Məhkəmə qərarları › İş №3(110)-15/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-15/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-15/2022 02.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Resublikasının Mehri rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, 01.03.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şərur şəhəri, Nizami küçəsində işlətdiyi avtomobil ehtiyyat hissələri mağazasından 02 ədəd avtomobil mühərriki yağı oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, 01.03.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində Şərur rayon Arbatan kənd sakini Zərərçəkmiş şəxs işlətdiyi mağazanaın önündən keçərkən mağazanın giriş qapısının yanında 2 ədəd Consul adlı motor yağı olduğunu gördüyünü, pula ehtiyacı olduğu həmin yağları oğurlayıb sataraq pul əldə edə biləcəyini fikirləşdiyini, buna görə də, həmin 2 ədəd yağı oğurlayıb həmin ərazidə olan çuxurun içərisində gizlətdiyini, daha sonra həmin ərazidə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və törətdiyi əməli səmim olaraq etiraf etdiyini, polis əməkdaşları ilə birlikdə yağları gizlətdiyi əraziyə getdiklərini, iki nəfər hal şahidinin iştirakı ilə həmin əraziyə baxış keçirildiyini və gizlətdiyi 2 ədəd yağın aşkar edilərək götürüldüyünü, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu bildirərək, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs vermiş olduğu izahatında 01 mart 2022ci il tarixdə təxminən saat 10:00 radələrində işlətdiyi mağazanın önündə 2 ədəd Consol markalı mühərik yağlarının yerində olmadığını gördüyünü, mağazanın hər tərəfinə baxdığını, həmin yağları görmədiyini, həmin yağların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasının ona məlum olduğunu, bu barədə 102 xidmətinə məlumat verdiyini, daha sonra həmin yağları Şəxs oğurladığının məlum olduğunu və onun barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında 01 mart 2022-ci il tarixində saat təxminən 12:00 radələrində Şərur rayon Avtovağzalının yanında olan parkda oturduğunu, polis əməkdaşlarının ona yaxınlaşaraq ondan hal şahidi qismində iştirak etməsini xahiş etdiklərini, polis əməkdaşlarının xahişini nəzərə alaraq, onlarla birlikdə radiozavod deyilən yerə getdiklərini, həmin ərazidə binanın arxasına keçdiklərini və orada olan boş ərazidəki çuxura yaxınlaşdıqlarını, həmin çuxurun içərisində 2 ədəd avtomobil mühərriki üçün nəzərdə tutulmuş Consol markalı yağ aşkar edilərək polis əməkdaşları tərəfindən müvafiq qaydada götürüldüyünü bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, həqiqətən də 01.03.2022-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs Zərərçəkmiş şəxs Şərur şəhəri, Nizami küçəsində işlətdiyi avtomobil ehtiyyat hissələri mağazasından avtomobil mühərriki yağı oğurlayaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmuş, bununla da onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şərur şəhəri, Nizami küçəsində yerləşən Radiozavod deyilən yerdə baxış keçirilən zaman oradakı çuxurun içərisindən Şəxs Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı 2 ədəd “Consol” markalı mühərrik yağları aşkar edilmiş və götürülmüşdür. İş materiallarına əlavə olunmuş 0087 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 mart 2022-ci il tarixdə saat 1500-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş 01 mart 2022-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. İş materiallarına əlavə olunmuş 04 yanvar 2021-ci il tarixli aktdan görünür ki, 2 ədəd “Consol” markalı mühərrik yağının faktiki bazar qiyməti hər biri 37 AZN olmaqla, cəmi 74 AZN dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru, X2 tərəfindən tərtib edilmiş 02.03.2022-ci il tarixli, 010135 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.03.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şərur şəhəri, Nizami küçəsində işlətdiyi avtomobil ehtiyyat hissələri mağazasından 02 ədəd avtomobil mühərriki yağını oğurlayaraq ona maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İinzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 01 mart 2022-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qərarda maddi sübutların taleyini də həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər; - 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir; - 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında işin müşayiət məktubundan görünür ki, Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübutlar olan iki ədəd ”Consol” markalı mühərrik yağı maddi sübut olaraq məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübutlar olan iki ədəd ”Consol” markalı mühərrik yağı qanuni sahibi olan Şərur rayon Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ay müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 01 mart 2022-ci il tarixdən, saat 15:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. İnzibati xətanın bilavasitə obyekti olmuş maddi sübutlar olan iki ədəd ”Consol” markalı mühərrik yağı qanuni sahibi Şərur rayon Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs qaytarılsın. Maddi sübutla bağlı hissədə qərarın icrası Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar