Məhkəmə qərarları › İş №3(110)-150/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-150/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-150/2024 30.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Yengicə kəndində yerləşən məsciddən əşyaları talamış, bununla da o Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında materialda olan Şəxs izahatından isə görünür ki, o, xx.xx.2024-cü il tarixdə qeyri-rəsmi münbasibətdə olduğu İmanova Münəvvər ilə birlikdə avtomobillə Xələc kəndinə yola düşdüyünü, Yengicə kəndində məscidin yanından keçəndə Münəvvərin məscidi görmək istədiyini, avtomobili saxladıqda Münəvvərin möhür götürmək istədiyini, oraya daxil olduqlarını, Münəvvərin salondakı şkafdan Quran kitabı, namaz qılmaz üçün xalça, möhür, təsbeh və hicab götürdüyünü, bir paketə qoyub avtomobilə apardığını, geri qayıdıb mərasim evinin zalına daxil olduqlarını, Münəvvərin zalda olan listuru götürmək istədiyini, ona etiraz etsə də mane ola bilmədiyini, mərasim evindən çıxıb Xələc kəndinə evlərinə gəldiyini paltarını dəyişib Müvəvvəri Şərur şəhərinə evlərinə yola saldığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə işin baxılmağa hazırlanması mərhələsində Şəxs, X1 və Zərərçəkmiş şəxs ərizələri məhkəməyə daxil olmuş, ərizələrdə həmin şəxslər talanmış əmlakların zərərçəkmiş şəxsə qaytarıldığını, barışdıqlarını göstərmiş və icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin əsaslandırması: Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh olunmasına dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, talanmış əmlakın qaytarılması ilə vurulmuş ziyanın tamamilə ödənməsi, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi, barəsində icraat aparılan şəxsin də ərizə ilə məhkəməyə müraciət edərək qeyd olunan həmin əsaslarla icrata xitam verilməsini xahiş etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 39, 53, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair iş üzrə icraata inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdığından və vurulmuş ziyanı tam ödədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar