Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-146/2023 16.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1965-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi təsərrüfatla məşğul olan, Şərur şəhərində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şərur rayon Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün və zərəçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, xx.xx.2023-cü il tarixində Şərur rayon Məmmədsabir kəndində Samir adlı şəxsin bağında işlədiyini, işini bitirdikdən sonra həmin bağda yerləşən damda spirtli içki qəbul edərək yatdığını, təxminən 19:00 radələrində yuxudan durduğunu, yuxudan oyanan zaman əvvəlcədən tanıdığı Turalın həmin dama özü ilə gətirdiyi otbiçən aparatını qoyduğunu, həmin aparatdan benzin qoxusu gəldiyi üçün aparatı oraya qoymamasını xahiş etdiyini, Turalın da otbiçəni damdan çıxardığını, onun sərxoş olduğu üçün Turalın arxasıca gedərək ona arxadan yetişib başına yumruqla vurduğunu, Turalın bir şey demədən çıxıb getdiyini, sabahsı gün yəni xx.xx.2023-cü il tarixində polis əməkdaşlarının onu izahat vermək üçün Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini bildirdi və əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, məhkəmədən bunları nəzər almağı xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Şərur rayon Məmmədsabir kəndində Samir adlı şəxsin bağında ot biçdiyini, həmin zaman Samirin bağa gələrək ona Yengicə kəndinə gedəcəklərini bildirərək getdiyini, işlətdiyi otbiçən aparatı bağda olan dama qoymaq üçün getdiyini, damda Şərur şəhər sakini Ramazanın yatdığını gördüyünü, onun dama daxil olarkən Ramazanın yuxudan qalxdığını, otbiçəndən benzin qoxusu gəldiyi üçün onu dama qoymamağını xahiş etdiyini, onun da aparatı damdan çıxardığını, bağda olan zaman Ramazan gələrək onun başına yumuruq zərbəsi vurduğunu, onun da Ramazandan ayrılaraq polis idarəsinə getdiyini və bu barədə məlumat verdiyini bildirdi və hazırda Şəxs şikayəti olmadığını, barışdıqlarını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 505 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər – sol qulaq seyvanın arxa səhtində sıyrıq küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi müəyyən olunmur. İş materiallarında olan qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması xx.xx.2023-cü il tarixli qərarla rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 459 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktikki sağlamdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51,53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-146/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-146/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver