Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-130/2024 12.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Nağıyev Habil Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1992-ci ildə Şərur rayon Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, usta işləyən, dediyinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Maxta kəndində qeydiyyatda duran, Şərur şəhərində yaşayan Şəxs (fin:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, müayinə edilməsi üçün Naxçıvan Muxtar Respublikası X2 göndərilmiş, bu zaman onun qanunsuz olaraq narkotik maddə istifadə etməsi müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli sayaraq izahatında təxminən 3 il əvvəl Türkiyə Respublikasına işləmək üçün getdiyini, orda işləyərkən Mətin adlı türk dostu ona “şüşə” adlanan narkotik vasitə çəkməyi məsləhət gördüyünü, onun da həmin “şüşə” adlanan narkotik vasitəni çəkdiyini, trəxminən 1 il 6 ay Türkiyə Respublikasında işlədikdən sonra Naxçıvana qayıtdığını, burada da usta işlədiyini, 4-5 gün bundan öncə yenə narkotik vasitə qəbul etdiyini, daha sonra polis əməkdaşları onu saxlayaraq polis idarəsinə dəvət etdiklərini, Naxçıvan şəhərinə aparılaraq narkotestdən keçirildiyini, orada narkotik vasitə istifadə etdiyinin aşkar olunduğunu, Şərurda ilk dəfə narkotik vasitə istifadə etdiyini, Türkiyədə 2 dəfə narkotik vasitə istifadə etdiyini, suallara cavabında ekspertiza zamanı anamnez məlumatları öyrənilən zaman 50-60 dəfə narkotik vasitə istifadə etməsi barədə dediklərini xatırlamadığını, narkotik vasitəni bir neçə gün öncə Şərur şəhərində Heydər Əliyev prospoktindən mərkəzi bazara dönən yolda piyada yolunda siqaret kağızına bülükülü vəziyyətdə tapdığını, açdığı zaman metafetamfetamini tanıdığı üçün aparıb istifadə etdiyini, heç kimdən narkotik vasitə almadığını, heç kimə narkotik vasitə satmadığını, həmçinin Türkiyə Respublikasından narkotik vasitə gətirmədiyini, bir il öncə Türkiyədən deportasiya olunduğunu, 10 may 2024cü il tarixdə gönortadan sonra polis əməkdaşlarının onu çağırdığını, narkotestdən keçirdiklərini, polisdə həmin tarixdən saxlanıldığını, özünün barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında və verilmiş suallara cavabında 10 may 2024-cü il tarixdə Şəxs narkotik vasitə istifadə etməsi barədə etimad doğuran qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduğunu, həmin gün nahardan sonra onun yaşadığı ünvana getdiyini, sonra onu polis idarəsinə dəvət etdiyini, onu qəbul olunmuş qərar əsasında Naxçıvan Muxtar Respublikası X2 aparıb narkotestdən keçirdiklərini, aparılan testin müsbət nəticə verdiyini, suallara cavabında narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat daxil olmadığını, lakin hazırda şəxs tərəfindən istifadə olunmuş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirlərinin davam etdirildiyini, şəxsin polis idarəsində 10 may 2024-cü il saat təqribən 18:00-radələrindən saxlanıldığını, tutma protokolunun niyə 11 may 2024-cü il tarixə tərtib olunmasını bilmədiyini bildirdi. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs şahid ifadəsini təsdiq etmişdir. Sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sidik narkotest vasitəsilə müayinə olunmuş və nəticədə MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunmuşdur. Narkomaniya xəstəliyindən əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 10:00-da azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, narkomaniyadan əziyyət çəkməsini, lakin məcburi müalicəyə ehtiyacının olmadığını, habelə rəsmi iş yerinin olmamasını və həmçinin işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş üzrə Şəxs faktiki olaraq 10 may 2024-cü il tarixdə saat 18:00 radələrindən polisdə saxlanıldığı müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin saxlanma müddəti ilə bağlı qanunvericliyin normalarına riayət edilsə də, tutma protokolu düzgün tərtib edilməmişdir. Buna görə də inzibati həbsin əvvəli şəxsin faktiki tutulduğu 10 may 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin faktiki tutulduğu 10 may 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-130/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-130/2024
12.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver