Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-140/2024 04.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Naxçıvan MR Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzindən daxil olmuş xx.xx.1969-cu ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, Zeyvə Bələdiyyəsinin sədri işləyən, Şərur rayon Zeyvə kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zeyvə Bələdiyyəsinin sədri Şəxs bələdiyyənin xx.xx.2023-cü il tarixli 25 saylı və xx.xx.2023-cü il tarixli 26 saylı qərarlarını “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün izahatı və inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 2019cu ildən bələdiyyə sədri olduğunu, Zeyvə Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq məqsədilə X6 mülkiyyətinə 450 kvm və X4 mülkiyyətinə 100 kvm torpaq sahəsinin verilməsi məsələsinə bələdiyyə iclasında baxıldığını, bələdiyyənin müvafiq qərarları əsasında onlara torpaq sahəsinin verildiyini, bələdiyyənin qərarlarını inzibati nəzarəti həyata keçirən orqana göndərmədiyini, səhhəti ilə əlaqədar qərarları göndərə bilmədiyini, həmçinin kitablara qeyd etmədiyini, dekabr və mart aylarında 315 manat əmək haqqı aldığını, ondan sonra əmək haqqı almadığını, 3-cü qrup əlil uşağı olduğunu bildirib barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-l № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 kəndində yerləşən 0,045 ha torpaq sahəsini X3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-l № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 kəndində yerləşən 0,01 ha torpaq sahəsini X2. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki Şərur rayon Zeyvə kənd sakini X9 və Şərur rayon Düdəngə kənd sakini X1 məqsədilə torpaq verilməsinə dair bələdiyyənin xx.xx.2023-cü il tarixli 25 saylı və xx.xx.2023-cü il tarixli 26 saylı qərarları Ədliyyə Nazirliyinə təqdim edilməmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3-cü maddəsinə görə həmin qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Göründüyü kimi şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, səmimi peşmançılığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-140/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-140/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver