Məhkəmə qərarları › İş №3(110)-132/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-132/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-132/2025 14.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Şərur rayonunda YPX-nin saxla əmrinə və Polis İdarəsinin inzibati binasında sərxoş vaziyyətdə polis əməkdaşı X1 ucadan nalayiq ifadələr işlədərək qəsdən tabesizlik etmişdir. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şərur rayon Düdəngə kəndində həmkəndliləri bozunun oğlunun kiçik toy mərasimindən yeyib içdikdən sonra dostum Həbibin avtomobilini götürərək Şərur şəhərində gəzmək üçün gəldiyini, onun çox içki içdiyi üçün yol polisinin ona saxla işarəsi verdiyini görmədiyini və avtomobili Düdəngə kəndində yerləşən avto-təmir sexinə doğru getdiyini, arxasınca yol polisi əməkdaşlarının gələrək ona qara VAZ 2107 markalı 68BF448 dövlət qeydiyyat nömrəli avtomobili Şərur şəhərində idarə edərkən ona saxla işarəsi verdiklərini bildirdiklərini, onunda onlara içkili olduğundan onların saxla işarəsini görmədiyini bildirdiyini, polis əməkdaşlarının onu polis idarəsinə dəvət etdillərini, polis idarəsinin DYPB-nin qarşısında onu içkili olmağını alkotestdən keçirdiklərini və ona inzibati cərimə yazıldığını bildirdiklərini, sonra onun əvvəlcədən həmin yol patrul əməkdaşlarını tanıdığından onların onun arxasınca avtomobil sexinə gəlib onu aparmaqlarının onun acığına gəldiyini və onlara qarşı içkili olduğundan onlara qarşı nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarının onu sakitləşdirmək istədiklərini, lakin onun spirtli içkinin təsirindən onların bu əmrinə tabe olmadığını, bir neçə polis əməkdaşının onun əl-qolunan tutaraq DYPB-nin qarşısında polis idarəsinin növbəti hissəsinə gətirib təhvil verdiklərini, onun üst-başına baxış keçirildiyi və polis idarəsinin zirzəmisinə düşürdüklərini, etdiyi əməldən peşman olduğunu qeyd edərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, bu gün yəni 15:16 radələrində poçt yoldaşım X7 ilə Şərur şəhərində katibxananın qarşısında xidmətdə idik. VAZ-2107 markalı 68BF448 dövlət nömrə qeydiyyat nişanlı maşın yuxarı sürətlə və manevr qaydasını pozduğuna görə saxla əmri verdik, o bizim saxla əmrinə qəsdən tabe olmayaraq əl-qolu hərəkəti edərək ordan uzaqlaşdı. Sonra Düdəngə kəndinə tərəf xidməti maşınla getdik. Düdəngə kəndinin yolunda yerləşən avtoservisin qabağında həmin 68BF448 nömrə qeydiyyat nişanlı maşını gördük və bizim maşını saxladıq və həmin vaxt Şərur rayon Düdəngə kənd sakini Şəxs bizim yanımıza gəldi. İçkili vəziyyətdə bizə dedi ki, maşını mən sürürdüm. Siz gedin mən sabah gələcəm cəriməni ödəyəcəm, problem deyil, siz çıxın gedin burdan mən pulu sabah çatdıracam. Bizdə ona izah etdik maşını sərxoş halda idarə etdiyinə görə birinci növbədə həkim müayinəsindən keçiriləcək, əgər içkili çıxarsa maşın dayanacağa təmin olunmalıdır və sizin maşın və müvafiq maddəyə uyğun protokol tərtib olunmalıdır. Vətəndaş Şəxs bildirdi ki, mən heç yerə getmirəm. Biz ona dəfələrlə dəvət etsəkdə gəlməkdən imtina etdi və sonradan dedi ki, gedəyin. Biz onu maşını ilə birlikdə Şərur rayon polis idarəsinə gətirdik. Saat təxminən 15:40 radələrində gəldik polis idarəsinin inzibati binasına və həmin vaxt Şəxs ucadan poçt yoldaşım X1 qarşı nalayiq ifadələr işlətməyə başladı, biz onu nə qədər nizam-intizama dəvət etsək də o bizim qanuni tələbimizə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdi və biz onun barəsində idarə rəisinə raportla məruzə etdik.. Məhkəmədə iclasında şahid qismində dindirilən X3 şahid X5 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayonunda YPX-nin saxla əmrinə və Polis İdarəsinin inzibati binasında sərxoş vaziyyətdə polis əməkdaşı X1 ucadan nalayiq ifadələr işlədərək qəsdən tabesizlik etmiş, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan: - xx.xx.2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayonunda YPX-nin saxla əmrinə və Polis İdarəsinin inzibati binasında sərxoş vaziyyətdə polis əməkdaşı X1 ucadan nalayiq ifadələr işlədərək qəsdən tabesizlik etmiş, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. - alkotestrdən çıxarışdan görünür ki, Şəxs 1.687 promil sərxoşluq müəyyən edilmişdir; - xx.xx.2025-ci il tarixli 0612 nömrəli inzibati qaydad tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:35-də tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 09:00-da azad edilmişdir; - xx.xx.2025-ci il tarixli 0558 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan şeylərin yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərində heç bir şey aşkar edilməmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün müddət inzibati həbs müddətindən çıxılmalı, inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün müddət inzibati həbs müddətindən çıxılmaqla, o, qəti olaraq 06 (altı) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar