Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-166/2023 17.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1994-cü ildə Şərur rayonu, Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaqlı, işsiz, Şərur rayonu, Qarxun kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Püsyan kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində Qarxun kəndində sərxoş halda həmkəndlisi X3 yaşadığı evin qapısında digər iki həmkəndlisi ilə birlikdə ucadan səs-küy salaraq onu ictimai qaydaya riayət etməyə dəvət edən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə yaşadığı Qarxun kəndində toy olduğunu, orada yeyib-içdikdən sonra Yaycı yolunda çimməyə getdiklərini, saat 17:00-18:00 arası oradan gəldikdən sonra əmisigilə gəldiyini, həmin vaxt yoldan səs-küy gəldiyini eşitdiyini, çölə çıxan zaman Elvin və Fəqanın söhbət etdiyini gördüyünü, sonra polis əməkdaşlarının gəldiyini, onlara yaxınlaşıb qapıda səs-küy salmamağı dediklərini, sonra öz atasının gəlib onu maşınla apardığını, təxminən yarım saat sonra polis əməkdaşlarının gəlib onu Şərur RPİ-yə apardıqlarını, əməlindən çox peşman olduğunu bildirib məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə icalsında iştirak edən protokolu tərtib etmiş şəxs X1 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə Şərur rayonu, Qarxun kəndində Əli, Elvin və Nihad adlı şəxslərin ictimai qaydanı pozması ilə bağlı məlumat daxil olduğunu, həmin yerə getdiyi zaman onların Fəqan adlı şəxslə mübahisə etdiklərini gördüyünü, onları intizama dəvət edib hərkətlərinə son qoymağı tələb etdiyini, lakin onların polisin qanuni tələbinə tabe olmayıb öz hərəkətlərini davam etdirdiklərini, buna görə də barələrində protokol tərtib olunduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə post yoldaşı Rzayev Orxan ilə xidmət aparan zaman saat 22:20 radələrində Qarxun kəndində təzə məhəllə deyilən yerdən səs-küy gəldiyini eşidib oraya getdiklərini, orada Qarxun kənd sakinləri Əli, Elvin və Nihadın Fəqan adlı şəxslə dalaşdıqlarını gördüyünü, onları sakitləşdirməyə çalışdıqlarını, nizam-intizama dəvət etdiklərini, lakin onların, sərxoş halda polisin qanuni tələbinə tabe olmayıb öz hərəkətlərini davam etdirdiklərini, buna görə də onları polis idarəsinə apardıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında şahid X2 ilə eyni məzmunda izahat vermişdir. Məhkəmədə şahid qismində dindirilən X6 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə yaşadığı Qarxun kəndində evlərində olduğunu, saat təxminən 22:20 radələrində Qarxun kənd sakinləri Əli, Elvin və Nihadın sərxoş halda onun yaşadığı evin qapısına gələrək onunla mübahisə etməyə başladıqlarını, onların içkili olduqlarını, ucadan səs-küy saldıqları üçün hadisə yerinə polis əməkdaşlarının gəldiyini, polis əməkdaşlarının onları nizam-intizama dəvət etdiyini, lakin onların buna məhəl qoymadıqlarını, sonra onların polis idarəsinə aparıldıqlarını bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 184 nömrəli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyası 1,97 promil olmaqla ağır dərəcədə sərxoşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0379 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:02-də tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 16:00-da azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanın sərxoş halda və bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu 16 iyul 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-166/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-166/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver