Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-135/2023 12.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1976-cı ildə Şərur rayonu, Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şərur rayon Siyaqut kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Siyaqut kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:10 radələrində Şərur rayon Siyaqut kəndində xidmət göstərən polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə çöldə heyvan otardığını, təxminən saat 19:00-da yaşadığı Siyaqut kəndinə gəldiyini, dükkandan bir araq alaraq evə getdiyini, yeyib içdikdən sonra kənd mərkəzinə çıxdığını, ucadan kənd önündə danışaraq nalayiq ifadələr işlətdiyini, bu zaman polis əməkdaşlarının oraya gəldiyini, onu ictimai qaydaya riayət etməyə dəvət etdiklərini, lakin onun polisin qanuni tələbinə qəsdən tabe olmadığını, bu səbəbdən də polis idarəsindən əməkdaşlar gələrək onu Şərur Rayon Polis İdarəsinə apardıqlarını, əməlindən peşman olduğunu bildirib məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə Siyaqut kəndində post yoldaşı X3 ilə xidmət aparan zaman bir nəfər şəxsin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini eşitdiklərini, həmin yerə yaxınlaşan zaman həmin şəxsin Siyaqut kənd sakini Şəxs olduğunu gördüklərini, onun sərxoş vəziyyətdə olduğunu və nalayiq söyüşlər söydüyünü, ucadan polis əməkdaşlarına nalayiq ifadələr işlətdiyini, post yoldaşı Nicat ilə birlikdə onu intizama dəvət etdiklərini, lakin Şəxs onların qanuni tələbinə qəsdən tabe olmadığını, Şərur RPİ-nin əməliyyat-istintaq qrupunun əməkdaşları gələrək onu Şərur RPİ-yə apardıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0368 nömrəli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 15:00-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 158 nömrəli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyası 101 promil olmaqla ağır dərəcədə sərxoşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 446 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə şəxsin əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal, xətanı sərxoş halda törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-135/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-135/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver