Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-141/2025 21.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Ceyranova Aytac Ramiz qızının katibliyi, Şərur Rayon İcra və X1, Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi: Tələbkarlar(zərərçəkmiş şəxslər): X8, X2, Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxx 1993-cü ildə Şərur rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmiş, yaşayış yeri üzrə Şərur rayonunun Zeyvə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon İcra və Probasiya Şöbəsinin 21 may 2025-ci il tarixli 100679/2025-93- 2-001 nömrəli məkubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 may 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. 19 may 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 3(110)-497/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 1912 manat borc və 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1952 (bir min doqquz yüz əlli iki) manat alınaraq Şərur rayon, Dərvişlər kəndində yaşayan X9, 3(110)-78/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 11000 (on bir min) manat borc və ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 11123 (on bir min yüz iyirmi üç) manat məbləğində pul alınaraq Şərur rayon Aşağı Aralıq kəndində qeydiyyatda olan iddiaçı X3 ödənilməsinin göstərilməsinə baxmayaraq Şəxs uzun müddət ərzində icra sənədlərinin icrasından üzürsüz səbəbdən boyun qaçırmış, tələbin könüllü icrası haqqında bildirişlərin rəsmi qaydada verilməsinə, dəfələrlə ona rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir ödəmələr aparmamışdır. Faktla bağlı Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXMin 528.1-1-ci maddəsi ilə 21 may 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək, verdiyi izahatında bir oyuna düşdüyünü, hər 2 icra sənədi ilə bağlı məlumatlı olduğunu, 2024-cü ilin sentyabr ayına kimi Bakı şəhərində olduğunu, orada (Sibrizdə) fəhlə işlədiyini, 500-600 manat əmək haqqı aldığını, 2024-cü ilin sentyabr ayında 10 gün müddətinə inzibati qaydada həbs olunduğunu, həbsdən çıxdıqdan sonra heç bir yerdə işləmədiyini, bugünə kimi heç bir ödəniş etmədiyini, tələbkar Tağıyev Rəfaillə borcu hissə-hissə ödəmək barədə razılıq əldə edə bilmədiyini, sentyabrda isə ona kart göndərərək ödəniş etməsini tələb etsələr də, işləmədiyindən heç bir ödəniş edə bilmədiyini, 6 aya qədər borcunu tamamilə ödəyəcəyini, bunun üçün ona vaxt verilməsini istədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş tələbkar X12 verdiyi izahatında Şərur Rayon Məhkəməsinin 2024-cü il tarixli qətnaməsi ilə Şəxs ona 1952 manat borcu olduğunu, bugünədək onun heç bir ödəniş etmədiyini, ona 900 manat verməklə qalan borcdan imtina etməsi təklif olunduğunu, lakin bununla razılaşmadığını, 2024-cü ilin sentyabr ayında borcun hissə-hissə ödənilməsilə bağlı Şəxsn kart göndərsə də, heç bir ödəniş etmədiyini, bu günə kimi borcunu ödəyəcəyini vəd etsə də, borcunu ödəmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş tələbkar X5 verdiyi izahatında Şərur Rayon Məhkəməsinin 2025-ci il tarixli qətnaməsi ilə Şəxs tərəfindən ona 11123 manat ödənilməsinin qət olunduğunu, bugün borcun yarısının ödəniləcəyi təqdirdə buna razı olduğunu, bununla bağlı onun atasına bildirdiyini, lakin heç bir nəticə əldə etmədiyini bildirərək şəxsin barəsində qanuna uyğun tədbir görlməsini xahiş etmişdir. Məhkəmə iclasında Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 verdiyi izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş borcun tutulmasına dair icra sənədlərinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya məhkəmə tərəfindən təyin olunmuş borcun tam və vaxtında icrası olunması barədə dəfələrlə xəbərdarlıqlar edildiyini, məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclunun yenə icra sənədlərinin icrasından boyun qaçırdığını, tələbkarların isə mütəmadi şəkildə icra sənədinin icrasını tələb etdiklərini, X8 və X6 icra sənədləri üzrə Şərur Rayon Məhkəməsinin 3(110)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunduğunu, iş üzrə tələbkarların mövqeyini nəzərə alaraq şəxsin barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-497/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 497/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəxs 1912 manat borc və 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1952 (bir min doqquz yüz əlli iki) manat alınaraq Şərur rayon, Dərvişlər kəndində yaşayan X9 ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2024-cü il tarixdə də icra vərəqəsi çıxarılaraq icra olunması üçün Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şərur Rayon Məhkəməsinin 2(110)-78/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Şəxs 11000 (on bir min) manat borc və ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 11123 (on bir min yüz iyirmi üç) manat məbləğində pul alınaraq Şərur rayon Aşağı Aralıq kəndində qeydiyyatda olan iddiaçı X3 ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2025-ci il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şərur Rayon Məhkəməsinin 3(110)-239/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs eyni icra sənədini icra etmədiyinə görə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətdində inzibati həbs tənbehi tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11, onun MSY-nə təhvil verilməsi isə Şərur Rayon Polis İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli onun azadlığının faktiki məhdudlaşdırldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 həvalə edilsin.
3. İnzibati həbsin əvvəli 21 may 2025-ci il tarixdən hesablansın.
4. Şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 təhvil verilməsi Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis idarəsinə həvalə edilsin.
5. Qərar dərhal icra edilsin.
6. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Abil Orucəliyev