Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-145/2023 16.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1978-ci ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Zeyvə kəndində yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şərur rayon Zeyvə kənd sakini Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün və zərəçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, qonşusu Həşim adlı şəxsdən 1 put həyətyanı sahəsini 1 ay əvvəl icarə götürdüyünü, Zərərçəkmiş şəxs həmin torpaq sahəsində mal-qarasını otardığını, bu barədə ona və həyat yoldaşına xəbərdarlıq etdiyini, lakin xx.xx.2023-cü il tarixində səhər saatlarında torpaq sahəsinə gedərəkən Maşallahın yenə mal-qarasını həmin torpaq sahəsində otardığını gördüyünü, həmin vaxt ona heç nə demədiyini, günorta saatlarında yanacaq doldurma məntəqəsində maşallahı gördüyünü, ona yaxınlaşaraq mal-qarasını onun torpaq sahəsində bir daha otarmamasını tapşırdığını, Maşallah ona qarşı qeyri-etik kəlimələr işlətdiyini, onun da Maşallahın oturduğu maşının qapısını açaraq onunla mübahisə etdiyini, həmin mübahisə zəmində onun Maşallaha bir yumruq zərbəsi vurduğunu, hadisədən sonra evə getdiyini, evdə olarkən saat təxminən 19:00 radələrində polis əməkdaşlarının gələrək onu polis idarəsinə dəvət etdiklərini bildirdi və törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2023-cü il tarixində 03:00 radələrində qonşusu Samir adlı şəxsin avtomobili ilə Türkiyə Respublikasına getdiyini, həmin gün təxminən 15:30 radələrində qayıtdıqlarını, Samirin maşını Zeyvə kəndində yanacaq doldurma məntəqəsinin qarşısında saxladığını, ondan siqaret almağı xahiş etdiyini, maşından düşən zaman Şəxs idarə etdiyi maşının onun yanında dayandığını, Muxtərin maşından düşərək nalayiq ifadələr işlədərək onun bədənin müxtəlif nahiyələrindən vurduğunu, sonra qonşusu Samirin avtomobilinə minərək evə gəldiyini, aldıqlarını evə qoyduqdan sonra polis idarəsinə ərizə ilə müraciət etdiyini bildirdi və hazırda Şəxs şikayəti olmadığını, barışdıqlarını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 518 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində zədə və zədə izləri müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 457 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktikki sağlamdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51,53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-145/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-145/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver