Məhkəmə qərarları › İş №3(110)-146/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-146/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-146/2025 26.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: X1 sədrliyi, Məhkəmə iclas katibi: X2 katibliyi, Şərur Rayon İcra və X5, Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi: Tələbkar(zərərçəkmiş şəxs): X2, Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxx 1986-cı ildə Şərur rayonunun Şəhid Məmməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, yaşayış yeri üzrə Şərur rayonunun Danyeri kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon İcra və Probasiya Şöbəsinin 26 may 2025-ci il tarixli, e-269563/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 may 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 26 may 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 3 icra sənədi üzrə ümumilikdə 12792,31 manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək, verdiyi izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilən icra sənədinə görə 7940,42 manat pul vəsaitinin alınaraq X3 ödənilməsi qət edildiyini, ödəmələrində gecikmələr olduğunu, müəyyən səbəblərdən ödəmə edəmədiyini, işlərində problemlər olduğunu, işdən çıxdığını, sonra özünə yeni iş tapdığını, bu səfər də qəza keçirdiyini, 18 gün xəstəxanada yatdığını, 1 ay da evdə müalicə olunduğunu, 2023-cü ilin avqust ayına kimi 2300 manat ödəniş etdiyini, 2025-ci ilin aprel ayında isə 500 manat ödədiyini, qalan borcunu da hissə-hissə ödəyəcəyini bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş tələbkar X6 verdiyi izahatında şəxsi münasibətlər zəmində Şəxs borc verdiyini, borc verdiyi pulu bankdan kredit götürdüyünü, məhkəmədə iddia qaldıraraq verdiyi pulu tələb etdiyini, borclunun məhkəmə qətnaməsi əsasında təyin edilən borcu da ödəmədiyini, onun barəsində axtarış elan edildiyini, şəxsiyyət vəsiqəsini ona verdiyini, sonra şəxsiyyət vəsiqəsini itmiş kimi verərək yenidən aldığını, Bakı şəhərinə getdiyini, 2025-ci ilin yanvar ayında yenidən məhkəmə qətnaməsi ilə banka ödədiyi artıq vəsaitin alınıb ona verilməsi qət edildiyini, onun Bakı şəhərində yerini taparaq məlumat verdiyini, onun məlumatı əsasında tutulub gətirildiyini, indiyə kimi 2800 manat ödəniş etdiyini, haliyyədə 2000 manat ödədiyini, cümə gününə kimi də 1500 manat ödəyəcəyini, qalan borcunu isə hissə-hissə ödəyəcəyinə dair aralarında razılaşdıqlarını bildirmişdir. Məhkəmə iclasında Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilən 2(110)-569/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə görə 7940,42 manat pul vəsaitinin alınaraq X3 ödənilməsi qət edildiyini, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş borcun tutulmasına dair icra sənədlərinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya məhkəmə tərəfindən təyin olunmuş borcun tam və vaxtında icrası olunması barədə dəfələrlə xəbərdarlıqlar edildiyini, məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, icra sənədi üzrə bu günədək 2800 manat ödəniş etdiyini, borclunun barəsində axtarış elan edildiyini, ölkədən getməyinə məhdudiyyət qoyulduğunu, bir neçə gün bundan oncə Bakı şəhərində saxlanıldığını, borclunun başqa icra sənədləri üzrə də borcunun olduğunu, iş üzrə tələbkarların mövqeyini nəzərə alaraq şəxsin barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 26 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs barəsində olan 3 icra sənədi üzrə 12792,31 manat məbləğində borcu ödəməkdən yayınmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X1 hesabına Milliön ödəniş portalı vasitəsi ilə 2000 manat məbləğində vəsait köçürülmüşdür. 10 noyabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-569/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iş üzrə cavabdeh Şəxs 7940,42 (yeddi min doqquz yüz qırx manat qırx iki qəpik) manat məbləğində pulun alınaraq iş üzrə iddiaçı X3 verilməsi qət edilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Şərur Rayon Məhkəməsinin 2(110)-569/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 15 noyabr 2022- ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. 03 mart 2025-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-126/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən iş üzrə cavabdeh Şəxs 7516,89 (yeddi min beş yüz on altı manat səksən doqquz qəpik) manat məbləğində pulun alınaraq iş üzrə iddiaçı X3 verilməsi qət edilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Şərur Rayon Məhkəməsinin 2(110)-126/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 05 mart 2025- ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. 03 aprel 2024-cü il tarixdə verilmiş icra qeydindən məlum olur ki, Bakı Şəhər 54 saylı Notariat Ofisi “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən 8İ-24445 nömrəli, 03 aprel 2024-cü il tarixli icra qeydində cavabdeh Şəxs 135 (bir yüz otuz beş) manat məbləğində pulun alınaraq tələbkar "xxxx" MMC-ə verilməsi təklif edilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Bakı Şəhər 54 saylı Notariat Ofisinin 8İ-24445 nömrəli, 03 aprel 2024-cü il tarixli icra qeydi üzrə icraata başlanmışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 06 aprel 2024- cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə uyğun olaraq X4 məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını (ilk olaraq zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında icraaat aparılan şəxsə yaxınılaşmalarını və onu mübahisəyə çəkmələrini), o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq eilsin.

2. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Orucəliyev Abil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar