Məhkəmə qərarları › İş №3(110)-141/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-141/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-141/2023 14.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş, xx.xx.1986-cı ildə Şərur rayonu, Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaqlı, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Şərur rayon Püsyan kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Püsyan kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Şərur rayon Püsyan kəndində kənd mərkəzində məktəbli uşaqları dərs vaxtı kompüter oyun salonuna buraxdığına görə irad bildirən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək ucadan səs-küy salmış, onu sakitliyə və ictimai qaydaya riayət etməyə dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə Püsyan kəndində ona məxsus olan internet klubda məktəbli uşaqların dərs vaxtında oyun oynadıqlarını, təxminən sat 11:00 radələrində kənddə xidmət aparan polis əməkdaşlarının oraya gələrək bu vəziyyəti aşkar etdiklərini, ona azyaşlı uşaqlarının dərs vaxtı burada oyun oynamasına icazə verilmədiyini dediklərini, onun da məktəblərin bağlandığını bildirdiyini, lakin polis əməkdaşlarının məktəblərin bağlanmadığını, dərslərin davam etdiyini bildirərək, ona bundan sonra uşaqların dərsdən yayınaraq kluba gələcəyi təqdirdə onları buraxmamalarını dediklərini, onun da bu sözdən əsəbləşərək polislərə qarşı kobudluq etdiyini, ucadan səs-küy saldığını, polislər onu sakitləşdirmək istəsələr də əsəbi olduğu üçün özünü ələ ala bilmədiyini, bu səbəbdən də polis əməkdaşları onu izahat vermək üçün Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə dəvət etdiklərini, izahat verib evə qayıtdığını, sonra əməlindən peşman olduğunu, yeni iş qurduğunu, himayəsində iki azyaşlı uşağı olmasını bildirib məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə Püsyan kəndində fəaliyyət göstərən internet klubda məktəbli uşaqların məktəbdən yayınaraq oyun oynadıqlarını aşkarladığını, internet klubu işlədən Şəxs məktəbli uşaqlarının dərsdən yayınaraq burada oyun oynamalarına şərait yaratdığı üçün irad bildirdiyini, Mahirin məktəblərin bağlandığını onlara söylədiyini, onların da məktəblərin hələ bağlanmadığını, dərslərin hələ də davam etdiyini söylədiklərini, bundan xoşlanmayan Mahirin uca səslə nalayiq ifadələr işlədərək səs-küy saldığını, post yoldaşı Röyal ilə birlikdə onu dəfələrlə intizama dəvət etdiklərini, lakin Şəxs sakitləşmədiyini, bu səbəbdən də onu izahat verməsi üçün Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə dəvət etdiklərini, izahatı alındıqdan sonra çıxıb getdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında şahid X1 ilə eyni məzmunlu izahat vermişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 455 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə şəxsin əməlindən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar