Məhkəmə qərarları › İş №3(110)-14/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-14/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-14/2024 16.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.2005-ci il tarixdə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayon Yengicə kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Şərur şəhərində yol nəqliyyat hadisəsi zamanı qarşı tərəfin avtomobilinin önünü kəsərək X5 ilə səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində dostu Davud ilə idarə etdiyi “VAZ2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şərur Şəhər Mərkəzi xəstəxanası tərəfdən hərəkət etdiklərini, “Bahar” kino teatrının yanına çatdıqları zaman qarşıdan gedən ağ rəngli “VAZ2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin anidən durduğunu, əyləci sıxsa da idarə etdiyi avtomobilin həmin maşına arxadan dəydiyini, əsəbləşərək cəld həmin maşının önünü maşınla kəsdiyini, maşının qapısından təpiklə vuraraq “bu neçə maşın sürməkdir” dediyini, dostu Davudun da onun yaxasından tutaraq arxaya itələdiyini, bu zaman polis əməkdaşlarının yaxınlaşaraq onlar irad bildirdiklərini, sonra onları Şərur RPİ-yə dəvət etdiklərini, tutduğu əməlindən peşman olduğunu bildirdi. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Bahar” kino teatrının yanına çatdığında yolda çuxur olduğunu görüb yavaşladığını, bu zaman arxadan gələn “VAZ2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun maşınına arxadan vurduğunu, sonra avtomobilin sürücüsü Fəridin maşını sürərək qabaqlarını kəsdiyini, Fərid bir nəfərlə maşından düşərək onun oturduğu tərəfdən maşına təpiklə vurduğunu, ona “bu necə maşın sürməkdi” deyə qışqırdığını, onun yanındakı tanımadığı şəxsində eyni sözü ona ucadan və acıqlı şəkildə dediyini və onu arxaya itələdiyini, yanında əyləşən Heydarın maşından düşərək onları araladığını, bu zaman polis əməkdaşlarının onlara yaxınlaşaraq onları polis idarəsinə apardıqlarını, hazırda Fərid tərəfindən avtomobilinin təmir etdirildiyini, ondan heç bir şikayətinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə 15:50 radələrində Şərur şəhəri, H.Əliyev prospektində xidmətdə olduğunu, həmin vaxt “Bahar” kino teatrının yanına “VAZ2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər bir avtomobili arxadan vurduğunun şahidi olduğunu, hadisə yerinə gedərkən, “VAZ2107” markalı avtomobilin sürücüsü Fərid maşından düşərək digər avtomobilin sürücüsünün qapısından təpiklə vurduğunu, onun yaxasından tutaraq nalayiq ifadələr işlətdiyini, Fəridin yanında şəxsin də onu tutaraq arxaya itələdiyini, oraya çatan kimi həmin şəxsləri polis idarəsinə gətirdiklərini, polis idarəsində onlarının şəxsiyyətləri müəyyən olunduğunu və barələrində tədbir görülməsi üçün İstintaq və Təhqiqat bölməsinə təhvil verdiklərini bildirdi. Sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 1257 saylı rəyindən görünür ki, “VAZ2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləğ ümumilikdə 300 (üç yüz) manat həcmində müəyyən olunur. İş materiallarında olan 15.01.224-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs və X2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan X1 ərizəsindən görünür ki, Şəxs tərəfindən avtomobilinə vurulmuş zərər tam şəkildə aradan qaldırılmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, vurduğu ziyanı ödəməsi məsuliyyəti yüngülləşdirən hal kimi, əməlin bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal qismində nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar