Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-17/2025 30.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, X2 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: X1 şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü tarixdə qəbul edilsə də, şikayət məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Lakin şikayət ərizəsinə inzibati tənbeh vermə haqqında qərarın şikayətçiyə rəsmi qaydada nə vaxt verildiyini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Məhz bu səbəbdən də, məhkəmə tərəfindən həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamış, eyni zamanda şikayət ərizəsinə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. - 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; - 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə də, X2 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmalı, qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması ona izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128 və 130-cu maddələrinmaddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılsın. Qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-17/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-17/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver