Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-15/2025 24.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, 3 uşaq atası, əvvəllər inzibati məsuliyyətı cəlb olunmuş, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqənda protokol tərtib edilmişdir ona görə ki, o Şərur rayon Çərçiboğan kəndində xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edərək, onun boğaz nahiyyəsini sıxaraq xəsarət yetirmişdir, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Çərçiboğan kəndində yaşadığını, o 2004-cü ildə Şərur rayon Xanlıqlar kənd sakini Zərərçəkmiş şəxs ilə ailə qurduğunu, onların bu nikahdan 20 və 18 yaşlı qız, 10 yaşlı oğlan övladları dünyaya gəldiyini, 19 dekabr 2024-cü il tarixdə saat təxminən 23 radələrində işdən çıxıb eve gələn zaman Çərçiboğan kəndində yol kənarında yerləşən Əli adlı şəxsin ərzaq mağazasından 1 ədəd spirtli içki aldığını və evə getdiyini, evə gedən zaman yolda olarkən aldığı içkilərdən birini yolda içdiyini, Şərur rayon Çərçiboğan kəndində özünə məxsus evinə daxil olduqdan sonra digər spirtli içkini stolun üzərinə qoyduğunu və divanda əyləşdiyini, həmin zaman oğlu Rahim gəlib spirtli içkini götürüb içmək istəyərkən o ona mane olduğunu və "bu sənlik deyil, bunu içə bilməzsən" sözlərini dediyini, həmin zaman arvadı Zərərçəkmiş şəxs yanıma gələrək bildirdi ki, "sən niyə onu alıb gətirirsən ki, uşaqda istəsin?" sözlərini deyərək boğazından zarafatla tutub iradını bildirdiyini, oda həmin zaman onun boğaz nahiyəsindən zarafatla tutduğunu, bu zaman o, səs-küy etməyə başladığını, daha sonra oğlu Rahim ilə evdən çıxıb evdən getdiklərini, oda arxalarıca getdiyini, ondan sonra polis əməkdaşları gəldiyini və onu polis idarəsinə dəvət etdiklərini, hal-hazırda Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Çərçiboğan kəndində yaşadığını, o, 2004-cü ildə Şərur rayon Çərçiboğan kənd sakini Şəxs ilə ailə qurduğunu, onların bu nikahdan 20 və 18 yaşlı qız, 10 yaşlı oğlan övladları dünyaya gəldiyini, oğlu Rahim təxminən 15 gün əvvəl həmkəndliləri Kamalın oğlu Ələkbərdən 30 manata at aldığını, ata baxa bilmədiyindən qaytarmaq istədiyini, 19 dekabr 2024-cü il tarixdə axşam vaxtlarında əri Şəxs telefon vasitəsilə ona zəng edib oğlu Rahimin atı qaytarıb qaytarmadığını soruşduqda o qaytarmadığını bildirdiyini, bir müddət keçdikdən sonra yenidən zəng edərək bir daha eyni sualı soruşduğunu, həmin vaxt içkili olduğunu anladığını, saat təxminən 23 radələrində içkili halda evə gəldiyini, evə gəldikdən bir müddət sonra siqareti olmadığına görə birlikdə işlədiyi Vüsal İsmayılova zəng edərək ona siqaret alıb gətirməsini bildirdiyini, o, isə neçə gündür bizimlə işləmirsən, işlədiyin bugün idi onunda pulunu vermişəm gedib spirtli içki alıbsan sözlərini dediyini, ondan sonra evdən çıxıb getdiyini və özünə siqaret və spirtli ikçi alıb gəldiyini, ondan sonra oda bildirib ki, Amid içmə onsuzda içibsən buda qalsın sabah içərsən sözlərini dediyini, bu zaman əsəbləşib mən bütün günü sizin üçün işləyirəm buda mənim istirahət növümdü sözlərini dediyini və ona qarşı səsini yüksəldərək onun boğaz nahiyyəsindən tutub sıxmağa başladığını, bu zaman o 102-ə zəng edib oğlu Rahimi götürüb Amidin əmisi Həsən Məmmədovun evinə getdiyini, ondan sonra polis əməkdaşları gəlib Şəxs axtarmağa başladığını, onu tapdıqdan sonra polis idarəsinə dəvət etdiklərini, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə prosesində iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ərizəsində Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə zərərçəkmiş şəxs qismində tanındığını, hal-hazırda Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını qeyd edərək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli 273 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilən xəsarət – alt dodağında yara küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 771 saylı material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon Çərçiboğan kəndində xx.xx.2024cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edərək, onun boğaz nahiyyəsini sıxaraq xəsarət yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə zərəçəkmiş şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; - 53.1 və 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-15/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-15/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver