Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-131/2025 12.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, inzibati material və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, inzibati material baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirilərkən müəyyən edilmişdir ki təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən bu natamamlığı tamamlamaq mümkün olmamışdır. Belə ki, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və protokolda onun xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Şərur rayon Polis idarəsində Polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı qeyd edilsədə, polis işçilərinin hansı qanuni tələblərinə qəsdən tabe olmaması qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 106.0.3-cü hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir; - 109.1 və 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir; Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiyilin tələblərinə riayət olunmadığına görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilməli və inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilsin və inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-131/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-131/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver