Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-169/2024 16.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyini, Ceyranova Aytac Ramiz qızının katibliyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, xx.xx.1970-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Şərur rayonu, Düdəngə kəndində yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə tənbeh olunmasına dair ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X8 barəsində Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidməti tərəfindən Azərbaycan Respublikası İXMnin 272.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə tənbeh növü tətbiq olunmuş, qərarla razılaşmayan X8 həmin qərardan Şərur Rayon Məhkəməsinə şikayət vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs şikayət ərizəsində şikayətinin əsası kimi xx.xx.2024-cü il tarixdə Sədərək rayonunda “Şir arxı” deyilən yerdə bir ədəd iynə ilə balıq tutuğunu, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin əməkdaşı tərəfindən 700 manat cərimə edildiyini, bu qərarı qanunsuz hesab etdiyini, onun əməlinin qanuna zidd olmadığını, cərimə ilə bağlı qərarı xx.xx.2024-cü il tarixdə aldığı üçün şikayəti gec verdiyini bildirərək Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə prosesində iştirak edən qərardan şikayət verən X8 izahatında və ona verilən suallara cavabında həmin tarixdə balığa getdiyini, balıq tutmağa yeni başladığını, bu zaman xidmətin əməkdaşlarının gəldiyini, onlar gəldiyi zaman balıq tutmadığını, ondan 1-2 gün əvvəl həmin yerdə 7-8 nəfərin də balıq tutduğunu gördüyünü, balıq tutmanın qadağan olduğunu bilmədiyini, əməkdaşların ona akt tərtib edəcəklərini dediklərini, sonradan 700 manat məbləğində cərimə edildiyini bildiyini, 2 ildir ki, heç bir yerdə işləmədiyini, maddi vəziyyətinin yaxşı olmadığını bildirərək, barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin nümayəndəsi X3 izahatında və ona verilən suallara cavabında vətəndaş balıq ovlayarkən xidmətin əməkdaşı Həsənov Elman tərəfindən saxlanıldığını, əvvəlcədən maarifləndirmə aparıldığını, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarına əsasən may ayının 1-dən iyun ayının 30-dək balıq ovlamanın qadağan olduğunu, vətəndaşın balıq tutarkən saxlanıldığını bildirərək şikayətin rədd edilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidməti tərəfindən X1 Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən 700 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar çıxarılmışdır. X8 izahatında balıq tutmağın qadağan olduğundan xəbərsiz olduğunu bildirmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin nümayəndəsinin məhkəmədə verdiyi izahatından aydın olur ki, vətəndaş bununla bağlı əvvəlcədən maarifləndirilmişdir, iş üzrə icraat qanunvericiliyə uyğun aparılmışdır və şəxsin əməlində qeyd olunan maddənin tərkib əlamətləri mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə şikayət əsassızdırsa inzibati qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. X4 İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə tənbeh olunmasına dair xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. X4 İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə tənbeh olunmasına dair xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-169/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-169/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver