Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-133/2024 29.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şərur rayon Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Şərur rayon Tənənəm kəndində xüsusi icazə almadan hərbi geyim daşıması müəyyən edilmişdir, həmin tarixdə onun barəsində Şərur Rayon Polis İdarəsinin sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünə məxsus qazel markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı maşını olduğunu, xx.xx.2024-cü il tarixdə həmkəndlisi Vilayət adlı şəxsin ona zəng vuraraq Şərur rayon Tənənəm kəndindən quzu gətirməyi dediyini, saat təxminən 20:00 radələrində Tənənəm kəndində quzuları götürüb gətirdiklərini, Tənənm yolunda qayı əməkdaşlarının onu saxladıqlarını, onun maşını saxlayıb yerə düşdüyünü, onun əynində hərbi forma olduğunu, ona bu formanın qadağan olunduğunu, niyə geyindiyini soruşduqlarını, onunda bilmədiyini, xəbərinin olmadığını, sonra onların PPX-ni çağırdıqlarını, onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında xx.xx.20204-cü il tarixdə Bakı şəhərindən qonağı gəldiyini, quzu alıb kəsmək istədiyini, Şərur rayon Tənənəm kəndində bacısıgildən quzu gətirmək üçün Şəxs zəng vurduğunu, Mərdanla Tənənəm kəndindən quzunu alıb gəldiklərini, yolda YPX əməkdaşlarının onların maşınını saxladıqlarını, Mərdanın onların yanına getdiyini, Mərdana hərbi formanın qadağan olduğunu, niyə geyindiyini dediklərini, onu ancaq hərbi qulluqçuların geyinə biləcəyini, sonra YPX əmkdaşarının PPX əməkdaşarını çağırdıqlarını, onların gəlib onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə Şərur rayon ərazisində xidmət apardığını, saat təxminən 20:05 radələrində YPX əməkdaşlarının zəng edərək Tənənəm yolunda hərbi forma geyindiyi üçün qazel markalı avtomobilin sürücüsünü saxladıqlarını, gəlib onu Şərur rayon Polis İdarəsinə aparmasını bildirdiklərini, onun və iki nəfər xidmət yoldaşının gedib həmin yerə qazel şoferi Xanlıqlar kənd sakini Şəxs Şərur rayon Polis İdarəsinə dəvət edərək Şərur rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verdiklərini bildrimişdir. İş materiallarında olan: - Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Şərur rayon Tənənəm kəndində xüsusi icazə almadan hərbi geyim daşıması müəyyən edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verməsi öz təsdiqini tapmadığına və onun əməlində Azərbaycan Respublikasının İXM-nin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən əməliyyataxtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Şəxs tərəfindən isə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımaq qaydalarının pozulması öz təsdiqini tapmamışdır. Belə ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin 3-cü maddəsinə əsasən hərbi qulluqçuların fərqləndirmə nişanları - hərbi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, Silahlı Qüvvələrin növünə, qoşun (xidmət) növünə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və konkret qoşun vahidinə mənsubiyyəti göstərir. Həmin Əsasnamənin 4-cü maddəsinə əsasən fərqləndirmə nişanlarına aiddir: paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Beləliklə də, məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Ona görə də onun əməlində inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qaraye
Məhkəmə qərarları › İş №3(110)-133/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-133/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver