Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-142/2025 02.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Ceyranova Aytac Ramiz qızının katibliyi, Protokol tərtib etmiş şəxs: Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Akademik H.Əliyev adına Zəngəzur Milli Parkının direktor müavini X10, İnzibati tənbeh tətbiq etmə Naxçıvan Muxtar Respublikası Ekologiya və haqqında qərar qəbul etmiş Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji səlahiyyətli orqanın Təhlükəsizlik Xidmətinin hüquqşünası Qasımov nümayəndəsi: Qəhrəman Abdultalıb oğlunun, Barəsində inzibati xəta X4 haqqında iş üzrə qərar qəbul iştirakları ilə edilən şəxs: 16 fevral 1983-cü ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 32NL6X7), subay, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Xanlıqlar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, X17 Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsinda xadimə işləyən X4 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidməti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1846201 №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X8 11 saylı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1846201 №-li inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, 05 may 2025-ci il tarixdə Naxçıvan MR Ekolojiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin inzibati təbeh vermə haqqında MN seriyalı, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2000 manat cərimə edilmişdir. Həmin qərar poçt vasitəsilə ona göndərilmiş və o, həmin qərarı xx.xx.2025-ci il tarixdə almışdır. Həmçinin vətəndaş ərizəsində onun Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə razılaşmadığını, onu əsassız və qanunsuz saydığını, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğunu məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 şikayətin məzmununa uyğun izahat verərək özünün Şərur rayon Xanlıqlar kəndində ona məxsus torpaq sahəsində müxtəlif ağaclar əkildiyini, həyətində olan ağacları suvarmaq məqsədilə arxın qarşısına əyilib suyun qarşısını kəsdiyindən həyətdə olan bir ədəd alça ağacının budağını kəsdiyini, bu ağacın onun şəxsi mülkiyyətində olan çəpərin içərisində olduğunu, onun hazırki iş üzrə təqsirləndirilməsinə səbəb olmuş hadisə ilə bağlı Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının əraziyə baxış keçirdikləri zaman bələdiyyə mülkiyyətində olan sahədə, yəni onun həyətyanı sahəsinin kənarda, onun çəpərindən təqribən 1-1.5 metr aralıda 1 ədəd alça ağacının kəsildiyini aşkar etdiklərini, özünün onun həyətyanı sahəsindən təqribən 1-1.5 metr aralıda olan həmin ağacın kəsilməsindən xəbərinin olmadığını, onun sadəcə öz həyətyanı sahəsində olan alça ağacının arxın içinə əyilən budağını kəsdiyini, bunu da araşdırma zamanı etiraf etdiyini, lakin buna baxmayaraq xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ona zəng vuraraq ondan alça ağacı kəsibkəsməməsini soruşduqlarını, lakin hansı alça ağacının kəsilib-kəsilməməsini soruşmadıqlarını, özünün də bu səbəbdən onun həyətində olan ağacı soruşduqlarını zənn edərək onlara “kəsmişəm” deyə cavab verdiyini, həmin gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşının onun işlədiyi yerə gələrək ona akta imza etdirdiklərini, özünün həmin aktın onun həyətində olan ağacla bağlı olduğunu zənn edərək imza etdiyini, lakin bu aktın telefonu ilə şəklini çəkdiyini, həmin vaxt və ondan sonraskı müddətdə özünün heç bir izahatının alınmadığını, onun iştirakı ilə hadisə yerində akt və ya protokol tərtib edilmədiyini, sadəcə olaraq xx.xx.2025-ci il tarixdə Ekologiya Nazirlyinə dəvət edildiyini, lakin ora üzürlü səbəblərdən gedə bilmədiyini, bundan sonra xx.xx.2025-ci tarixdə barəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2000 manat məbləğində cərimələndiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Akademik H.Əliyev adına Zəngəzur Milli Parkının direktor müavini X14 verdiyi izahatında və ona ünvanlanan sualları cavablandırarkən Şərur rayon Xanlıqlar kəndində meşə fonduna daxil olmayan sahədə 1 ədəd yaş halda alça ağacının kəsilməsi haqqında məlumat aldıqlarını, həmin əraziyə gedərək bununla bağlı akt tərtib etdiklərini, həqiqətən də Əfsanə Məmmədovanın akt tərtib edilərkən hadisə yerində olmadığını, lakin onun həmin aktı sonradan iş yerində imzaladığını, hazırda şəxsin həmin akta bilə-bilə imza etdiyini inkar etdiyini, kənd bələdiyəsi tərəfindən tərtib edilmiş aktda Əfsanə Məmmədovaya məxsus həyətyanı sahədən kənarda kəsilmiş alça ağacının yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması göstərildiyini, hadisə ilə bağlı Əfsanə Məmmədovadan heç bir izahat almadıqlarını, tərtib olunmuş inzibati xəta haqqında protokolun onun tərəfindən imzalanmadığını bildirmişdir. X15 Əfsanə Məmmədovanın öz həyətyanı sahəsində olan alça ağacını kəsməsi ilə bağlı izahatında qeyd olunanlarla əlaqədar olaraq, hakimin sualını cavablandırarkən bununla bağlı heç bir araşdırma aparmadıqlarını, şəxsin həyətyanı sahəsinə baxış həyata keçirmədiklərini, kənd bələdiyəsi tərəfindən tərtib edilmiş aktda Əfsanə Məmmədovaya məxsus həyətyanı sahəsindən kənarda kəsilmiş alça ağacının yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması göstərildiyindən və kənd sakini Şahid da həmin ağacı Əfsanə Məmmədovanın kəsməsini bildirdiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib etdiklərini bildirmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, eyni məzmunda ifadə verərək, X8 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində diindirilmiş Şahid verdiyi izahatında özünün X8 ilə yaxın qonşu olduğunu, onunla hər hansı bir qohumluq münasibətinin olmadığını, 2-3 ay bundan əvvəl onunla su üstündə sözlərinin olduğunu, hazırki iş üzrə sözügedən ağacın xx.xx.2025-ci il tarixdə Əfsanə tərəfindən kəsildiyini, ona bu barədə irad tutulduğu zaman Əfsanin ona “yaxşı elədiyini, onu bu ağacı kəsməkdən kimsənin durdura bilməyəcəyini” dediyini, ağacın kəsilməsi barədə ekologiya və Təbii Sərvətlər Nazirliyinə özünün xəbər verdiyini, nazirliyin əməkdaşlarının da gəlib bu barədə akt tərtib edib, protokollaşdırdıqlarını bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi izahatına etiraz edən X1 onun qonşusu olduğunu və təqribən 2-3 ay bundan əvvəl onunla su üstündə savaşdığını, həmin vaxt Səkinənin ona “Gör sənin başına nə oyun açacam” deyə onu təhdit etdiyini, bu səbəbdən də onun yalan danışdığını və ona şər, böhtan atdığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin bir-biri ilə davalı olmaları məhkəmə iclasında onların verdikləri izhatları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə şahid qismində diindirilmiş Şahid barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X8 ilə əvvəllər davalı olması səbəbindən iş üzrə qərəzli izahat verə biləcəyini, hadisə ilə bağlı ilkin protokol tərtib edilərkən onun izahatına istinad olunmadığını, yəni onun prosesin inzibati xəta haqqında iş üzrə icraatın başlanılması mərhələsində şahid kimi prosesə cəlb edilmədiyini, iş üzrə səlahiyyətli orqan tərəfindən fakt ilə bağlı ilkin akt və protokol tərtib edildikdən sonra hər hansı bir inzibati araşdırma aparılmadığını nəzərə alaraq, Şahid məhkəmə iclası zamanı verdiyi izahatını mötəbər sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, şahidin məhkəmə iclası zamanı verdiyi və işin materialları ilə tamamlanmayan izahatı ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş digər şəxslərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 072 nömrəli aktdan görünür ki, Şərur rayon Xanlıqlar kəndində yoxlama aparılarkən X8 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarının 2.1-ci maddəsinin tələbləri pozularaq bələdiyyə mülkiyyətində olan ərazidə 1 ədəd yaş alça ağacı kəsilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X14 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, X3 rayon Xanlıqlar kəndində meşə fonduna daxil olmayan sahədə xx.xx.2025-ci il tarixdə 1 ədəd yaş halda olan alça ağacını kəsərək məhv etmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X8 Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidməti tərəfindən X5 göndərilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq 1 ədəd yaş halda alça ağacının kəsilməsi nəticəsində dəymiş ziyan 100 manat məbləğində müəyyən edilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X4 barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılması üçün nazirliyə dəvət edilmiş lakin X8 nazirliyə gəlməkdən və izahat verməkdən imtina etmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə maddi sübutların yerində müayinəsinin keçirilməsi zamanı müəyyən olunmuşdur ki, hadisə Şərur rayonun Xanlıqlar kəndində baş vermişdir. Baxış zamanı X2 ərazisində yerləşən həyatyanı sahəsində çəpərin yanında bir ədəd alça ağacı və həmin ağacdan təqribən 1-1.5 metr aralıqda su arxının kənarında X4 həyətyanı sahəsinə daxil olmayan ərazidə (bələdiyyə mülkiyyətində) bir ədəd alça ağacı kəsilmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 istinad edilmiş və inzibati məsuliyyətə səbəb olmuş əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu X5 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X4 yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Bu səbəbdən də, onun şikayəti təmin edilməklə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidməti tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1846201 №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə-fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinin tələblərindən göründüyü kimi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlarda ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulmamışdır. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, səlahiyyətli orqanın nümayəndələri X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda başqa dəlil göstərmədən, yalnız müvafiq akta və hadisə yerindən çəkilmiş fotoşəkillərə istinad etmişlər. Yəni, hadisə barəsində məlumat almış səlahiyyətli orqanın nümayəndələri işin bütün faktiki hallarını araşdırmadan (iş üzrə şahidlərin və barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmiş şəxsin izahatlarını almadan, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmiş şəxsin öz müdafiəsi üçün istinad etdiyi hallara hüquqi qiymət vermədən, hadisənin kim tərəfindən törədilməsini, onun təqsirliliyini konkret sübutlarla müəyyən etmədən, hadisə barəsində məlumat vermiş şəxsin X8 ilə həqiqi münasibətlərinə aydınlıq gətirmədən), sadəcə olaraq kəsilmiş ağacın yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması, o cümlədən həmin aktda həmin ağacın X8 tərəfindən kəsilməsinin bildirilməsi səbəbindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək şəxsi inzibati məsuliyyətə cəlb etmişlər. Məhkəmə, hazırki iş üzrə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermək ilə bağlı hüquqi mühakimə üsulunu və bu sahədə məhdudiyyətsiz mülahizəsini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, inzibati proses həyata keçirilən və bir-birini əvəz edən etap (dövr) və mərhələlərdən ibarətdir. İnzibati xətalar haqqında işlər üzrə icraatın mərhələsi dedikdə, inzibati xəta törədilməsi ilə başlanan və bir-birini tamamlayan icraatın nisbi müstəqil hissələri başa düşülür. İcraatın mərhələləri bir-birindən məzmunca, vəzifəcə, xüsusiyyətcə və iştirakçılarının dairəsi baxımından fərqlənir. Bu fərqlənmə icraatın istənilən mərhələsində ümumi məqsədlə yanaşı mərhələnin özünə xas olan və onun bilavasitə vəzifəsi kimi hesab olunan müəyyən hərəkətlər yerinə yetirməsi ilə izah olunur. İcraatın hər bir mərhələsində vəzifələrin həlli xüsusi prosessual sənədlərlə rəsmiləşdirilir. İcraatın mərhələsi qarşısında duran vəzifələrin hər birinin yerinə yetirilməsi zamanı müxtəlif prosessual sənədlərin tərtib edilməsi tələb olunur. Bu isə həmin mərhələnin başa çatması deməkdir. İcraatın bir mərhələsi başa çatdıqda, növbəti mərhələnin vəzifəsinin yerinə yetirilməsinə başlanılır. İcraatın bütün mərhələləri üzvü surətdə bir-biri ilə sıx əlaqədardır və icraatın hər bir mərhələsi ardıcıllıqla həyata keçirilir. Digər tərəfdən isə icraatın yeni mərhələsi həyata keçirilən zaman əvvəlki mərhələdə həyata keçirilən prosessual hərəkətlərin və tərtib edilən prosessual sənədlərin qanunauyğunluğu yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İV-V bölmələrində inzibati xətalar haqqında işlərin icraatının dörd mərhələsi müəyyən edilmişdir:
1. İnzibati xətalar haqqında işlər üzrə icraata başlama;
2. İnzibati xətalar haqqında işlərə baxılması;
3. İnzibati xətalar haqqında işlər üzrə qərarların yenidən baxılması;
4. İnzibati xətalar haqqında işlər üzrə qərarların icrası. İnzibati xətalar haqqında işlərin icraatının birinci mərhələsində inzibati xətanın törədilməsi faktı və şəraiti, təqsirkar şəxs haqqında məlumatlar toplanır və inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xətalar haqqında işlərin icraatının ikinci mərhələsində səlahiyyətli orqan və ya vəzifəli şəxs tərifindən işə baxılır və iş üzrə müvafiq qərar qəbul edilir. Bu orqan və vəzifəli şəxslərin dairəsi Azərbaycan Respublikası İXM-in 40-cı maddəsi ilə müəyyən olunmuşdur. İnzibati xətalar haqqında işlərin icraatının üçüncü mərhələsində çıxarılmış qərardan vətəndaşın şikayəti və ya prokurorun protestinə əsasən toplanmış materiallara yenidən baxılır və əvvəl qəbul edilmiş qərarın ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə qalması haqqında qərar qəbul edilir. İcraatın bu mərhələsi öz xarakterinə görə fakültativ xarakter daşıyır. İnzibati xətalar haqqında işlərin icraatının dördüncü mərhələsində qəbul edilmiş qərarların icrası həyata keçirilir. İcraatın hər bir mərhələsində bir-biri ilə qarşılıqlı surətdə bağlı olan etaplar – hərəkətlər qrupu mövcuddur. İnzibati xətalar haqqında işlər üzrə icraata başlama mərhələsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu mərhələ icraatın başlanğıc mərhələsi olub, inzibati xəta əlamətlərini əks etdirən əməl barədə məlumatın əldə edilməsinə, əməlin hüquqi cəhətdən qiymətləndirilməsinə, işin faktiki hallarının müəyyən edilməsinə və görülmüş hərəkətlərin prosessual rəsmiləşdirilməsinə yönəlmiş prosessual hərəkətlərin məcmusundan ibarətdir. Bu mərhələdə materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. İnzibati xəta haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanmış hesab edilir: İXM-in 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; inzibati xəta haqqında iş üzrə icraatın inzibati araşdırılması zəruri hesab edildiyi hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə. İnzibati xətalar haqqında işlərin icraatı zamanı aşağıdakı hallar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İXM, maddə 75). Bu hallar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İcraata başlama mərhələsində həyata keçirilən hər bir hərəkət inzibatiprosessual qaydada rəsmiləşdirilir. Aparılan inzibati təhqiqatın nəticələri isə, inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə başa çatır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin qanuni nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Yəni Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolla tanış olmaq imkanı yaradılır. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə hesab edir ki, istər mülki, istərsə də cinayət prosessində olduğu kimi inzibati xəta haqqında işlərdə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hər bir şəxs yekunda onun inzibati məsuliyyətə cəlb edilməsinə əsas yaradacaq, barəsində səlahiyyətli orqanlar (şəxslər) tərəfindən aparılmış inzibati təhqiqatın nəticələri ilə vaxtında tanış olmalı, həmin protokol və ya qərarda əksini tapan ittihamlara dair öz vəsatət və etirazlarını vermək, həmin ittihamlara qarşı özünü müdafiə edəcək dəlil və sübutları təqdim etmək kimi fundamental hüquqlara malik olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə nəzər saldıqda görərik ki, inzibati qanunvericilik şəxs barəsində aparılan inzibati proses zamanı insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması və həmin hüquqların əsassız şəkildə məhdudlaşdırılmasına yol verilməməsi məqsədilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsinin bir sıra əlavə vasitələrini nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları da vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Hesab edirik ki, İXM-nin 61 və 100-cü maddələrində qeyd olunan hüquq normaları ümumi hüquq normalarıdır və bu hüquq normalarına əməl edilməsi (təmin edilməs) icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) vəzifəsidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında X4 barəsində aparılan inzibati xəta haqqında prosesin bütövlükdə ədalətliliyini qiymətləndirən zaman ilk növbədə o fakta məhəl qoymaya bilməz ki, vətəndaş ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, iş materiallarına görə nə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs, nə də inzibati tənbeh vermə haqqında qərara qəbul etmiş orqan şəxsin ona qarşı verilmiş ittihamlara dair öz vəsatət və etirazlarını vermək, həmin ittihamlara qarşı özünü müdafiə edəcək dəlil və sübutları təqdim etmək kimi fundamental hüquqlarını təmin etməmiş, işin faktiki hallarını yetərincə araşdırmamışlar. Məhkmə sonda qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli şəxslər iş üzrə potensial şahidlərin dairəsini müəyyən edə və şahidlərin, o cümlədən X4 vaxtında izahatını almış olsaydılar, şəxsin ona qarşı verilmiş ittihamlara dair vəsatət və etirazlarını dinləyərək hadisə yeri ilə birlikdə ona məxsus həyətyanı sahədə kəsilmiş alça ağacına baxış həyata keçirsəydilər, hadisənin baş verdiyi ərazinin “Bələdiyyə mülkiyyətində” olması qərarına gələrkən şifahi sözlər əsasında deyil, Daşınmaz Əmlakın Dövlət Reyestrindən əldə edilmiş konkret yazılı sübutlara (sənədlərə) istinad etmiş olsa idilər, bu hallar X4 hadisə ilə əlaqəsinə, o cümlədən onun təqsirliliyi məsələsinə aydınlıq gətirmiş olardı. Məhkəmə hesab edir ki, hazırkı işdə X4 məhkəmə iclasında verdiyi ifadəsi, o cümlədən məhkəmə tərəfindən hadisə yerinə baxışın həyata keçirilməsi nəticəsində müəyyən olunanlar X4 hadisələr barədə versiyasını dəstəklədiyi halda, qərəzsizliyi şübhə altına alınacaq şahidin izahatının, o cümlədən qanunvericiliyin tələblərinə uyğun olmayaraq həyata keçirilmiş prosedur çərçivəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 məhkmə iclasında verdiyi izahatından daha obyektiv və etibarlı hesab edilməsi üçün heç bir yetərli səbəblər yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldım: Şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidməti tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1846201 №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər.
Hakim: Abil Orucəliyev