Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-154/2025 04.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: nun sədrliyi, Məhkəmə iclas katibi: zının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin əməkdaşı orqanın səlahiyyətli X1, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxx 1990-cı ildə Şərur rayonunun Məmmədsabir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, yaşayış yeri üzrə Şərur rayonunun Məmmədsabir kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, fərdi sahibkar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin 04 iyun 2025-ci il tarixli, 3-13-43-12/2-7468/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 04 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 04 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şərur rayon Məmmədsabir kənd sakini Şəxs narkotik vasitələrin istifadəsində şübhələr olduğu müəyyən edilmiş, ondan qan nümunələri götürülüb yoxlanılmış, Şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metanfetamin və marixuana aşkar edilmişdir. Faktla bağlı (Şəxs qanında aşkar eilmiş narkotik vasitəyə münasibətdə) Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsi tərəfindən 21 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərarın surəti Şəxs inzibati məsuliyyətə çəlb edilməsi üçün İdarənin İTŞ-nə göndərilmişdir. Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan 04 iyun 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə müvəkkili Toğrul İbrahimov tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək, verdiyi izahatında təqribən 2 ay bundan öncə özünün Şərur rayonunun Xələc kəndində yerləşən çayxananı işlətdiyini, çayxanada kənd uşaqları dava etdikləri üçün onların polis idarəsinə dəvət edildiklərini, özünün də obyektin sahibi kimi polis idarəsinə dəvət etdiyni, polis idarəsində olarkən onların narkotik vasitə istifadə edib-etməmələrini yoxlamq məqsədilə analizə göndərildiklərini, müayinə nəticəsində qanında narkotik vasitə aşkarlandığını, lakin buna baxmayaraq özünün heç bir zaman narkotik vasitə istifadə etmədiyini, siqaret çəkdiyini, spirtli içkilər qəbul etdiyini, lakin narkotik vasitə istifadə etmədiyini bildirərək, məhkəmədən bütün bunları nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur Rayon Polis İdarəsinin İTŞnin polis sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərmişdir ki, daxil olan məlumat əsasında Şərur rayon Məmmədsabir kənd sakini Şəxs bir neçə şəxslə birlikdə narkotik vasitələrin istifadəsində şübhələnildiyindən, onlar polis idarəsinə dəvət edilmiş, istintaq və təhqiqat bölməsinin apardığı araşdırma nəticəsində onların narkotik vasitə istifadə etdikləri məlum olmuş, lakin onların əməlində cinayət tərkibi olmadığından material inzibati icraat qaydasında icraatın başlanması üçün ictimai təhlükəsizlik şöbəsinə göndərilmiş, onların barəsində protokol tərtib etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2025-ci il tarixli, 25/k saylı ekspert rəyindən görünür ki, Şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metanfetamin və marixuana aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2025-ci il tarixli 248 saylı narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Şəxs dispanserdə sidikdən götürülmüş nümunəəsasında narko-test vasitəsilə müayinə olunub və nəticə mənfi aşkar edilmişdir. Həmçinin rəydə qeyd olunmuşdur ki, Şəxs nakomaniyaya xas əlamətlər aşkar edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik maddə istfadəsi inkar edilmir. Hal-hazırda abstinensiya əlamətlərinin olamdığına görə məcburi müalicəyə ehiyacı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş birinci və ikinci siyahıdan aydın olur ki, “metanfetamin” psixotrop maddə, marixuana (kannabis) isə narkotik vasitədir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.14-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Həmin qanunun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası"nın 1-ci bəndində qeyd olunmuşdur ki, insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim olmadıqda isə feldşer-narkoloqu tərəfindən həyata keçirilir. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası"nın 2-ci bəndində isə qeyd olunmuşdur ki, tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan vasitələrin və psixotrop maddələrin növü ehtiyac olduqda, miqdarı və təxmini istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi, aparılan tədqiqatın növləri və nəticəsi tərtib edilmiş rəydə öz əksini tapır. Qanunvericiliyin yuxarıda qeyd oluanan müddəalarından da göründüyü kimi şəxsin narkotik vasitə və ya psixotrop maddə istehlak edib-etməməsinin müəyyən edilməsi üçün həyata keçirilən tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilməli, tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim olmadıqda isə feldşer-narkoloqu tərəfindən həyata keçirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, şəxsin narkotik vasitə və ya psixotrop maddə istehlak etməsi ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin məhkəmə-kimya həkimi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 25/k saylı ekspert rəyi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun uyğun olmayan və səlahiyyətləri sual altına düşə bilən bir orqan tərəfindən verilmişdir. Məhkəmə hazırki işin spesifikliyini nəzərə alaraq hesab edir ki, məhkəməkimya həkimi tərəfindən verilmiş ekspert rəyi, narkoloji yoxlamanın əvəzedicisi və ya hüquqi əsası kimi çıxış edə bilməz, çünki məhkəmə-kimya eksperti narkoloji ixtisaslı deyil və onun tərəfindən verilmiş rəy spesifik tibbi mütəxəssis rəyini əvəz edə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd oluanan müddəalarının işığında iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, hazırki iş materiallarında qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan MR Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X3 həyata keçirilmiş narkoloji tibbi yoxlamaya dair həkim-narkoloq tərəfindən verilmiş müvafiq rəyin mövcud olmasına baxmayaraq, Şərur rayon Polis İdarəsi tərəfindən şəxsə qarşı ittiham verilərkən qanunvericiliyin tələblərinə cavab verməyən Naxçıvan Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin məhkəmə-kimya həkimi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 25/k saylı ekspert rəyinə istinad olunmuş, həmin ekspert rəyi şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Narkoloji sahədə səlahiyyətli həkimin rəyi varkən, səlahiyyətsiz və ya uyğun olmayan ixtisas sahəsinin rəyi ilə ittiham irəli sürülməsi, İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması anlamına gəlir. Bu səbəbdən də məhkəmə şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil etmiş Naxçıvan Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin məhkəmə-kimya həkimi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 25/k saylı ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta törətməsi ilə bağlı öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsində qeyd olunmuşdur ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamış, onun öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə iclasında tədqiqi edilən bütün sübutların məcmusu ilə təsdiq edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (inzibati xəta tərkibi olmadıqda) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Abil Orucəliyev