Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-139/2024 05.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Şərur rayonu Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şərur rayon Çərçiboğan bələdiyyəsinin sədri işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 3ində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naxçıvan MR Ədliyyə Nazirliyinin Bəldiyyələrlə iş mərkəzindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şərur rayonu Çərçiboğan kənd bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 20 saylı və xx.xx.2024-cü il tarixli 02 saylı qərarları “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” ARQ il müəyyən edilmiş 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməmişdir, onun barəsində Naxçıvan MR Ədliyyə Nazirliyinin Bəldiyyələrlə iş mərkəzinin rəisi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Şərur rayon Şərur Çərçiboğan kənd sakinləri X11 və X7 Çərçiboğan bələdiyyəsinin mülkiyyənə aid olan torpaq sahəsindən sahibkarlıq məqsədi ilə Qorxmaz Novruzova 910 KV və Mirfəddin Seyidova isə 350 kv torpaq sahəsinin onlara verilməsi üçün Çərçiboğan Bələdiyyəsinə müraciət etdiklərini, Çərçiboğan Bələdiyyəsinin həmin vətədaşların mürciətinə bələdiyyə iclasında baxaraq Q.Novruzova 910 kv torpaq sahəsinin ayrılmasıyla bağlı 25 yanvar 2024-cü il tarixli 02 saylı qərar və M.Seyidova isə 359 kvm sahəsinin ayrılmasıyla bağlı 21 sentyabr 2023-cü il tarixli 10 saylı qərar qəbul etdiyini, bələdiyyə qərarlarının işi ilə bağlı qanunda nəzərdə tutulmuş 5 iş günü müddətinə deyil, ümumiyyətlə inzibati nəzərə keçirən keçirilən orqana göndərmədiyini, həmin ərəfədə 2 dəfə infarkt keçirdiyini, həmçinin övladının xəstəliyi ilə əlaqədar Bakı şəhərinə getdiyini, buna görə də, qərarları göndərə bilmədiyini, əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılıb qanunvericiliyə uyğun nəticə verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Naxçıvan MR Ədliyyə Nazirliyinin Bəldiyyələrlə iş mərkəzinin rəisi X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN №2095742 nömrəli protokolda göstərilmişdir ki, Şəxs Şərur rayonu Çərçiboğan kənd bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 20 saylı və xx.xx.2024-cü il tarixli 02 saylı qərarları “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” ARQ il müəyyən edilmiş 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməmişdir. - Şərur rayonu X5 MR Ədliyyə Nazirliyinin Bəldiyyələrlə iş mərkəzinə ünvanlanmış 25.01.224-cü il tarixli №02 nömrəli müşayiət məktubundan görünür ki, Şərur rayonu Çərçiboğan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 02 nömrəli iclas protokolunun və 02 nömrəli qərarının (bələdiyyə aktının) surəti Naxçıvan MR Ədliyyə Nazirliyinin Bəldiyyələrlə iş mərkəzinə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. - Naxçıvan MR Ədliyyə Nazirliyinin Bəldiyyələrlə iş mərkəzi tərəfindən tərtib edilmiş 14 may 2024-cü il tarixli aktın məzmunundan görünür ki, Şərur rayonu Çərçiboğan kənd sakinləri Novruzov Qorxmaz və Mirfəddin Seyidov sahibkarlıq məqsədilə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin onların mülkiyyətnə verilməsi ilə bağlı Çərçiboğan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10 saylı və xx.xx.2024-cü il tarixli 02 saylı qərarlarını 5 iş günü ərzində Ədliyyə Nazirliyinə təqdim edilməmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin tələbləri pozulmuşdur. - Şərur rayon Çərçiboğan bələdiyyəsinin 25 yanvar 2024-cü il tarixli 02 saylı iclas protoklundan çıxarışın 1.1 bəndindən görünür ki, xx.xx.2023-cü il tarixli A № 037240 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Çərçiboğan bələdiyyəsinin mülkiyyət hüquqları qeydə alınmış Çərçiboğan kənd ünvanında yerləşən sahikarlıq məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Harracların Təşkili üzrə Auksion Mərkəzinin 25 yanvar 2024-cü il tarixli № 08 saylı protokoluna əsasən hərracın (müsabiqənin) qalibi X1. - xx.xx.2024-cü il tarixli AN – İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin məzmunundan görünür ki, Şərur rayon Çərçiboğan bələdiyyəsinin sədri Şəxs ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.091 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X2. - Şərur rayon Çərçiboğan bələdiyyəsinin 21 sentyabr 2023-cü il tarixli 10 saylı iclas protoklundan çıxarışın 1.1 bəndindən görünür ki, xx.xx.2023-cü il tarixli A № 035270 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Çərçiboğan bələdiyyəsinin mülkiyyət hüquqları qeydə alınmış Çərçiboğan kənd ünvanında yerləşən 350 kv.m sahikarlıq məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Harracların Təşkili üzrə Auksion Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli № 74 saylı protokoluna əsasən hərracın (müsabiqənin) qalibi Mirfəddin Seyidova satılmışdır. - xx.xx.2023-cü il tarixli AN – İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin məzmunundan görünür ki, Şərur rayon Çərçiboğan bələdiyyəsinin sədri Şəxs ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.035 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X3. - Şərur rayon Çərçiboğan bələdiyyəsinin bələdiyyə sədrinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli 02 saylı qərarından görünür ki, Hüseynov X4 bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə- vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: 6.1.2. dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; 6.1.4. yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; 6.1.5. yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar. 6.1.6. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar. 6.1.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar. 6.1.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə tərəfindən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-139/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-139/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver