Məhkəmə qərarları › İş №3(110)-157/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-157/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-157/2024 07.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Şərur rayon Düdəngə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2-ci qrup əlil, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Düdəngə qeydiyyatda və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şərur rayon Düdəngə kəndində xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür, bununla da, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında qardaşı oğlu Zərərçəkmiş şəxs ilə eyni həyətdə ayrı evlərdə qaldıqlarını, onların həyətdə olan təndirə ot yığdıqlarını, 22 may 2024-cü il tarixdə onun Rzadan təndir damını boşaltmağını istədiyini, onunda ona təndir damını boşaltmayacağını bildirdiyini, 23 may 2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Rzanın atası X3 onara gəldiyini və onu çağırdığını, bu zaman ona oğlundan nə üçün şikayət etdiyini bildirdiyini və onunda ona mən sənin oğlunu neçə dəfə ötüşdürmüşəm sözlərini dediyini, onun oğlununda ona saymamazlıq etdiyini, bundan sonra onun Səfərə “mənim pulumu qumara uduzmusan” sözlərini dediyini, Səfərin isə ona həmin pulların özünə məxsus olduğunu bildirdiyini, bundan sonra Səfərin onu təhqir etməyə başladığını və onların arasındakı mübahisənin şiddətləndiyini, bundan sonra oğlu Rzanın üzərinə hücum çəkərək ona məxsus evində yerləşən balkonda onu döyməyə başladığını, bundan sonra atası Səfərin və bacısının onu kənara çəkərək evlərinə aparan zaman ikinci dəfə yenə üzərinə hücum çəkdiyini, onun bu zaman ona polis əməkdaşlarına məlumat verəcəyini bildirdiyini, bundan sonra həmin şəxsin balkonun qapısını qıraraq içəri girdiyini və arxadan onu yataq otağında vurduğunu və ona yerə yıxaraq təpik, yumruqla vurmağa başladığını, sonra atası Səfərin və bacısının onu yenidən evlərinə apardıqlarını, onunda bundan sonra polis əməkdaşlarına məlumat verdiyini, qeyd edərək məhkəmədən onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında əmisi Şəxs ilə eyni həyətdə ayrı evlərdə qaldıqlarını, onların həyətdə olan təndirə ot yığdıqlarını, 22 may 2024-cü il tarixdə əmisi Mərdanın ondan təndiri boşaltmağını istədiyini, onun da, ona boşaltmayacağını bildirdiyini, 23 may 2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Mərdan əmisinin onlara gəldiyini, atasından təndiri boşaltmaqlarını istədiyini, atasının ona “sabah deyərəm boşaldarlar” sözlərini dediyini, daha sonra əmisinin “elə həyəti sahiblənibsiniz” sözlərini deyərək köhnə söhbətləri açmağa başladığını, atasına pullarını qumarda uduzduğunu bildirdiyini, atasının isə ona həmin pulların öz pulu olduğunu dediyini, onlar arasında sözlə mübahisə başladığını və onların bir-birini təhqir etməyə başladıqlarını, daha sonra əmisinin atasının üstünə yerinə zaman onun onu sinəsindən tutaraq arxaya itələdiyini, daha sonra onun, üstünə gələrək boğazından yapışdığını, onun əlindən tutaraq aşağı endirdiyini və yenidən itələdiyini, daha sonra evdəkilərin onları aralaşdırdıqlarını, onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında qardaşı Şəxs ilə eyni həyətdə ayrı evlərdə qaldıqlarını, onların həyətdə olan özünün tikdiyi təndirə ot yığdıqlarını, 22 may 2024-cü il tarixdə qardaşı Mərdanın oğlundan təndiri boşaltmağını istədiyini, oğlu Rzanın isə ona boşaltmayacağını bildirdiyini, 23 may 2024-cü il tarixdə saat təxminən 23:00 radələrində onun Mərdangilə gedərək kölgəlik üçün ondan zontikin altdığını istədiyini, sonra ondan həmin təndiri boşaltmağını bildirdiyini və bu zaman aralarında mübahisə yarandığını, Mərdan onu təhqir etməyə başladığını, həmin səs-küyə oğlu Rzanında gəldiyini və sabah boaşldacaqlarını ona bildirdiklərini, bu zaman Mərdan yenə nalayiq ifadələr işlətməyə başladığını, bundan sonra Rzanın üzərinə gələrək onun boğaz nahiyəsindən tutaraq onu sıxmağa başladığını, bundan əsəbləşən Rzanın isə Mərdanı yaxasından tutaraq arxaya itələdiyini və Mərdanını yerə yıxıldığını, bundan sonra onun Rzanı oradan uzaqlaşdıraraq evə apardığını bildirmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 1015 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər boynunda sıyrıqlar, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon Düdəngə kəndində xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; - “Elektron Məhkəmə İnfrmasiya Sistemindən” çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Düdəngə kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq etmişdir, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, onun 2-ci qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar