Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-142/2023 24.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 İdarəsindən daxil olmuş xx.xx.1998-ci ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Şərur rayonu, Zeyvə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası Bakı şəhər Suraxanı Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir ona görəki, o, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etməmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə inzibati cərimə və dəbbə pulunu ödədiyinə dair qəbzi məhkəməyə təqdim etdmişdir. Yazılı sübutlar: İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan və elektron informasiya sistemindən çıxarılmış qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “KHAZAR LX” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “X1” Azərbaycan Respublikası Qanununun tələbini pozduğundan barəsində İXM-nin 327.1-ci maddələri ilə inzibati protokol tərtib edilməklə 40 (qırx) manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli elektron çıxarışlardan aydın olur ki, Şəxs barəsində olan İXP ******* nömrəli protokol üzrə ödəniş edilmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə ödəniş qəbzini və işə əlavə olunmuş materialı nəzərdən keçirib, bu qənaətə gəlir ki, iş üzrə inzibati xətaçı Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi göstərilmişdir. Həmin maddənin sanksiyasında inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda göstərilən maddənin qeyd hissəsində deyilir ki, bu Məcəllənin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə törədilmiş xətanın az əhəmiyyətli olduğunu, Şəxs səmimi etirafını və məhkəmə qərarı çıxarılanadək inzibati xəta haqqında icraat üçün əsas olmuş ödənilməmiş müvafiq cəriməni və dəbbə pulunu tam olaraq ödədiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111,114,115 və 130-cu maddələrini rəhbər tutaraq qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-142/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-142/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver