Məhkəmə qərarları › İş №3(110)-144/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-144/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-144/2024 24.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1964-cü ildə Şərur rayon Mahmudkəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, beş uşaq atası, 2-ci qrup əlil, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Mahmudkəndində qeydiyyatda və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqənda protokol tərtib edilmişdir ona görə ki, Şərur rayon Bəhruz Kəngərli kəndində xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı fiziki güc tətbiq edərək onları döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında 2023-cü ilin noyabr ayında şərik olaraq həmkəndliləri İldırım, Xəlil, Mehman və qardaşı Arif ilə birlikdə Şərur rayon Bəhruz Kəngərli kəndində 59 hektar əraziyə buğda əkdiklərini, onun onlarla yola gedə bilmədiyi üçün təxminən 12-13 hektar torpaq sahəsini özünə götürərək onlardan ayrıldığını, 21 aprel 2024-cü il tarixdən həm onların həm də onun bərabər olaraq sahələrini suvardıqlarını, onların teztez gələrək onun suyunu kəsdiklərini, onun isə suyunu kəsdikləri üçün pis formada onları təhqir etdiyini, onlar isə heç bir cavab vermədən getdiklərini, 11 may 2024-cü il tarixdə 23:00 radələrində suyu bərabər olaraq böldüklərini, həm onların həm də, onun sahələrimini suvardıqlarını, həmin vaxt İldırım, Xəlil, Arif və Mehmanın onun yanına gəldiklərini, İldırımın ona “sənin ayağın yer alıb, səni sındıracağıq” sözlərini dediyini, Mehmanın isə arxasına keçərək onu tutduğunu, onun həmin vaxt əlindəki bel ilə ilk öncə Xəlili daha sonra isə Mehmanı vurduğunu, Mehmanın onu buraxdıqdan sonra isə kim gəldi bel ilə vurmağa başladığını, ancaq özünün müdafiə etdiyini, daha sonra onların qaçaraq getdiklərini qeyd edərək məhkəmədən onun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında 2023-cü ilin noyabr ayında şərik olaraq həmkəndliləri Arif, İldırım, Mehman və Fizuli ilə birlikdə Şərur rayon Bəhruz Kəngərli kəndində 59 hektar əraziyə buğda əkdiklərini, Fizuli ilə tez-tez mübahisələri olduğunu, onun onların haqqına girdiyini, Çernobul əlili olmağından istifadə etdiyini, 2024-cü ilin fevral ayında Fizulinin 17 hektar torpağı özünə götürərək onlardan ayrıldığını, Fizuli ilə şərik iş görməmək üçün onların onun artıq pay götürməsinə göz yumduqlarını, kəndin su xəttinin 2 gün Düdəngə kəndində 2 gün isə onların kəndinə getdiyini, may ayının 6-sı və 7-si Fizulinin suyu onlara vermədiyini, bu barədə icra nümayəndəliyinin əməkdaşının gələrək suyu böldüyünü, bölgüyə əsasən həmin günlər Fizulinin, 10-11 isə onların suvaracaqlarını, Fizulinin tam suvara bilməsə 10-da saat 20:00-dək suvaracağını, daha sonra gedəcəyini bildirdiyini, onların razılaşdıqlarını, 10 may 2024-cü il tarixdə saat 17:00 radələrində əziyyətlə suyu kəsərək zəmiyə apardıqlarını, saat 18:00 radələrində Fizuli gələrək suyu kəsdiyini və öz sahəsinə apardığını, Fizulinin 20:00-dək desə də, 00:00-dək suvardığını, onların buna heçnə demədiklərini, daha sonra 00:00-da suyu onların açdıqlarını, 11 may 2024-cü il tarixdə saat 06:00-da Fizulinin gələrək yenidən onların suyunu açdığını və öz zəmisinə apardığını, onların onunla mübahisə etməmək üçün ona heçnə deməyərək evə getdiklərini və bu barədə lazımi orqanlara məlumat verdiklərini, saat 16:00 radələrində yenidən zəmiyə qayıtdıqlarını, həmin Fizulinin zəminin kənarında spirtli içki qəbul etdiyini, onların orada onun getməsini gözlədiklərini, saat təxminən 23:00 radələrində Fizulinin suyun başına gələrək bu suyu heç kim kəsə bilməz dediyini və onlara qarşı nalayiq ifadə işlətdiyini, onun ondan söyüş söyməməsini istədiyini, həmin vaxt Fizulinin mənə ”məndən başqa heç kim suyu aça bilməz, bel ilə vuraram qalarsan yerdə” sözlərini dediyini və əlindəki bel ilə 2 dəfə qarnından vurduğunu, onun arxaya dönərək qaçmağa başladığını və yerə yıxıldığını, həmin vaxt Fizulinin digərlərinin üstünə getdiyini, onun yıxıldığını görən zaman yenidən üstünə gəldiyini və beli qaldırıb başımdan vurmaq istəyən zaman Mehmanın onu arxadan tutduğunu, həmin vaxt Fizulinin əlindəki bolt açarı ilə Mehmanın başından vurduğunu, Mehmanın “başım-başım” deyə qışqırmağa başladığını, daha sonra onların oradan çıxaraq polis idarəsinə gəldiklərini, onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında 2023-cü ilin noyabr ayında şərik olaraq həmkəndliləri Arif, İldırım, Mehman və Fizuli ilə birlikdə Şərur rayon Bəhruz Kəngərli kəndində 59 hektar əraziyə buğda əkdiklərini, Fizuli ilə tez-tez mübahisələri olduğunu, onun onların haqqına girdiyini, Çernobul əlili olmağından istifadə etdiyini, 2024-cü ilin fevral ayında Fizulinin 17 hektar torpağı özünə götürərək onlardan ayrıldığını, Fizuli ilə şərik iş görməmək üçün onların onun artıq pay götürməsinə göz yumduqlarını, kəndin su xəttinin 2 gün Düdəngə kəndində 2 gün isə onların kəndinə getdiyini, may ayının 6-sı və 7-si Fizulinin suyu onlara vermədiyini, bu barədə icra nümayəndəliyinin əməkdaşının gələrək suyu böldüyünü, bölgüyə əsasən həmin günlər Fizulinin, 10-11 isə onların suvaracaqlarını, Fizulinin tam suvara bilməsə 10-da saat 20:00-dək suvaracağını, daha sonra gedəcəyini bildirdiyini, onların razılaşdıqlarını, 10 may 2024-cü il tarixdə saat 17:00 radələrində əziyyətlə suyu kəsərək zəmiyə apardıqlarını, saat 18:00 radələrində Fizuli gələrək suyu kəsdiyini və öz sahəsinə apardığını, Fizulinin 20:00-dək desə də, 00:00-dək suvardığını, onların buna heçnə demədiklərini, daha sonra 00:00-da suyu onların açdıqlarını, 11 may 2024-cü il tarixdə saat 06:00-da Fizulinin gələrək yenidən onların suyunu açdığını və öz zəmisinə apardığını, onların onunla mübahisə etməmək üçün ona heçnə deməyərək evə getdiklərini və bu barədə lazımi orqanlara məlumat verdiklərini, saat 16:00 radələrində yenidən zəmiyə qayıtdıqlarını, həmin Fizulinin zəminin kənarında spirtli içki qəbul etdiyini, onların orada onun getməsini gözlədiklərini, saat təxminən 23:00 radələrində Fizulinin suyun başına gələrək bu suyu heç kim kəsə bilməz dediyini və onlara qarşı nalayiq ifadə işlətdiyini, Xəlilin ondan söyüş söyməməsini istədiyini, həmin vaxt Fizulinin Xəlilə ”məndən başqa heç kim suyu aça bilməz, bel ilə vuraram qalarsan yerdə” sözlərini dediyini və əlindəki bel ilə 2 dəfə qarnından vurduğunu, Xəlilin arxaya dönərək qaçmağa başladığını və yerə yıxıldığını, həmin vaxt Fizulinin digərlərinin üstünə getdiyini, Xəlilin yıxıldığını görən zaman yenidən üstünə gəldiyini və beli qaldırıb başımdan vurmaq istəyən zaman onun Fizulini arxadan tutduğunu, həmin vaxt Fizulinin əlindəki bolt açarı ilə onun başından vurduğunu, onun “başım-başım” deyə qışqırmağa başladığını, daha sonra onların oradan çıxaraq polis idarəsinə gəldiklərini, onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Şərur rayon Aşağı Aralıq kəndində yerləşən maşın servisinə gələrək orada olan VAZ-2107 markalı avtomobilin təkərinin havasına baxdırdığını, həmin avtomobili oğlu Müslümün səhər saatlarında həmin servisə baxdırmaq üçün qoyduğunu, bu zaman onun orada Əfqan Novruzovu gördüyünü və onunla aralarında olan ailəvi məsələlərlə bağlı söhbət etməkdən yana servisin arxa tərəfinə getməklərini bildirdiyini, onların təxminən bir saat söhbət etdiklərini, söhbəti bitirdikdən sonra Əfqanın əsəbləşərək ona yumruqla üzündən bir dəfə vurduğunu və bu zaman oğlu Müsülüm kənardan gələrək Əfqan novruzova onu niyə yumruqla vurduğunu soruşduğunu, bu zaman Əfqan Novruzovun ona təpik atmaq istədiyini və oğlunun kənara çəkilərək Əfqana yumruqla vurduğunu, bu zaman əfqanın yerə yıxıldığını, sonra oğlu Müslümü sakitləşdirərək onu kənara çəkdiyini, bundan sonra onların VAZ-2107 markalı avtomobillərinə minərək yaşadıqları evə qaytardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 izahatında xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Şərur rayon Aşağı Aralıq kəndində yerləşən maşın servisinə gələrək orada olan VAZ-2107 markalı avtomobilin təkərinin havasına baxdırdığını, həmin avtomobili oğlu Müslümün səhər saatlarında həmin servisə baxdırmaq üçün qoyduğunu, bu zaman onun orada Əfqan Novruzovu gördüyünü və onunla aralarında olan ailəvi məsələlərlə bağlı söhbət etməkdən yana servisin arxa tərəfinə getməklərini bildirdiyini, onların təxminən bir saat söhbət etdiklərini, söhbəti bitirdikdən sonra Əfqanın əsəbləşərək ona yumruqla üzündən bir dəfə vurduğunu və bu zaman oğlu Müsülüm kənardan gələrək Əfqan novruzova onu niyə yumruqla vurduğunu soruşduğunu, bu zaman Əfqan Novruzovun ona təpik atmaq istədiyini və oğlunun kənara çəkilərək Əfqana yumruqla vurduğunu, bu zaman əfqanın yerə yıxıldığını, sonra oğlu Müslümü sakitləşdirərək onu kənara çəkdiyini, bundan sonra onların VAZ-2107 markalı avtomobillərinə minərək yaşadıqları evə qaytardığını bildirmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 905 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixli, 906 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı, bədən səthi üzərində aşkar edilmiş xəsarətlər –sol və sağ əlində sıyrıqlar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaşlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon Bəhruz Kəngərli kəndində xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı fiziki güc tətbiq edərək onları döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; - “Elektron Məhkəmə İnfrmasiya Sistemindən” çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Mhmudkənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı fiziki güc tətbiq edərək onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, onun 2-ci qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar