Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-141/2024 21.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X10 iştirakı ilə, xx.xx.1991-ci ildə Şərur rayonu, Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 4 uşaq atası, orta təhsilli, işsiz, Şərur rayonu, Alışar kəndində yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 11645 manat aliment borcu və 8279.87 manat pul tələbi ilə bağlı borcunu ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd olunan icra sənədlərindən xəbərdar olduğunu, icra sənədləri üzrə borcunun bir hissəsini ödədiyini, evini satışa çxardığını, vaxt verilərsə evini sataraq borclarını tamamilə ödəyəcəyini, aliment borcu üzrə tələbkarla razılaşdığını, tələbkarın bu barədə Şərur rayon İcra və Probasiya şöbəsinə ərizə göndərəcəyini bildirərək, onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X15 izahatında Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5017/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X3 Şəxs hər ay sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat alimentin tutulmasının, Ucar Rayon Məhkəməsinin 2(063)- 140/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X1, Şəxs və X2 müştərək qaydada 3330 manat əsas borc, 1474 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla cəmi 5104 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsinin, Şərur rayon Məhkəməsinin 2(110)-400/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 382.78 manat məbləğində əsas, 31.37 manat məbləğində hesablanmış və ödənilməmiş faiz 49.04 manat məbləğində cərimə və komissiayalar üzrə borc, 11 manat poçt xərcləri və 20.4 manat dövlət rüsumu olmaqla, ümumilikdə 533.59 manat məbləğində pulun alaınaraq “X17 Azərbaycan” QSC-nə ödənilməsinin qət edildiyini, Şərur Rayon Məhkəməsinin 2(110)-317/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 2366 manat əsas borc, 216.28 manat cərimə borcu olmaqla, ümumilikdə 2582.28 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməsinin qət edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin göndərildiyini, icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu barəsində 2 dəfə axtarış qərarı çıxarıldığını, birinci dəfə saxlanılarkən onun barəsində cinayət işi üzrə axtarış elan edildiyi üçün aidiyyatı üzrə göndərilməsi üçün polis əməkdaşlarına təhvil verildiyini, lakin həmin vaxtdan xeyli vaxt keçsədə hər dəfə əlaqə saxlasaqda icra sənədləri üzrə borclarını ödəməkdən yayınmışdır. xx.xx.2022-ci ildə onun barəsində yenidən axtarış qərarı çıxarılaraq icra olunması üçün göndərilsədə, 2024-cü ilin may ayının 1-də saxlanılaraq Şərur rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmiş, yenidən borclarını ödəməsi üçün ona vaxt verilsədə, borcunu ödəməyərək xx.xx.2024-cü il tarixdə bilet alaraq Bakı şəhərinə getmək istəyərkən, X8 Limanında saxlanılaraq Şərur rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Dəfələrlə məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X10 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs və X10 izahatlarından, iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədləri üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqələriinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5017/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X3 Şəxs hər ay sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 2(063)-140/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X1, Şəxs və X2 müştərək qaydada 3330 manat əsas borc, 1474 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla cəmi 5104 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-400/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 382.78 manat məbləğində əsas, 31.37 manat məbləğində hesablanmış və ödənilməmiş faiz 49.04 manat məbləğində cərimə və komissiayalar üzrə borc, 11 manat poçt xərcləri və 20.4 manat dövlət rüsumu olmaqla, ümumilikdə 533.59 manat məbləğində pulun alaınaraq “X17 Azərbaycan” QSC-nə ödənilməsi qət edilmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-317/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 2366 manat əsas borc, 216.28 manat cərimə borcu olmaqla, ümumilikdə 2582.28 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1991-ci il təvəllüdlü Şərur rayon Alışar kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan “axtarışda olan fiziki şəxsin və cavabdehin tutulması barədə” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 11645 manat aliment borcu və 8279.87 manat pul tələbi ilə bağlı borcunu ödəməkdən yayınmışdır. İcra məmurunun qanuni tələbinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə iş yeri yoxdur, eyni zamanda o, pensiya və sosial ödəniş almır. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş icra sənədləri üzrə pul məbləğlərini, onun müəyyən edilmiş icra sənədləri üzrə pul məbləğlərini bu günədək könüllü icra etməməsini, axtarış qərarına əsasən tutularaq gətirilməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 21 may 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 may 2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-141/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-141/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver