Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-159/2023 07.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş, xx.xx.1973-cü ildə Şərur rayonu, Axaməd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, Şərur rayon Xətai kəndində qeydiyyatda duran və yaşayan XXX Şəxs (fin: 2VRWTXR) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Püsyan kənd sakini XXX Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində Şərur rayon Oğuzkənd kəndində özünə məxsus “Chery” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı maşınla hərəkət edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə XXX Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə yaşadığı Xətai kəndində evində yeyib-içdiyini, şəkər xəstəsi olduğu üçün özünə şəkər konfeti almaq istədiyini, özünə məxsus “Chery” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı maşınla Siyaqut yanacaqdoldurma məntəqəsində yerləşən mağazaya gedib konfeti alıb qayıtdığını, Oğuzkənd mərkəzində təxminən saat 22:30 radələrdində YPX-nin əməkdaşlarının ona saxla əmri verdiklərini, onun isə içkili olduğu üçün polislərin tələbinə tabe olmayıb Xətai kəndinə doğru getdiyini, 10 dəqiqə sonra YPX əməkdaşının ona zəng edib özünü təqdim etdikdən sonra maşını özünün yoxsa qardaşının sürdüyünü soruşduğunu, ona özünün sürdüyünü dediyini, biraz keçdikdən sonra polisin ona zəng edib evin qapısında olduqlarını və qapıya çıxmasını dediklərini, onlara maşını içkili sürüdüyünü dediyini, onu Şərur rayon xəstəxanasında alkotestdən keçməyi bildirdiklərini, o isə içkili olduğu üçün onu Şərur Rayon Polis İdarəsinə gətirdiklərini, əməlindən peşman olduğunu, arvadının onkoloji xəstə olduğunu bildirib məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə post yoldaşı X1 ilə birgə Oğuzkənd kəndində xidmət aparan zaman saat 22:30 radələrdində “Chery” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı maşınla ziq-zaq yeri hərəkət etdiyi üçün saxla əmri verdiklərini, lakin onun qanuni tələbə qəsdən tabe olmayın öz yoluna davam etdiyini, onun mobil telefonunu öyrənib zəng vurduqlarını, qapısına getdiklərini, maşını özünün, yoxsa qardaşının idarə etdiyini soruşduqlarını, onun isə oğlunun idarə etdiyini dediyini, içkili olduğu üçün daşı yerdən götürüb öz başına çırpdığını, sonra atasını çağıraraq polis əməkdaşlarının bunu etdiyini dediyini, onların qanuni tələblərinə məhəl qoymadığını, buna görə də PPX çağırdıqlarını, şəxsin sərxoşluq müayinəsindən keçirildiyini, içkili olduğunun müəyyən olunduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0371 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, XXX Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:45-də tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 11:00-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 176 nömrəli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, XXX Şəxs qanında alkoqolun konsentrasiyası 0,33 promil olmaqla orta dərəcədə sərxoşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, XXX Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. XXX Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, XXX Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-159/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-159/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver