Məhkəmə qərarları › İş №3(110)-155/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-155/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-155/2023 04.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş xx.xx.1996-cı ildə Şərur rayonu Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayonu Zeyvə kəndində qeydiyyatda duran və yaşayan Şəxsnun (fin:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: xx.xx.2023-cü il tarixdə Şərur rayon Zeyvə kənd sakini Rzayeva X5 MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış, müayinə edilməsi üçün Naxçıvan Muxtar Respublikası X3 göndərilmiş, bu zaman onun qanunsuz olaraq narkotik maddə AMP (amfetamin) və THC (tetrahidrokannabinol) istifadə etməsi müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxsnun əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, özünün və şahidin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli sayaraq izahatında və suallara cavabında təxminən 2 aydır ki, narkotik vasitə istifadə etdiyini, ilk dəfə Bakı şəhərində, sonra isə Türkiyə Respublikasının İğdır şəhərində, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə istifadə etdiyini, İğdır şəhərinə Elnarə adlı qızı görmək üçün getdiyini, onunla birlikdə “patı” deyilən norkatik istifadə etdiyini, Türkiyə Respublikasında olarkən bir neçə dəfə narkotik vasitələrdən istifadə etdiyini, əməlindən peşman olduğunu, bir daha bu halın təkrarlanmayacağına söz verdiyini bildirərək, onun barəsində həbslə bağlı olmayan tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 vermiş olduğu izahatında xx.xx.2023-cü il tarixdə xidməti vəzifələrini yerinə yetirən zaman Naxçıvan şəhər ərazisində olan oğurluq hadisəsi ilə bağlı Şəxs Naxçıvan Şəhər Polis İdarəsində dəvət edildiyini, təhqiqat tərəfindən hadisəyə aidiyyəti olmadığının müəyyən edildiyini, polis idarəsində olarkən Şəxs hərəkətlərindən şübhə olduğundan onun narkotik vasitədən istifadə edib-etməməsinin müəyyən edilməsi üçün Naxçıvan MR X3 apardıqlarını, Şəxs müayinəsi nəticəsində onun narkotik tərkibli vasitədən istifadə etməsinin aşkar olunduğunu, ekspert rəyinin onlara xx.xx.2023-cü il tarixdə bayramdan sonra daxil olduğunu, buna görə də şəxsin barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərildiyini, protokol tərtib edən şəxsin səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmədiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 xx.xx.2023-cü il tarixli 878 saylı rəyindən görünür ki, Rzayeva X5 Muxtar Respublikası X2 narko-test vasitəsiylə müayinə olunmuş və nəticədə THC (tetrahidrokannabinoid) müsbət aşkar olunmuşdur. Abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:25-də tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 16:00-da azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar