Məhkəmə qərarları › İş №3(110)-158/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-158/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-158/2025 10.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi orqanın səlahiyyətli X1, nümayəndəsi: Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun, Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxx 1994-cü ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli (himayəsində 3 azyşlı uşağı olan), orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon Polis İdarəsinin 06 iyun 2025-ci il tarixli, 3-13-43-12/2-7470/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Şərur rayonunun Muğanlı kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs2 fiziki güc tətbiq etmiş, Zərərçəkmiş şəxs1 isə əlini bıcaqla kəsmişdir. Faktla bağlı Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 22 may 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin əlamətləri olduğundan 10 iyun 2025-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib edilərək, elə həmin gün baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək, verdiyi izahatında 2012-ci ildə X3 ilə evləndiyini, onun bu evlilikdən 3 qız uşağının olduğunu, xx.xx.2025-ci il tarixdə avtomobildə əyləşən zaman arvadının telefonla danışdığını gördüyünü, onun başqası iılə danışdığını zənn edərək ona yaxınlaşdığını, Zeynəbin onu görən kimi telefonu söndürdüyünü, telefonu Zeynəbin əlindən aldığını, Zeynəbin qaçaraq ordan uzaqlaşdığını, bu zaman Zeynəbin telefonuna görüntülü zəng gəldiyini, telefonu açan zaman zəng edən şəxsin İsa Əliyevin olduğunu gördüyünü, İsanın onu görən kimi telefonu söndürdüyün, onun evin mətbəxinə gedərək bıçaq götürdüyünü və İsagilin evlərinə getdiyini, İsanın anası Bülbül adında qadının çıxaraq İsanın evdə olmadığını dediyini, ondan sonra onun qardaşı Kamalın gəldiyini, onun da qardaşının yerini bilmədiyini dediyini, bundan əsəbləşərək nalayiq ifadələr işlətdiyini, nalayiq ifadələr işlədən zaman Kamalın əlinə yaba alaraq onun üzərinə gəldiyini, onun da əlindəki bıçaqla Kamalın üstünə gedərək tutaqlaşdıqlarını, Kamalı yerə yıxıb yumuruqlar endirdiyini, bu zaman anası Bülbülün araya girdiyini, bıçağı əli ilə tutmaq istəyəndə bıçağın onun əlini kəsdiyini, ondan sonra dayısı Ayazın gələrək onu geriyə çəkdiyini, avtomobilə əyləşərək ordan anasının evinə gəldiyini, içkili olduğu üçün bundan sonrasını xatırlamadığını, haliyyədə zərərçəkmişlərlə barışdığını bildirmiş, bu barədə müvafiq ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi izahatında xx.xx.2025-ci il tarixdə həyətdə olan zaman bir avtomobilin gəldiyini gördüyünü, avtomobildən 3 nəfər şəxsin yerə endiyini, onlardan birinin Şəxs olduğunu, Müzəffərin ondan qardaşı İsanın harda olduğunu soruşduğunu, onun da İsanın yerini bilmədiyini dediyini, Müzəffərin ona qarşı nalayiq ifadələr işlətdiyini, əlindəki bıçaqla ona tərəf gəldiyini, onların tutaqlaşdıqlarını, geri çəkildiyi zaman ayağının qapı arxasındakı betona ilişərək yıxıldığını, Müzəffərinin onu əlindəki bıçaqla vurmaq istədiyini, anasının onların arasına girdiyini, bıçaqğın anasının əlinə dəydiyini, ondan sonra onunla gələnlərin Müzəffəri tutub apardqlarını, avtomobilə əyləşərək getdiklərini, onların da DİN-nin 102 polis xidmətinə zəng edərək şikayət etdiklərini, lakin haliyyədə barışdıqlarını, ona qarşı şikayətinin olmadığını bildirmiş, bu barədə müvafiq ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi izahatında oğlu İsanın 2013-cü ildə Kürçülü kənd sakini Günel ilə ailə qurduğunu, bu nikahdan 2 övladı olduğunu, İsanın 3 ay bundan öncə ayrıldığını, onunla yaşadığını, xx.xx.2025-ci il tarixdə onlarını evinin yanın bir maşın gəldiyini, tanımadığı bir şəxsin oğlu İsanın evədə olub-olmadığını soruşduğunu, İsanın evdə olmadığını deyərək onun kim olduğunu soruşduğunu, həmin şəxsin ona onların düşməni olduğunu dediyini və ona qarşı nalayiq ifadələr işlətdiyini, onun qonşuluqda yaşayan oğlu Kamalgilin həyətinə keçdiyini, bu zaman həmin şəxsin də Kamalgilin həyətinə daxil olduğunu, Kamalı görən kimi onun üzərinə bıçaqla getdiyini, Kamalın geri çəkildiyini, Kamal geri çəkilən zaman yıxıldığını, həmin şəxsin Kamalı döyməyə başladığını, Kamalın başına əlindəki bıçaqla vurmaq istəyəndə araya girdiyini, əlini bıçağın qabağına verdiyini, bıçağın onun əlini kəsdiyini, sonra onunla gələn şəxslərinin onu geri çəkdiklərini, onun da oğlu Kamalı geri çəkdiyini, həmin şəxs gedən zaman yenə də nalayiq ifadələr işlətdiyini, ondan sonra polis əməkdaşlarını gəldiyini, haliyyədə Müzəffərlə barışdıqlarını, ondan şikayətlərinin olmadığını bildirmiş, bu barədə müvafiq ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şəxs barəsində protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə müvəkkili Həsrət Seyidov verdiyi izahatında şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibini olduğunu bildirərək, onun cəzalanması məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 199 nömrəli material üzrə Şəxs qeyd edilən əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün material Şərur Rayon Polis İdarəsi İTŞ-ə göndərilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 140 saylı canlı şəxsin ekspertizası rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ əlin ovuc səthində səthi yara deşici-kəsici alət təsirindən, sol saidində qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmədiyi qeyd edilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 141 saylı canlı şəxsin ekspertizası rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ əlin İ-İİ barmaqlarının arxa səhtində sıyrıqlar, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmədiyi qeyd edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müdəaları işığında qeyd etməyi zəruri hesab edir ki, Şəxs elan olunmuş ittiham üzrə qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetirilsə də, o, zərərçəkmiş şəxslərlə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətdən azad olunmalı və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinin tələbinə əsasən (inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar