Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-132/2023 07.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Şərur rayon Qorçulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Qorçulu kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Şərur rayon Qorçulu kəndində Şərur rayon Mahmudkənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc onu döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Qorçulu kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində kənd ərazisində xidmət aparan polis əməkdaşı Rahib və həmkəndlisi Həmzə Əliyevlə birlikdə Qorçulu kənd mərkəzində olan zaman bir avtomobilin onların yanından sürətlə keçdiyini, nəticədə yerdə olan gölməçədən onların üzərinə su sıçradığını, bu zaman polis əməkdaşının həmin avtomobili saxlatdığını, avtomobilə yaxınlaşdıqlarını, sürücüyə kənd mərkəzində niyə belə yüksək sürətlə idarə etdiyini soruşduğunu, həmin şəxsin avtomobildən düşərək ona tərəf gəlməyə başladığını, həmin şəxs onun yanına çatanda onu itələdiyini, bu zaman polis əməkdaşının onu kənara çəkdiyini və YPX əməkdaşlarına zəng edərək, onları çağırdığını, təxminən 10 dəqiqə sonra YPX əməkdaşlarının hadisə yerinə gəldiklərini, sonra həmin şəxsi oradan uzaqlaşdırdıqlarını, Zərərçəkmiş şəxs vurmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Mahmudkənd kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində özünə məxsus avtomobillə Şərur rayon Qorçulu kəndinə getdiyini, oradan qayıdarkən bir neçə nəfərin onu saxlatdığını, ona yerdə gölməçə olduğunu, onların üzərinə su sıçratdığını bildirdiklərini, onlara gölməçəni görmədiyini bildirərək, onlaran üzr istədiyini, bu zaman tanımadığı şəxsin onun yanına gələrək, ona sillə vurduğunu, bu zaman avtomobildən endiyini, sonra polis əməkdaşının onların yanına gələrək, onları aralaşdırdığını, mübahisəni olmasına imkan vermədiyini, təxminən 20 dəqiqə sonra YPX əməkdaşlarının onların yanına gəldiyini və onu izahat verməsi üçün Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, daha sonra ekspertizada keçdiyini, Şəxs barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarındakı sənədləri araşdıraraq hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs döyməsi öz təsdiqini tapmadığından, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İTB-nin təhqiqatçısı vəzifələrini müvəqqi icra edən polis leytenentı X1 tərəfindən 27 aprel 2023-cü il tarixdə Şərur rayon Mahmudkənd kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 27 may 2023-cü il tarixli, 391 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində zədə və zədə izləri müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009197 saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Şərur rayon Qorçulu kəndində Şərur rayon Mahmudkənd sakini Zərərçəkmiş şəxs döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-132/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-132/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver