Məhkəmə qərarları › İş №3(110)-130/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-130/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-130/2023 06.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1992-cı ildə Şərur rayonu, Tumaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayonu, Tumaslı kəndində qeydiyyatda duran və Bakı şəhərində yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 013155 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-682/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 8639.67 manat borcu və Salyan Rayon Məhkəməsinin 2(057)-2760/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 1716.48 dolları borcu ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 2016-cı ildə Türkiyə Respublikasına getdiyini, 2019-cu ildə Türkiyə Respublikasından qayıtdığını, icra sənədləri barədə məlumatının olmadığını, təxminən 3-4 gün əvvəl başqa bir icra sənədi üzrə Şərur rayon İcra və Probasiya gələn zaman hazırkı icra sənədləri barədə məlumatının olduğunu, hal-hazırda heç bir yerdə işləmədiyini, borclu olduğu məbləği tam şəkildə ödəyə bilməyəcəyini, hissə-hissə ödəyə biləcəyini, vaxt verilərsə borcunu ödəyəcəyini qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-682/2017 nömrəli 09 avqust 2017-ci il tarixli məhkəmə əmrinə əsasən cavabdeh Şəxs müştərək qaydada 7470,81 manat məbləğində əsas, 1148,86 manat məbləğində faiz və 20 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə, 8639,67 (səkkiz min altı yüz otuz doqquz manat altmış yeddi qəpik) manat borc pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, eyni zamanda Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-2760/2017 nömrəli 07 iyun 2017-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs müştərək qaydada 1082.82 ABŞ dolları əsas borc, 402.55 ABŞ dolları faiz borcu, 231.11 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1716.48 ABŞ dolları borc tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinin əmr edildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrasının təmin edilməsi üçün bildirişin borclunun ünvanına göndərildiyini, lakin borclu ərazidə yaşamadığından ona rəsmi qaydada məlumat verməyin mümkün olmadığını, təxminən 3-4 gün əvvəl azadlığın məhdudlaşdırılması barədə hökmün icrası ilə əlaqıdar borclu Şərur rayon İcra və Probasiya şöbəsinə gələn zaman borcluya hazırkı icra sənədləri barədə şəxsən məlumat verdiyini, borclunun həmin icra sənədlərindən xəbərinin olmadığını bildirdiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədlərinin icrasından boyun qaçırıldığını, buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun izahatlarından, eyni zamanda iş materiallarında olan sənədlərdən görünür ki, borclu Şəxs xx.xx.2016-cı il - xx.xx.2019-cu il tarixləri arasında Azərbaycan Respublikası ərazisində olmamış, eyni zamanda ona göndərilən bildirişlərin onun yaxın qohumları tərəfindən alınması barədə məlumat iş materiallarında öz əksini tapmamışdır. Bu isə onu deməyə əsas verir ki, borclu Şəxs icra sənədləri barədə məlumatlı olmamış, məlumatlı olduqdan sonra belə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilməmiş, icra sənədləri üzrə 10 günlük könüllü icra müddəti gözlənilmədən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə onun inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. Beləliklədə məhkəmə bu qənaətə gəlir ki, hazırkı vəziyyətdə borclu Şəxs əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-682/2017 nömrəli 09 avqust 2017-ci il tarixli məhkəmə əmrinə əsasən Şərur rayon Tumaslı kəndində qeydiyyatda duran xx.xx.1992-ci il təvəllüdlü borclu Şəxs və Xocavənd rayon Tuğ kəndində qeydiyyatda duran xx.xx.1992-ci il təvəllüdlü borclu (zamin) X4 müştərək qaydada 7470,81 manat məbləğində əsas, 1148,86 manat məbləğində faiz və 20 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə, 8639,67 (səkkiz min altı yüz otuz doqquz manat altmış yeddi qəpik) manat borc pul tutularaq Bakı AZ-1014, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" ASC-nin AZ37NABZ******************** saylı müxbir hesabına ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-682/2017 nömrəli 09 avqust 2017-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-2760/2017 nömrəli 07 iyun 2017-ci il tarixli məhkəmə əmrinə əsasən 13 may 1992-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 və xx.xx.1992-ci il tarixdə Naxçıvan MR Şərur rayon Tumaslı kəndində anadan olmuş, Naxçıvan MR Şərur rayon Tumaslı kəndində yaşayan Şəxs birgə qaydada 1082.82 ABŞ dolları əsas borc, 402.55 ABŞ dolları faiz borcu, 231.11 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1716.48 ABŞ dolları borc ödəniş gününə məzənnə üzrə manatla və 20 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Salyan Rayon Məhkəməsinin 2(057)-2760/2017 nömrəli 07 iyun 2017-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 013155 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-682/2017 nömrəli 09 avqust 2017-ci il tarixli icra sənədi üzrə 8639.67 manat borcu və Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-2760/2017 nömrəli 07 iyun 2017-ci il tarixli icrə sənədi üzrə isə 1716.48 ABŞ dolları borcunu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, eyni zamanda o, pensiya və sosial ödəniş almır. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, Şəxs xx.xx.2016-cı il tarixdə Sədərək DSBM-dən çıxış etmiş, xx.xx.2019-cu il tarixdə isə Sədərək DSBMdən giriş etmişdir. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar