Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-17/2021 01.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Şərur rayon Cəlilkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Cəlilkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokollar tərtib edilmişdir ona görə ki, onlar, xx xxxxxx 2021-ci il tarixdə saat 2030 radələrində Şərur rayon Məmmədsabir kəndi ərazisində dostları ilə qumar oynamışlar bununla da o, Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində dostları X4 və X5 ilə Şərur şəhərində görüşdüklərini, Şərur rayon Məmmədsabir kəndində yerləşən X2 məxsus yaşayış evində domino oynamaq qərarına gəldiklərini, onların həmin ünvana getdiklərini, orada domino oynadıqdan sonra birazda kart oynamağı fikirləşdiklərini, 2030 radələrində təzəcə kart oynamağa başlayanda polis əməkdaşlarının həmin ünvana gəldiklərini, Ayxanın qumar oynadıqları kartları dərhal peçə ataraq yandırdığını, bunu polis əməkdaşlarına da etiraf etdiklərini, sonra araşdırılma aparılması üçün Şərur rayon Polis şöbəsinə dəvət olunduqlarını, hal şahidlərinin iştirakı ilə onların üzərilərinə baxış keçirdiklərini, qumar oynanılmasında istifadə olunan pul əksinaslarını zərfə qoyaraq möhürlədiklərini, tutduğu əməldən peşman olduğunu bildirərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, 2009-cu ildən Naxçıvan MR X12, 2019-cu ildən Şərur rayon Polis şöbəsinin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxxxx 2021-ci il tarixdə Şərur rayon Məmmədsabir kəndində yerləşən X2 məxsus yaşayış evində qumar oynanılması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu, həmin məlumat əsasında qeyd olunan ünvana getdiklərini, 2030 radələrində həmin ünvana çatdıqda X4, X5 və Şəxs qumar oynadıqları tərəflərindən aşkar olunduğunu, qumar oynadıqlarını və kartları peçdə yandırdıqlarını etiraf etdiklərini, araşdırma aparılması üçün onları polis şöbəsinə dəvət etdiklərini, hal şahidlərinin iştirakları ilə onların üzərinə baxış keçirdiklərini, Şəxs üzərindən 2 ədəd 1 (bir) manatlıq pul əksinaslarının çıxdığını, həmin pulu qumar oyununda istifadə etdiyini bildirdiyini, həmin 2 ədəd 1 (bir) manalıq pul əksinaslarının zərfə qoyularaq qablaşdırıldığını və həmin zərfin hal şahidləri tərəfindən imzaladığını, Şəxs etdiyi əməli etiraf etdiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə dostları ilə birlikdə Şərur rayon Polis şöbəsinin yanından keçərkən polis əməkdaşları 3 nəfər qumar oynadıqları üçün saxlanıldıqlarından onların üzərinə baxış keçirmək lazım olduğunu bildirərək onları polis şöbəsinə dəvət etdilklərini, birlikdə polis şöbəsinə getdiklərini, onların iştirakı ilə əvvəldə tanıdığı 3 nəfərin üzərinə baxış keçirildiyini, və Şəxs üzərindən 2 ədəd 1 (bir) manatlıq pul əksinaslarının çıxdığını, həmin 2 ədəd 1 (bir) manatlıq pul əksinaslarının zərfə qoyularaq qablaşdırıldığını və həmin zərfi imzaladıqlarını bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, şahidlərin izahatını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 525-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 2030 radələrində Məmmədsabir kəndində X1 məxsus olan evdə dostları X4 və X5 ilə qumar oynamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə- oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İş materialında olan xx.xx.2021-ci il tarixli 007945 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 2030 radələrində Məmmədsabir kəndi ərazisində dostları ilə birlikdə qumar oynamış, nəticədə Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materialında olan şəxsi axtariş aparılması haqqında protokoldan görünür ki, Şəxs üzərindən 2 ədəd F43561887, F40711147seriya nömrəli 1 (bir) manatlıq əskinaslar aşkar edilərək götürülərək, hal şahidlərinin iştirakı ilə sarı rəngli zərfdə qablaşdırılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti- qumara qoyulmuş iki ədəd 1 manatlıq pul əksinası müsadirə edilməklə inzibati qaydada cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinsin və qumara qoyulmuş iki ədəd 1 manatlıq pul əksinası müsadirə edilməklə, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-17/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-17/2021
01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver