Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-16/2021 02.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.2000-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, Şərur şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə Şərur rayon Məmmədsabir kəndində qumar oynamış, bununla da Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2021-ci il tarixdə dostları X4, X5 ilə birlikdə saat 18:00 radələrində Şərur şəhərində görüşdüklərini, Şərur rayon Məmmədsabir kəndində əmisinə məxsus evdə domino oynamaq qərarına gəldiklərini, birlikdə həmin ünvana getdiklərini, bir müddət domino oynadıqdan sonra kart ilə qumar oynamaq qərarına gəldiklərini, kart oynamağa başladıqlarını, bir müddətdən sonra polis əməkdaşlarının onların qumar oynadıqlarını aşkar etdiklərini, polis əməkdaşları evə gəldiyi vaxtda kartları sobada yandırdığını, sonra onları poliş şöbəsinə dəvət etdiklərini, hal şahidlərinin iştirakı ilə onların üzərilərinə baxış keçirdiklərini, qumar oynanılmasında istifadə olunan pul əksinaslarını zərfə qoyaraq möhürlədiklərini, hazırda tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X8 izahatında xx.xx.2021-ci il tarixdə Şərur rayon Məmmədsabir kəndində X2 məxsus yaşayış evində qumar oynanılması ilə bağlı məlumat daxil olduğunu, məlumat əsasında həmin ünvana getdiklərini, həmin ünvana çatdıqda Şəxs, X1 və X3 qumar oynadıqları tərəflərindən aşkarlandığını, sonra həmin şəxsləri Şərur Rayon Polis Şöbəsinə dəvət etdiklərini bilidirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid2 xx xxxxxx 2021-ci il tarixdə dostları ilə birlikdə Şərur Rayon Polis Şöbəsinin yanından keçdiklərini, polis əməkdaşları 3 nəfərin qumar oynadıqları üçün saxlanıldıqlarını, onların üzərinə baxış keçirmək lazım olduğunu bildirərək onları polis şöbəsinə dəvət etdilklərini, birlikdə polis şöbəsinə getdiklərini, onların iştirakı ilə əvvəlcədən tanıdığı 3 nəfərin üzərinə baxış keçirildiyini, Şəxs üzərindən 3 ədəd 1 (bir) manatlıq pul əksinası çıxdığını, həmin 3 ədəd 1 (bir) manatlıq pul əksinası zərfə qoyularaq qablaşdırıldığını və həmin zərfi imzaladıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 Şahid2 oğlunun qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Sənədlər: İş materialında olan xx.xx.2021-ci il tarixli 007944 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 20:30 radələrində Məmmədsabir kəndi ərazisində dostları ilə birlikdə qumar oynamış, nəticədə Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materialında olan şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şəxs oğlunun üzərindən 3 ədəd D65094634, C60339074 və F00200881 seriya nömrəli 1 (bir) manatlıq əskinaslar aşkar edilərək götürülərək, hal şahidlərinin iştirakı ilə sarı rəngli zərfdə qablaşdırılmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə- oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş üç ədəd 1 manatlıq pul əksinası müsadirə edilməklə 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olmuş 3 (üç) manat dəyərində pul vəsaiti müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-16/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-16/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver