Məhkəmə qərarları › İş №3(110)-131/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-131/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-131/2023 06.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Şərur rayonu, Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, müvəqqəti işsiz, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan və yaşayan (FİN: 52YNUSM) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur rayon Zeyvə kəndində ata mülkündə qardaşı Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Zeyvə kəndində yaşadığını, Rusiya Federasiyasının Moskva şəhərində qardaşı Zərərçəkmiş şəxs 24 may 2023-cü il tarixdə Şərur rayon Zeyvə kəndinə gəldiyini, gəldikdən sonra özünün ailə üzvləri ilə birlikdə yaşadığı atasına məxsus olan evdə yaşamağa başladığını, o gəldikdən sonra kənd sakinlərinə onun atasına yaxşı baxmadığını, atasını natəmiz vəziyyətdə saxladığını dediyini, 26 may 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs həyat yoldaşı ilə birlikdə onların yaşadığı evə gəldiyini, ailə daxili münasibətləri barədə başqa şəxslərə heç nə deməməsi barədə ona xəbərdarlıq etmək üçün Faiqi yanına çağırdığını, Faiqin ona tərəf gələrək onunla mübahisə etməyə başladığını, bu zaman Faiqin onun köynəyindən tutub cırdığını, həmin vaxt onun üz nahiyəsindən əli ilə itələdiyini, bundan sonra Faiqin ona qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra isə yaşadıqları evdən çıxıb getdiyini, onun qaynının yaşadığı evə getdiyini düşündüyünü, xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, xx.xx.2023-cü il tarixdə isə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu bildirərək, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Rusiya Federasiyasının Moskva şəhərində yaşadığını, səhhəti ilə bağlı müntəzəm olaraq Azərbaycan Respublikasına gəldiyini, gələn zaman Şərur rayon Zeyvə kəndində atasına məxsus evdə yaşadığını, 24 may 2023-cü il tarixdə yenə həmin evə gəldiyini, 26 may 2023-cü il tarixdə qardaşı Şəxs həyat yoldaşının onun həyat yoldaşına onların həmin evdə yaşamalarından narahat olduqlarını bildirdiyini, həmin gün axşam saatlarında oradan çıxıb qaynı Elvin Qasımova məxsus evə getdiyini, oradan çıxıb yenə atasına məxsus evə gəldiyini, bu zaman həyətdə qardaşı Şəxs gördüyünü, həmin vaxt qardaşının ona qarşı nalayiq ifadələr işlətdiyini, ondan nə olduğunu soruşanda onun üz nahiyyəsindən iki dəfə sillə vurduğunu, bundan sonra Moskvada yaşayan qardaşı Hüseyn Əliyevə zəng vurub Natiqin əməlləri barədə ona məlumat verdiyini, Hüseynin ona polis əməkdaşlarına bu barədə məlumat verməsini məsləhət gördüyünü, bundan sonra qaynının evinə getdiyini və gecəni orada keçirdiyini, 27 may 2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinə gedərək qardaşı Şəxs onu döyməsi məlumat veriyini, ondan şikayətçi olduğunu bildirdiyini, ekspertizadan keçdiyini, sillənin təsirindən üz nahiyyəsində qançır əmələ gəldiyini, Natiqi bağışlamadığını, buna görə də onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin təhqiqatçısı vəzifələrini müvəqqi icra edən polis leytenentı X1 tərəfindən 30 may 2023-cü il tarixdə Şərur rayon Zeyvə kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 30 may 2023-cü il tarixli, 542 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol alın nahiyyəsində qançır və sıyrıq küt mexanizmdən bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009200 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il Şərur rayon Zeyvə kəndində ata mülkündə qardaşı Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Zeyvə kənd sakini Zərərçəkmiş şəxs döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törədən şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar