Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-17/2022 09.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1992-ci ildə Şərur rayonu, Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şərur rayon Oğlanqala kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 09.03.2022-ci il tarixdə saat 10:00 radələrində Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən yanacaqdoldurma məntəqəsində səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamış, bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 09.03.2022-ci il tarixdə saat təxminən 09:00 radələrində evdə ailə üzvləri ilə spirtli içkilərdən tez-tez istifadə etdiyinə görə mübahisə yarandığını, buna görə əsəbləşib evdən çıxdığını, öz şəxsi avtomobilində Yuxarı Daşarx kəndində yerləşən yanacaq doldurma məntəqəsinə getdiyini, ora çatdıqdan sonra hər hansı bir operatorun onun yanına gəlmədiyini, işçilərin bu hərəkətinin onun acığına gəldiyini, əsəbi olduğu üçün özündən asılı olmayaraq uca səslə qışqır-bağır salmağa başladığını, nalayiq ifadələr işlətdiyini, onun səsini eşidib gələn polis əməkdaşlarının onu nizam-intizama dəvət etdiklərini, lakin onun polislərin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, buna görə də polis əməkdaşlarının onu polis İdarəsinə apardıqlarını bildirərək məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında 09.03.2022-ci il tarixdə təxminən 10:00-da Şəxs Yuxarı Daşarx kəndində yerləşən yanacaqdoldurma məntəqəsində polisin qanuni tələbinə tabe olmaması barədə məlumat daxil olduğunu, dərhal hadisə yerinə əlavə polis əməkdaşları ilə getdiyini, Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq qışqır-bağır saldığını, polisə qarşı açıqaşkar kobud rəftar edərək nalayiq ifadələr işlətdiyini, polislərinin üzərinə hücum çəkdiyini, orada olan şəxlər və polis əməkdaşları tərəfindən onu sakitləşdirdiklərini və onu polis idarəsinə dəvət edərək barəsində protokol tərtib etdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında və verilmiş suallara cavabında 09.03.2022-ci il tarixdə, Yuxarı Daşarx kəndində olan zaman yanacaqdoldurma məntəqəsində səs-küy eşitdiklərini, dərhal həmin yerə getdikləri zaman əvvəlcədən tanıdıqları Şəxs orada ucadan səs-küy salaraq yanacaqdoldurma məntəqəsinin işçiləri ilə mübahisə etdiyini, Bəhruzu sakitləşdirmək istədiklərində onun daha da qızışdığını, bu səbəbdən onu nizam-intizama dəvət etdiklərini, lakin Şəxs onların qanuni tələbinə məhəl qoymadığını, onlara qarşı nalayiq ifadələr işlədərək, özbaşınalıq etməyə davam etdiyini, bu səbəbdən də oraya əlavə polis əməkdaşları cəlb edərək onu sakitləşdirdikdən sonra polis idarəsinə apardıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında X5 ilə eyni məzmunda izahat verərək onun dediklərini təsdiq etmişdir. Sənədlər: İş materiallarında olan 09.03.2022-ci il tarixli 0088 nömrəli tutma protokolundan görünür ki, Şəxs 09.03.2022-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 09.03.2022-ci il tarixli şəxsi axtarış protokolundan görünür ki, Şəxs üzərində hər hansı bir əşya aşkarlanmadı. İş materiallarında olan 09.03.2022-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu 09.03.2022-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-17/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-17/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver