Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-146/2024 27.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1975-ci ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, ali təhsilli, müvəqəti işsiz, dediyinə görə əvvəllər məhkumluğu olmamış, Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda duran və şərur rayon Yengicə kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin 02 miqdarda kultivasiyası ilə məşğul olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında bildirmişdir ki, Mən 2001-ci ildə Şərur rayon Sərxanlı kənd sakini X6 ilə ailə qurmuşam və bizim bu nikahdan 2003-cü il təvəllüdlü qız və 2004-cü il təvəllüdlü oğlan övladımız dünyaya gəlmişdir. Mən, 1999-cı ildə Bakı şəhərində DİN-nin ÇPA-da işə qəbul olundum və xidmət etməyə başladım. Mən 2005-ci ildə mən öz xahişimlə daxili işlər orqanlarından xaric olundum və bir müddət Bakı şəhərində qaldım. Mən işdən xaric olunduqdan sonra Bakı şəhərində olan dstlarımn təsiri ilə narkotik vasitələrin istifadəsi ilə məşğul oldum. Həmin vaxtı mənim dostlarım mənə həmin çətənə kollarının qurumuşu formasını verirdilər və mən də, onu siqaret filtirinə doldurub çəkirdim. 2011-ci ildə mən ailəmlə birgə Naxçıvan MR-nın Şərur rayon Yengicə kəndinə gəldim və orada yaşamağa başladım. Mən Şərur rayonunda aşpazlıqla məşğul olurdum. Mən Naxçıvan MR-da narkotik vasitələrdən bir müddət istifadə etmədim. Təxminən 3-4 gün əvvəl mən Şərur rayon Yengicə kəndində yerləşən yaşadığım evin həyətində olarkən həyətyanı sahəsinin kənarında olan divarın dib hissəsində yerləşən böyürtkən kollarına qulluq etmək üçün həmin yerə getdim. Mən böyürtkən kollarının diblərində olan alaq otalarını təmizləyirdim. Bir qədər mən bu işlə məşğul olduqdan sonra anidən böyürtkən kollarının arasında çətənə bitkisini gördüm. Həmin vaxt mən orada olan çətənə kolunun bir hissəsini qopardım və həyətdə yerləşən toyuq hininin damının üzərinə qurumasi üçün yerləşdirdim. Daha sonra mən yenidən böyürtkən kollarının yanına gələrək işlərimi davam etdirdim və bir qədər sonra evə daxil oldum. 1 gün sonra təxminən 18 radələrində mən toyuq hininin yanına getdim və oranın damına yerləşdirdiyim çətənə kolunu əlimə aldım. Mən onun tam quruduğunu görüb ovucum içərisində ovaladım və cibimdə olan siqaretin tütününü yerə boşaldaraq, həmin ovulmuş çətənə bitkisini siqaretin içərisinə doldurdum. Elə həmin yerdə mən içərisində qurudulmuş çətənə bitkisi olan siqareti dodağıma yerləşdirdim və uc hissəsini yandırıb çəkməyə başladım. Mən bundan sonra mən yaşadığım kəndin mərkəzinə getdim. 18 may 2024-cü il tarixdə mən Şərur rayon Yengicə kəndində olan zaman Şərur RPİ-nin əməkdaşları məni saxlayıb Şərur Rayon Polis İdarəsinə gətirdilər. Mənim üzərimə baxış keçirdikdən sonra mənə məxsus Şərur rayon Yengicə kəndində yerləşən evimə polis əməkdaşları tərəfindən baxış keçirildi və 3-4 gün əvvəl bir hissəsini qopardığım çətənə kolunu və onun yanında olan digər çətənə kollarını aşkar edərək götürdülər, əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şərur rayon Yengicə kəndində yaşayan Şəxs azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 18 may 2024-cü il tarixdə saat 18:00 dəqiqədən tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında” qərardan görünür ki, Şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında fəaliyyət göstərən Vəkil dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. İş materiallarına əlavə olunmuş 18 may 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Şəxs barəsində şəxsi axtarış aparılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şəxs şəxsi axtarışı zamanı üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “tutulmuş şəxsin azad edilməsinə dair” qərardan görünür ki,şebhəli şəxs qismində tutulmuş xx.xx.1975-ci ildə Şərur rayon Yengicə kəndində anadan olmuş, 2 uşaq atası, ali təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Nəsimi ray., Azadlıq PR86 inz/bina ünvanında qeydiyyatda olan və Şərur rayon Yengicə kəndində yaşayan Şəxs azad edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “baxış aparılması haqqında protokoldan” görünür ki, daxil olmuş məlumatla əlaqədar Şəxs yaşadığı evə onun özünün və vəkilin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisinə bənzər kollar bitdiyi müəyyən edilmişdir. İş materillarında olan X15 adına X9 X10 Məntəqəsinin müdiri X3 rəyindən görünür ki, xx.xx.2024cü ildə Şərur rayon Yengicə kənd sakini Şəxs şəxsi həyətində aşkar edilmiş 5 koldan ikisi aqrotexniki şəkildə qulluq edilmiş çətənə bitkisidir, üçü isə yabanı şəkildə bitmiş böyürtkən koludur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin xx.xx.2024-cü il tarixli 522 nömrəli ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilən, Şəxs məxsus Şərur rayon Yengicə kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfin içərisindəki, 02 ədəd: 1- hündürlüyü 61 sm təmiz çəkisi 2.451 qram; 2- hündürlüyü 24 sm təmiz çəkisi – 0.112 qram, ümumi təmiz çəkisi – 2.563 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 03 ədəd üzəri tikanlarla örtülmüş bitki nümunələri narkotik vasitələrə aid olmayan bitki nümunələridir. İş materiallarında olan Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Şərur rayon, Şərur şəhər sakini X7 və Şərur rayon, Şərur şəhər sakini X2 iştirakı ilə vətəndaş Şəxs məxsus “Samsung” markalı mobil telefon özünə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırılan 283 saylı material üzrə vətəndaş Şəxs yaşadığı evin həyətindən aşkar edilmiş çətənə (kannabis) bitkisinə və evin birinci mərtəbəsində olan otaqda aşkar edilmiş aksiz markası olmayan siqaretlərə görə toplanmış material Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur RPİ-nin polis sahə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin 02 miqdarda kultivasiyası ilə məşğul olmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinəvə ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun səmimi etirafı, iş üzrə dindirilmiş şahidin ifadəsi, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiqedilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan 0.048 qram psixotrop maddə olan metamfetaminin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi Şərur Rayon Polis İdarəsində saxlanılması nəzərə alınsın. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-146/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-146/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver