Məhkəmə qərarları › İş №3(110)-149/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-149/2023

18.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-149/2023 18.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə Azərbaycan Respublikası daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.1989-cu ildə Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər məhkum olunmamış, Şərur şəhərində qeydiyyatda duran və yaşayan X3 (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Şərur şəhər sakini X1 MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış, onun üzərindən 0,114 qram metamfetamin müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə X3 əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs X6 barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli sayaraq izahatında və suallara cavabında 15 yaşından psixotrop və narkotik vasitələrdən istifadə etdiyini, ilk başlarda narkotikə başlayan zamanlarda marixuana çəkdiyini, sonralar psixotrop maddə olan “Metamfetamin” qəbul etdiyini, təxminən ildə 1-2 dəfə, ümumilikdə 6-7 dəfə istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə axşam 21:00 Şərur bazarında çayxanada tək oturduğunu, bu zaman əvvəldən tanıdığı Asim adlı şəxsin ona yaxınlaşaraq metamfetamin istəyib istəmədiyini soruşduğunu, onun da təşkil edə biləsə istəyəcəyini dediyini, Asimin ona tanımadığı şəxslərdən təşkil edə biləcəyini dediyini, onun da 2-3 il əvvəl tanıdığı Rüstəmə zəng edərək metamfetamin olduğunu lakin pulu olmadığını dediyini, Rüstəm işdə olduğundan pulu ancaq kart vasitəsi ilə göndərə biləcəyini dediyini, Asimin kartının şəkiini çəkərək ona atdığını, Rüstəmin 120 manat pul göndərdiyini dediyini, Asim getdikdən 1 saat sonra ona zəng edərək hara gəlməsini soruşduğunu, onunla Şərur bazarının yanında taksidə görüşdüklərini, asimin gətirdiyinə baxaraq az olduğunu dediyini, Asim də ona nə qədər veriblər onu gətirdiyini dediyini, axşam qohumunun toyunda Əhmədlə dağa getmələri barədə razılaşdıqlarını, Əhmədin maşınında Axura kəndi tərəfə getdiklərini, yolun kənarında maşını saxlayaraq Metamfetamini istifadə etdiklərini, özlərinə gəldikdə saat 5:00 olduğunu, səhəri saat 11:00 radələrində Əhmədin həbsdə olan bacısı olğunun yanına getdiklərini, yolda zəng edərək Rüstəmlə axşam metamfetamin istifadə edəcəkləri barədə razılaşdıqlarını, bir azdan polis əməkdaşlarının onlara yaxınlaşaraq özlərini təqdim etdiklərini və onları Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirdiklərini, əməlindən peşman olduğunu, əvvəllər də yəni 2020-ci ildə narkotika istifadə etdiyi üçün məhkəmə tərəfindən 1 ay 10 gün həbs olunduğunu, Asimlə heç narkotika istifadə etmədiyini, Əhmədlə əvvəllər Türkiyə Respublikasında da narkotik vasitə istifadə etdiklərini, bir daha bu halın təkrarlanmayacağına söz verdiyini bildirmişdir. Məhkəmə icalsında iştirak edən protokolu tərtib etmiş şəxs X2 izaatında və verilmiş suallara cavabında Şəxs və X4 barəsində narkotik vasitələrdən mütəmadi istifadə edən şəxslər kimi məlumat daxil olduğunu, məlumat əsasında həmin şəxslər saxlanılaraq üzərlərində axtarış aparılarkən Şəxs üzərindən 0,114 qram ağ rəngli toz şəklində maddə aşkar olunduğunu, həmin maddənin Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində aparılan tədqiqat nəticəsində metamfetamin olduğu aşkar olunduğunu, buna görə də həmin şəxslərin barəsində protokol tərtib edildiyini, onlara həmin narkotik maddənin satan şəxsin müəyyən olunması üçün əməliyyat axtarış tədbirlərinin davam etdirildiyini, Rüstəm adlı şəxsin barəsində isə məlumat daxil olunmadığını və onun üzərində heç bir maddə aşkar edilmədiyini bildirdi. Sənədlər: İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 613 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Şəxs üzərində aşkar olunmuş bir ədəd kağız zərfin içərisində 01 ədəd gümüşü rəngli siqaret kağızı bükülümündə təmiz çəkisi - 0,114 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (siyahı İ; bənd İİ, sıra № 27) daxil olan - metamfetamindir. Tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,094 qramdır. İş materiallarında olan şübhəli şəxsi tutma protokolundan görünür ki, X6 xx.xx.2023cü il tarixdə saat 16:00-də tutulmuşdur. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 00:20-də tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 11:00-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0074 saylı "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola" əsasən, X3 şəxsi axtarışı nəticəsində üzərindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükülümündə təmiz çəkisi - 0,114 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddə aşkar edilərək götürülmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, X3 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. X3 əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs X3 məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş üzrə inzibati həbsin əvvəli X3 inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati xəta üzrə maddi sübut olan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılan, təmiz çəkisi - 0,114 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,094 qram olan ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddə narkotik vasitə olan metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs X6 Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. İnzibati xəta üzrə maddi sübut olan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,094 qram narkotik vasitə olan metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar