Məhkəmə qərarları › İş №3(110)-166/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-166/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-166/2025 21.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin nümayəndəsi orqanın səlahiyyətli X1, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxx 1989-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz KAZİMOV KƏRİM ABBAS OĞLUNUN Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon Polis İdarəsinin 21 iyun 2025-ci il tarixli, 3-13-43-12/2-8212/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 21 iyun 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 21 iyun 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 11 iyun 2025-ci il tarixdə, saat 23:00 radələrində Şəxs Şərur şəhərində sərxoş halda çay evinin şüşəsini sındıraraq ictimai qaydanı pozmuşdur. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında 11 iyun 2025-ci il tarixdə, saat 23:00 radələrində bilyard oynamaq məqsədilə bazarda yerləşən çayxanaya getdiyini, həmin gün çayxanaya getməmişdən əvvəl spirtli içki qəbul etdiyini, orada olan zaman bilyard daşını düzgün vura bilmədiyindən əsəbləşib daşları bilyard masasının üzərinə tulladığını, sonra yenidən bilyard daşını pəncərə kənarında yerləşən masaya tərəf atdığını, masanın üzərinə dəyən daşın oradan şüşəyə dəyib pəncərəni sındırdığını, sonra oradakı insanların oraya gəlib onunla mübahisə edib oradan kənarlaşdıqlarını, içkili olduğu üçün həmin vaxt hərəkətlərini idarə edə bilmədiyini, spirtli içki aludəçisi olduğu üçün içməyəndə özünü narahat hiss etdiyini, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında Şərur bazarında yerləşən çayxananın sahibkarı olduğunu, 11 iyun 2025-ci il tarixdə Şərur şəhər sakini Kərim adlı şəxsin çayxananın şüşəsini bilyard daşı ilə sındırıb ona 110 manat ziyan vurduğunu, vurduğu ziyanı ödədiyini, ondan şikayətinin olmadığını, hadisə baş verəndə orada olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında Şərur bazarında yerləşən atasının işlədiyi çayxanada boş vaxtlarında işlədiyini, 11 iyun 2025-ci il tarixdə saat 23:00 radələrində təmizlik işləri aparan zaman çayxanada müştəri kimi bilyard oynayan Kərim adlı şəxsin bilyard daşını stolun üstünə adığını gördüyünü, ona iradını bildirmək istəyən zaman onun ikinci dəfə bilyard daşını pəncərə kənarında yerləşən masaya tərəf atdığını, masanın üzərinə dəyən daşın oradan şüşəyə dəyib pəncərəni sındırdığını, ona yaxınlaşıb nə üçün belə etdiyini soruşduğunu, Kərimin onun üzümə baxıb heç nə demədiyini, daha sonra həmkəndililərinin gəlib onu kənara çəkdiklərini və onu vuracağımı düşünüb onu çölə çıxardıqlarını, özünün Ceyhun Həsənova zəng edərək hadisəni danışdığını, onun polis əməkdaşlarına zəng etdiyini və polis əməkdaşları gəlib ərizə götürdüklərini, daha sonra izahatının alınması üçün polis idarəsinə aparıldığını bildirmişdir. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 məhkəmədə verdiyi izahatında xx.xx.2025-ci il tarixdə X3 yazılı ərizəsi əsasında inzibati xətalar haqqında işlər üzrə icraat başlanıldığını, həmin şəxsin təqdim etdiyi video görüntülərdə Şərur şəhər sakini Şəxs əməllərində xırda xuliqanlıq inzibati xətasının əlamətlərinin olduğu müəyyən edildiyini, onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəuyğun hesab edilmədiyindən, barəsində protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 21 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 iyun 2025-ci il tarixdə, saat 23:00 radələrində Şərur şəhərində sərxoş halda çay evinin şüşəsini sındıraraq ictimai qaydanı pozmuşdur. “DVD disklərinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və iş materiallarına əlavə edilmiş videogörüntülərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 23:14 radələrində Şəxs çay evinin bilyard masasında tək halda bilyard oynayır. O, sərxoşdur. Oyun zamanı o, 3 dəfə bilyard daşını əli ilə tora salmaq üçün uzaqdan tullayır və sonuncu dəfə daş stolun üstünə dəyərək pəncərəyə tüş gəlir və pəncərə sınır. Videogörüntülərdən görünür ki, pəncərənin sınması Şəxs qəsdi ilə əhatə edilməmiş, onun bilyard masasının üzərinə atdığı daş təsadüfən stolun üstünə dəyərək pəncərəyə tüş gəlir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq Şəxs inzibati xətanı sərxoş halda törətməsinin onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almışdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş materiallarına əlavə edilmiş hadisənin video görüntüləri olan 2 ədəd (DVD) disk iş materiallarında saxlanılsın. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar