bu necə maşın sürməkdir?” sözlərini acıqlı şəkildə səsini ucaldaraq onun üzərinə qışqırdığını, nalayiq ifadələr işlətdiyini, onları Polis İdarəsinə dəvət edtiklərini, lakin Fəridin yanındakı şəxsin uca səslə Şərur RPİ-nin YPX-nin rəisi Raman Rzayevə qarşı nalayiq ifadə işlətdiyini, beləliklə həmin şəxsləri Şərur Rayon Polis İdarəsinə gətirdiklərini, Fərid adlı şəxsin X7 və onun yanındakı sərnişinin isə Şəxs olmasının tərəflərindən müəyyən edildiyini və həmin şəxslərin barələrində tədbir görülməsi üçün isə İstintaq və Təhqiqata təhvil verdiklərini bildirmişdir. Şərur Rayon Prokuroruna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən məlumat verilmiş, lakin o, məhkəmə iclasında gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən işə Şərur Rayon Prokurorunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 017818 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur şəhərində xırda xuliqanlıq hərəkətləri edərək ictimai asayişi pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş 21 dekabr 2023-cü il tarixli 1257 nömrəli Məhkəmə Ekspertizasının rəyindən görünür ki, “Vaz 21070 minik” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş maddi ziyanın məbləği ümumilikdə 300.00 (üç yüz) manat həcmində müəyyən olunur (180 manat dəyişilməli hissələrin dəyəri, 120 manat təmir bərpa işi). İş materiallarına əlavə olunmuş 15 yanvar 2024-cü il tarixli 546 nömrəli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin YPX_nin inspektoru polis baş serjantı İntiqam Abdullayevin raportu əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 32.1.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını və yetkinlik yaşına çatmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5 maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilməli, lakin o yetkinlik yaşına çatmadığından və müstəqil qazancı olmadığından, inzibati cərimə onun qanuni nümayəndəsi X1 alınaraq dövlət nəfinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. İnzibati xəta törətmiş Şəxs yetkinlik yaşına çatmadığından və müstəqil qazancı olmadığından, inzibati cərimə onun qanuni nümayəndəsi X1 alınaraq dövlət nəfinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-13/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-13/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver