Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-154/2024 04.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Şərur rayon Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, usta işləyir, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Mahmudkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəm müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etmiş, eyni zamanda sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 334.1 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında xx.xx.2024-cü il tarixdə təxminən 00:30 radələrində özünə məxsus UAZ markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Mahmudkənd kəndi ərazisində yerləşən kafedən çıxdığını, kafedə spirtli içki içdiyini, içkili halda nəqliyyat vasitəsini idarə etdiyini, öz evinə tərəf getdiyini, arxasıca DYP əməkdaşlarının gəldiiyini gördüyünü, sərxoş olduğu üçün avtomobil saxlamadığını, evinə tərəf gələ bilməyəcəklərini düşünüb hərəkətə davam etdiyini, DYP əməkdaşları onun arxasıca gələrək onların məhləsindən keçərkən xidməti avtomobildə olan işıq və səs siqnallarından istifadə edərək onun avtomobili saxlaması üçün avtomobilin nömrəsini uca səslə dəfələrlə səsləndirdiklərini, bunu eşidən arvadının onun başına nəsə pis iş gəldiyini düşündüyünü, yola qədər çıxaraq yolda narahat olduğunu, səsə qonşularında yola çıxdıqlarını, DYP əməkdaşları onun sol tərəfdən keçərək qarşısını kəsmək istəyərkən kəndin yollarına bələd olmadıqları üçün onun heç bir təqsiri olmadan xidməti avtomobili yolun kənarında keçən su arxına saldıqlarını gördüyünü, avtomobilini evlərinin önündə saxlayaraq onların yanına getdiyini, DYP əməkdaşlarının xəsarət almadıqlarını gördüyünü, yoldaşının narahat olmasından, qonşuların səsə çıxmasından əsəbləşərək uca səslə onlara onun arxasıca niyə gəldiklərini dediyini, aralarında mübahisə yarandığını, əsəbi olduğu üçün müayinəyə getməkdən imtina etdiyini, DYP əməkdaşının PPX əməkdaşlarını oraya çağırdığını, daha sonra tanışı olan polis əməkdaşını orada gördükdən sonra onlarla birlikdə Şərur rayon Polis İdarəsinə getdiklərini, orada müayinə olunduqdan sonra içkili olmasının müəyyən olunduğunu, əməlindən çox peşman olduğunu, belə bir hərəkət etdiyi üçün ailə üzvlərindən və qonşularından çox utandığını, DYP əməkdaşlarından dəfələrlə üzr istədiyini qeyd edərək, məhkəmədən onun yaşını nəzərə alaraq barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində xidmətdə olduğu zaman Sədərək rayon istiqamətində post yoldaşı Asif Məmmədovla birlikdə hərəklətdə olan zaman Mahmudkənd kəndi ərazisində yerləşən yeməkxananın yolundan magistral yola UAZ markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin onları və Naxçıvan şəhər istiqamətindən gələn avtomobili gözləmədən qəza şəraiti yaratdığını, bu zaman onun arxasıca işıq və səs siqnallarında istifadə edərək avtomobili saxlamasını bildirdiklərini,həmin şəxsin onlara tabe olmadığını, avtomobilin qarşısına keçdiklərini, həmin şəxsin manevr edərək təkrar onların qarşısına keçdiyini, yenə işıq və səs siqnallarında istifadə edərək avtomobili saxlamasını bildirdiklərini, onun qarşısına keçmək istəyərkən həmin şəxsin onları sıxışdırdığını və avtomobilin su arxına düşdüyünü, təxminən 10 dəqiqə sonra həmin şəxsin piyada olaraq onların yanına gəldiyini, orada səs-küy saldığını, PPX əməkdaşlarının gəldiyini, onu nizam intizama dəvət etdiklərini, həmin şəxsin PPX əməkdaşlarının tələbinə tabe olmadığını, sonra həmin şəxsin tanışı olan DYP əməkdaşının gəlib onu sakitləşdirdiyini, onun avtomobili ilə xəstəxanaya getdiklərini və orada müayinədən keçdiyini, sərxoş olmasının müəyyən olunduğunu, onun Şərur rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 şahid X1 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında Şərur rayon Polis İdarəsinin PPXB əməkdaşı olduğunu, xx.xx.2024-cü il tarixdə Şərur rayonu ərazisində xidmət aparan zaman növbətçi hissədən manqa komandiri Nicata zəng gəldiyini, Mahmudkən kəndi ərazisində DYP əməkdaşlarının birr nəfər şəxsi saxladıqlarını bildirildiyini, oraya getdiklərini, həmin şəxsin səs-küy saldığını gördüklərini, onu nizam-intizama dəvət etdiklərini, lakin həmin şəxsin onlara qarşı tabesizlik göstərdiyini, onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, lakin həmin şəxsin onların qanuni tələbinə tabe olmadığını, səs-küy salaraq “məni heç kim heç yerə apara bilməz” dediyini, sonra həmin şəxsin tanışı olan DYP əməkdaşı gəlib onu sakitləşdirdiyini, onun avtomobili ilə xəstəxanaya getdiklərini və orada müayinədən keçdiyini, sərxoş olmasının müəyyən olunduğunu, onun Şərur rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 şahid X3 ilə eyni məzmunlu izahat vermişdir Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xətaya dair 3(110)-153/2024 nömrəli iş hazırki onun təqsirləndirildiyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən tərtib edilmiş 3(110)-154/2024 nömrəli inzibati xəta haqqında işə birləşdirilmişdir. Belə ki, iş materialında olan: - İş materiallarına əlavə olunmuş Naxçıvan MR DİN DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; - Şərur rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndi ərazisindəsərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələbinə tabe, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir - xx.xx.2024-cü il tarixli 138 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1.28 promilli sərxoşluq dərəcəsi aşkar edilmişdir. - xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunacaq duracağa yerləşdirilməsi barədə” aktdan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyi üçün “UAZ” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Şərur rayon avto texniki müayinə mərkəzinin duracağına yerləşdirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını, şahidlərin izahatını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 334.1-ci və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədənin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törətmiş şəxsin yaşını, ailədə, yaşadığı ərazidə olan nüfuzunu, törətdiyi əməldən çox peşman olmasını, DYP əməkdaşlarından dəfələrlə üzr istəməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək qeyd edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanskiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiya çərçivəsində 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-154/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-154/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver