Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-138/2025 20.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Ceyranova Aytac Ramiz qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin əməkdaşı, polis orqanın səlahiyyətli kapitanı X4, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxx 1981-ci ildə Şərur rayonunun Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Çomaxtur kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin 19 may 2025-ci il tarixli, 3-13-43-12/2-6368/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 may 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 19 may 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 17 may 2025-ci il tarixdə, saat 17:10 radələrində Şəxs Şərur Rayon Polis İdarəsinin inzibati binasında uca səslə ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi izahatında xx.xx.2025-ci il tarixdə dostu Bakı şəhərinə gedəcəyindən onunla oturub yeyib-içmək məqsədilə “Əmioğlu” kafeyə getdiklərini, həmin kafenin “Elvin” restoranın qabağında yerləşdiyini, dostu ilə orada yeyib-içdiklərini, həmin vaxt heç bir xətaya yol vermədiyini, çox yox sadəcə 3-4 bakal pivə içdiyini, həmin gün təqribən saat 3-4 arası, yəni günortadan sonra piyada evə gedən zaman Şərur şəhərində olan dəmiryolu xəttinin yaxınlığında ona bir polis əməkdaşının yaxınlaşdığını və həmin polis əməkdaşının ona polis idarəsinə getməli olduqlarını bildirdiyini, onu polis idarəsinə dəvət edən polisi tanımadığını, həmin polis əməkdaşından “nə səbəbə polis idarəsinə getməli olduğunu” soruşduğunu, lakin polis əməkdaşının cavab vermədiyini, polis əməkdaşının onu idarətə gətirdiyini, polis idarəsinə girən zaman orada yenə niyə oraya gətirildiyini polis əməkdaşlarından soruşduğunu, içkili olduğu üçün səsi yüksəkdən çıxdığını, orda növbətçiyə də onun nədən çağrıldığını soruşduğunu, bundan sonra polis əməkdaşlarının onu zirzəmiyə endirdiklərini, polisin hər hansı qanuni tələbinə qarşı gəlmədini, nalayiq ifadələr işlətmədiyini, sadəcə etiraz edə-edə polis idarəsinə gəldiyini, polis idarəsində də dəfələrlə hansı səbəbdən oraya gətirildiyini soruşduğunu bildirərək barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı, polis kapitanı X7 verdiyi izahatında xx.xx.2025-ci il tarixdə Şəxs sərxoş vəziyyətdə kafedən çıxdığını, polis əməkdaşlarının onu polis idarəsinə dəvət etdiyini, hansı xəta törətdiyindən çağırdıqlarını bilmədiyini, onun da polis idarəsinin həyətinə gələrək nə üçün çağrıldığını soruşduğunu, ona gözləməsini bir azdan nə üçün çağrıldığını deyəcəklərini dediklərini, lakin Sultanın içkili olduğu üçün ucadan səs-küy saldığından binaya dəvət edildiyini, binanın içərisində də səs-küy saldığını, tabesizlik göstərdiyini, bu səbəbdən də zirzəmiyə endirildiyini və barəsində protokol tərtib edildiyini, xx.xx.2025-ci il tarixdə inzibati qaydad tutulduğunu, lakin xx.xx.2025-ci il tarixdə azad edildiyini, hadisənin baş verdiyi Şərur RPİ-nin növbətçi hissəsinin qarşısının DİN-nin video müşahidə kameraları ilə əhatə olunduğunu, lakin hadisəyə dair video görüntüləri əldə edə bilmədiklərindən iş materiallarına əlavə edilmədiyini bildirmişdir. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 məhkəmədə verdiyi izahatında hadisənin baş verdiyi zaman özünün orada olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı X6 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsində qapı postunda olan iki nəfərdən birinin onun olduğunu, saat 3-4 arası Şəxs polis idarəsinə daxil olduğunu, onun niyə çağrıldığını soruşmağa başladığını, həmin zaman yanında heç kimin olmadığını, ona sakit olmağını, bir azdan niyə çağrıldığını deyəcəklərini dediklərini, həmin vaxt Sultanın əl-qol atmadığını, hər hansı bir nalayiq ifadə işlətmədiyini, sadəcə uca səslə niyə çağrıldığını soruşduğunu, ona çayxanaya düş sakitləş dediklərini, Sultanın çayxanada sakitcə oturduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı X5 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə polis idarəsində qapı postunda olduqlarını, saat təxminən 3-4 arası Sultanın idarəyə gəldiyini, səs-küy saldığını, onu buraya nə üçün çağrıldığını soruşduğunu, onu sakitləşdirib çayxanay endirdiklərini, Sultanın polis idarəsinə gələn zaman yanında kimsə olmadığını, polis əməkdaşının onu gətirib növbətçi hissəyə təhvil vermədiyini, onun özünün gəldiyini, həmin vaxt o və Asiman Cabbarovun qapı postunda durduqlarını, Sultanın idarədə heş kəsə əl-qol atmadığını, söyüş söymədiyini, sadəcə olaraq “niyə idarəyə çağrıldığını uca səslə soruşduğunu”, bundan sonra onların Sultanı zirzəmiyə yendirdiklərini, idarənin nöbətçi hissəsində kamera olduğunu, içəri girən hər kəsin kamara vasitəsilə qeydə aldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 19 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:10 radələrində Şərur Rayon Polis İdarəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur RPİ-nin əməkdaşı, polis kapitanı X7 tərəfindən İdarənin rəisinə ünvanlanan xx.xx.2025-ci il tarixli raportdan qeyd olunmuşdur ki, “məruzə edirəm ki, xx.xx.2025-ci il tarixdə, saat 16:10 radələrində Şərur rayon Çomaxtur kənd sakini Şəxs içkili vəziyyətdə İdarənin inzibati binasına gələrək ucadan səs-küy salmağa başladı, biz onu sakitləşdirərək nizam-intizaman dəvət etdik, o, bizim qanuni tələbimizə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdi və bizim ünvanımıza nalayiq ifadələr işlətdi”. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli 0617 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:30-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” 17. 5.2025-ci il tarixli 0563 nömrəli protokoldan görünür ki, Şəxs üzərində heç bir şey aşkar edilməmişdir. “640710 №li sərxoşluq hallarının təyini məqsədilə aparılan alqotestr müayinə qəbzi”ndən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hadisə zamanı 0.629 promil alkoqol müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçidən imtina etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, şəxsin təqsirləndirildiyi olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, polisin hər hansı ixtiyari bir tələbinə tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. İXM-nin 535.1-ci maddəsinin dispozitiv şərtlərində də göründüyü kimi həmin maddə ilə inzibati məsuliyyətin yaranması üçün polisin tələbi ictimai qaydanın mühafizə vəzifələrinin icrasından irəli gəlməli və qanuni olmalıdır. Lakin hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs ilə yeyib-içdikdən sonra heç bir xətaya yol vermədiyi halda piyada olaraq evinə gedən zaman Şərur şəhərində olan dəmiryolu xəttinin yaxınlığında ona bir polis əməkdaşının yaxınlaşaraq heç bir səbəb göstərmədən onu polis idarəsinə dəvət etmiş, həmin vaxt o, polis əməkdaşından “nə səbəbə polis idarəsinə getməli olduğunu” soruşduqda polis əməkdaşı onu saxlamasının səbəbi barədə heç bir məlumat verməmişdir. Bundan sonra o, həmin polis əməkdaşı tərəfindən polis idarəsinə aparılmış, təbii olaraq idarədə də niyə oraya gətirildiyini polis əməkdaşlarından soruşmuş lakin heç bir cavab ala bilməmiş, onun uca səslə hansı səbəbdən polis idarəsinə gətirilməsini polis əməkdaşlarından soruşması onların (polislərin) qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilərək, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, istərsə də Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən nədə təqsirləndiyini bilmək tutulmuş, saxlanılmış şəxsin ən təbii hüququdur. Məhkəmə hesab edir ki, şəxsin nədə təqsirləndiyini bilməklə bağlı polis əməkdaşlarına ünvanlanan sualları onu İnzibati Xətalar Məcəlləsinin hər hansı bir maddəsi ilə məsuliyyətə cəlb etmək üçün əsas ola bilməz. Həmçinin qeyd etmək lazımdır ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş xx.xx.2025-ci il tarixli raportda Şərur RPİ-nin əməkdaşı, polis kapitanı X1 Sultan Siyafər oğlunun içkili vəziyyətdə İdarənin inzibati binasına gələrək ucadan səs-küy salmağa başladığı, onların onu sakitləşdirərək nizam-intizaman dəvət etdikləri, lakin buna baxmayaraq Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi və polislərin ünvanına nalayiq ifadələr işlətdiyi qeyd olunsa da, bu faktlar məhkəmə iclasında dindirilən nə polis kapitanı X4, nə də ki həmin gün İdarədə qapı postunda duran polis əməkdaşları X3 və X2 verdiyi izahatlarla öz təsdiqini tapmamışdır. Hətda məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin əməkdaşı, polis kapitanı X7 hadisə baş verən zaman özünün orada olmadığını bildirmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından görünür ki, hazırki iş üzrə onun əleyhinə izahat verən iki polis əməkdaşının ibtidai araşdırma zamanı verdikləri izahatları ona qarşı verilmiş ittihamın əssasını təşkil etmişdir. Bu baxımdan da məhkəmə həmin polis əməkdaşlarının (X3 və X2) məhkəmədə verdikləri izahatlarını nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə polis əməkdaşlarının izahatlarının barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin izahatından daha obyektiv və etibarlı hesab edilməsi üçün yetərli səbəblər yoxdur. Məhkəmə bu qərara gələrkən iş ilə əlaqədar olaraq mötəbər sübut kimi qiymətləndirilə biləcək hadisənin videogörüntülərinin iş materiallarına əlavə edilməməsini də nəzərə almışdır. Məhkmə hesab edir ki, belə bir vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq vəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə inzibati xəta tərkibi olmadığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(110)-138/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-138/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver