Məhkəmə qərarları › İş №3(110)-143/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-143/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-143/2024 24.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İmayıl oğlunun iştirakı ilə, xx.xx.2000-ci ildə Şərur rayon Aşağı Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şərur rayon Aşağı Aralıq kəndində qeydiyyatda duran və yaşayan Şəxs İmayıl oğlunun (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs İmayıl oğlunun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Şərur rayon Aşağı Aralıq kənd ərazisində 14 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs həyətindən müxtəlif növ metal əşya aparmışdır, bununla da, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İmayıl oğlu izahatında 14 mart 2024-cü il tarixdə həmkəndlisi Sahib ilə danışdıqlarını və ona olan 30 manat borcunu atası İsmayılın dəmirləri ilə əvəz edəcəyini və atasının xəbəri olmadığını bildirdiyini, həmin dəmirləri qonşusu olan Zərərçəkmiş şəxs həyətindən aparıb hasarın çöl tərəfinə atdığını, çöldə onu həmkəndlisi olan Sahibin at arabasına yığıb aparanda gördüklərini və Zahir müəllimə sənin həyətindən oğurluq ediblər deyə bildirdiklərini, onun da gəlib Şərur Rayon Polis İdarəsinə şikayət etdiyini, poli əməkdaşlarının gələrək ondan sorduşduqlarını və onun izahatını aldıqlarını, onun da sahə rəisinə səmimi etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs telefonoqram göndərilərək məlumat verilmiş, Zərərçəkmiş şəxs həyat yoldaşının yataq xəstəsi olduğunu, onun yanında ayrıla bilmədiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şəxs ona dəyən ziyanı ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, bununla bağlı Şərur rayon Polis İdarəsinə ərizə təqdim etdiyini qeyd edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materialında olan: - Şərur Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə rəisi, polis kapitanı Elnur Abdullayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar vurulmuş maddi ziyanın əvəzi olaraq Şəxs İsmail oğlundan 50 (əlli) manat məbləğində pulu təhvil alıb Zərərçəkmiş şəxs təqdim etmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs etdiyi müraciət əsasında toplanmış 185 saylı material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; -Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Talıbov X6 rayon Aşağı Aralıq kənd ərazisində 14 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs həyətindən müxtəlif növ metal əşya aparmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və zərərçəkmiş şəxsin iş materialında olan ərizəsini iş materialı ilə əlaqəli araşdıraraq belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; -114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs İmayıl oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar